Çiyələk, dondurma, şokolad, duzlu xiyar – ölümdən əvvəl arzulanan yeməklər...

Çiyələk, dondurma, şokolad, duzlu xiyar – ölümdən əvvəl arzulanan yeməklər...Yəqin ki, insan bir neçə saatdan sonra öləcəyini bilərsə, ürəyindən hansısa bir yemək keçməz. Keçsə belə, tikəsi boğazında qalar. Amma həmişə belə olmur. Elə insanlar var ki, hətta ölümqabağı menyularının zəngin olmasını arzulayır. Söhbət qocalıqdan, yaxud çarəsiz xəstəlikdən dünyasını dəyişən insanların ölümqabağı yemək istəyindən getmir...

Amerika qanunlarına görə, ağır cinayətlər törədərək ölüm cəzasına məhkum olunanlar cəzanın icrasından bir-iki saat əvvəl istənilən yeməklərlə təmin olunurlar. Ancaq bir şərtlə ki, sifariş olunan qida məhsullarının qiyməti 40 dollardan artıq olmasın. Maraqlı məqam odur ki, belə insanlar həyatlarının son saatlarını yaşadığını bilərək sonuncu süfrələrini müxtəlif qidalarla bəzəməyə özlərində güc və iradə tapa bilirlər.

30-dan artıq insanın həyatına son qoyan, silsilə qətllər törədən, qəsdən adam öldürmə maddəsi ilə ölüm cəzasına məhkum edilmiş Con Qeysi cəzasının icrasından əvvəl öz hüquqlarından istifadə edərək təzə çiyələk, kartof qızartması, bir neçə növ fast-fud sifariş edib.

Ölüm hökmünün icrasına iki saat qalmış Rikki Rey sonuncu menyusunda toyuq qızartmasına və qozlu piroqa üstünlük verib. Toyuq qızartmasını yedikdən sonra nəzarətçiyə deyib ki, piroqu axşama saxlayır. Axşamın onun üçün olmayacağını isə o, yaxşı dərk edib.

168 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı Timoti Makvey ömrünü şirniyyatlarla başa vurub. Son saatda o, məmnuniyyətlə şokolad və dondurma yemək istəyini bildirib.

Zorlama və qəsdən adam öldürməyə görə həyatı ilə vidalaşmalı olan Lui Cons ömrünün son anlarında belə vitaminlərlə qidalanmaq istəyib. O, ananas, manqo, kokos da daxil olmaqla müxtəlif meyvələr sifariş edib.

Yaşlı qadını öldürməklə öz həyatına da son qoyan Ferli Matçet ölümqabağı 4 dənə zeytun və bir şüşə mineral su ilə kifayətlənib.

Soyğunçuluq və qəsdən adam öldürmə ilə ittiham olunaraq ölüm cəzasına məhkum olunmuş Steysi Loutonun iştəhasından ömrünün son dəqiqələrində bir banka duza qoyulmuş xiyar keçib.

Bir çox ağır cinayətlərdə əli olan Ceyms Xadsonun son yemək istəyi uyğunsuzluğu ilə fərqlənib. O, iki şüşə kola və bir dənə soğan sifariş edib.

Qadın ölümündə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən Dobi Uilyams şirniyyat həvəskarı olduğunu həyatının son dəqiqələrində də büruzə verib. O, nə az, nə çox, 12 baton şokolad və dondurma istəyini gizlətməyib.

Xenk Skinnerin iştəhası isə onu ölümdən xilas edib. Belə ki, bir qadının və onun iki oğlunun ölümündə təqsirli bilinən Xenk ölüm cəzasının icrasından bir saat qabaq öz hüquqlarından istifadə edərək əməlli-başlı əsl restoran menyusu sifariş verib. O, özünə üç tikə toyuq qızartması, soma filesi, kartof qızartması, pendir, yumurta, iki ədəd çizburqer və südlü-şokoladlı kokteyl gətizdirib. Qolunu çırmayıb yeməyə girişən Xenk Skinner ikinci çizburqeri yeməyə başlayanda nəzarətçilər onu dayanmağa məcbur ediblər. Belə ki, həmin dəqiqələrdə həbsxanaya onun ölüm hökmünün ləğv olunması ilə bağlı qərar gəlib.

Azadlıqdan 11 il müddətinə məhrum edilmiş Brayan Prays bütün məhkumluq illərində Texas türməsində aşpaz işləyib. Bu illər ərzində o, ölüm cəzasına məhkum olunmuş 304 nəfərin sonuncu yeməklərini hazırlayıb.

Azadlığa çıxdıqdan sonra xatirələrini yazan Brayan həmin illəri belə xatırlayıb:

"Bu, olduqca ağır bir iş idi. Düşünəndə ki, hazırladığın yeməyi yeyən şəxsi bir saatdan sonra öldürəcəklər, adam dəhşətə gəlirdi. Amma digər tərəfdən məni sakitləşdirən bir məsələ də var idi ki, onların sonuncu sifarişlərini yerinə yetirirdim. Bu illər ərzində 304 nəfər ölüm cəzasına məhkum olunmuş insanın sonuncu dəfə yeyəcəkləri yeməyi hazırlamışam. Təsəvvür edin, səhər saatlarında mənə iki nəfər üçün yemək sifariş edilirdi. Bu sifarişdən başa düşürdüm ki, həmin gün iki nəfər həyatla vidalaşacaq. Beləliklə onların sayı 304 nəfərə çatmışdı. Demək olar ki, bütün "müştəri"lərim məndən razı qalırdı. Bu illər ərzində hazırladıqlarımdan bir dəfə də olsun şikayət edilməmişdi. Onların arasında yeməkdən imtina etmək çox nadir hallarda olurdu. Əksər hallarda hər kəs öz ştatlarının mətbəxlərinə uyğun yeməklər sifariş verirdi. Əsasən isə qızartmaya və şirniyyata üstünlük verilirdi. Mən çalışırdım ki, ölümlə üz-üzə dayanan bu insanları son dəqiqələrdə, son saatlarda hazırladığım yeməklərlə bir anlığa olsa da, fikirlərindən yayındıra bilim. Azadlığa çıxdıqdan sonra bir neçə il həbsxanada hazırladığım yeməkləri hazırlaya bilmirdim. "Ölüm" menyuları tez-tez yuxuma girirdi..."(musavat.com)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 939   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr