14 yaşlı uşaq 50-ci cinayətində həbs edildi
Türkiyənni Diyarbəkir şəhərində müxtəlif tarixlərdə mağazalardan və zərərçəkənlərdən cibgirlik edərək bir çox oğurluqlar edən və hər dəfə yaxalanaraq məhkəmə tərəfindən sərbəst buraxılan 14 yaşlı A.G. 50-ci cinayətinə görə tutularaq nəzarətə götürülüb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə müxtəlif tarixlərdə Yenişehir rayonunda baş verib. A.G rayon ərazisindəki geyim mağazaları və marketlərə girib. O, alış-veriş etmək adı ilə oğurluq edib. Hər dəfə polis tərəfindən saxlanılan və məhkəmədə sərbəst buraxılan A.G. bu dəfə Yaşar Kamal küçəsindəki mağazaya daxil olub.
A.G-nin geyim mağazasında cibgirlik etməsi diqqət çəkib və polisə məlumat verilib. Yenişehir polisi ünvana gələrək araşdırma aparıb. Mağazadakı və küçədəki kameralara baxış keçirən qruplar şübhəlinin rayon ərazisində davamlı olaraq oğurluq edən A.G. olduğunu müəyyən ediblər.
Onlarla kameradan şübhəli A.G.-nin istiqamətini araşdıran qruplar apardıqları əməliyyatla onu saxlayıb. A.G.-nin oğurluq anları təhlükəsizlik kamerasına düşüb.
"Ümumi Məlumat Axtarışı"nda (GBT) polis A.G.-nin çoxsaylı oğurluq və cibgirlik cinayətlərində iştirak etdiyini üzə çıxarıb. A.G. bu dəfə polis idarəsindəki prosedurlardan sonra məhkəmə tərəfindən həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1145 Tarix: 24 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrTutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi
Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu
28 sentyabrErmənistan və İran arasında müzakirələr olunub
Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı
30 sentyabrİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrLukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib
Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib. xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavin
28 sentyabrİnsan Hüquqları Müdafiəçisi Brüsselə işgüzar səfərini yekunlaşdırdı
İnsan Hüquqları Müdafiəçisi Brüsselə işgüzar səfərini yekunlaşdırıb. xəbər verir ki, bu barədə İnsan Hüquqları Müdafiəçisi məlumat verib. İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyanın Brüsselə işgüzar səfərinin əsas diqqət mərkəzində İnsan Hüquqları Müdafiəçisi təsisatının müstəqilliyinin və effekti
28 sentyabrFransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre
30 sentyabrTramp Zelenskidən bunu xahiş etdi
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini açıqlayıb. xəbər verir ki, Tramp İllinoysda jurnalistlərə bildirib ki, "Bu, maraqlı məsələdir. Mən Prezident Zelenski ilə danışdım, dedi
28 sentyabr