"Az işləyim, çox qazanım": "Tiktok"er olmaq eşqi nə ilə nəticələnə bilər? - ARAŞDIRMA

"Az işləyim, çox qazanım": "Tiktok"er olmaq eşqi nə ilə nəticələnə bilər? - ARAŞDIRMAAzərbaycanda gənclərin 20 faizi nə işləyir, nə də hansısa təhsil alıb. Bu kateqoriyaya daxil olanlar daha çox kriminal aləm, radikal dini qruplaşmalar üçün asan hədəf hesab edilirlər.

Azərbaycanda NEET (Not in Education, Employment, or Training) göstəricisi açıqlanıb. Bu göstərici 15-24 yaş arasında olan, heç bir yerdə təhsil almayan və işləməyən insanların sayını ifadə edir. Rəsmi rəqəmlərə görə, Azərbaycanda bu göstərici 20%-ə bərabərdir. Yəni ölkədəki 15-24 yaş arası insanların hər beş nəfərindən biri nə oxuyur, nə də işləyir. Onların toplam sayı 270.640 nəfərdir. Uşaqlar niyə təhsildən yayınır, iş həyatından, məsuliyyətdən nə üçün qaçır? Qısa yolla pul qazanmaq arzusu onların psixoloji durumuna necə təsir edir? Bu psixologiyadan necə qurtulmaq olar və özünüinkişafa yönəlmək üçün hansı tədbirlər görülməlidir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Tiktok"er, bloqer olmaq eşqi gəncləri məhv edir"

Psixoloq Təranə Kazımlı deyir ki, ölkə qanunlarına görə 18 yaşa qədər hər kəs yeniyetmə sayılır: "Təhsildən yayınan, işsiz gənclərə sosial şəbəkələrin təsiri daha çoxdur. "TikTok" və digər bu kimi platformalara meyillənib, asan yolla pul qazanmaq həvəsinə düşən gənclərin sayı artıb. Bu gün 50 yaşında olan şəxs 15-24 yaşında olarkən bu tip platformalar yox idi. Ona görə də ailələrdə uşaqlar təhsilə yönləndirilirdi. Postsovet məkanında çox az ailə tapılar ki, orada ali təhsilli şəxs olmasın. Hər kəs təhsil alıb, iş-güc sahibi olurdu. Düşünürəm ki, o dövr ilə bugünkü dövrü müqayisə etsək, vəziyyət dəyişib. Artıq insanlar təhsil alıb müvafiq sahələrdə və ya qeyri-ixtisas sahələrində çalışmaq istəmirlər. Gənclərdən tez-tez eşitdiyim bir fikir var: "TikTok"er, bloqer olacağam". Bu gün hər kəsin evində televizor var. Uşaqlar televizorda belə "TikTok"a daxil ola bilirlər. Uşaq rol olaraq nəyi görürsə, onu da özünə örnək alır".

"İnsanlar ancaq pula köklənib"

Psixoloqun sözlərinə görə, platformalar üzərindən "fenomen" olanlar heç düşünmürlər ki, onların ödəniş qarşılığında etdiyi bir sıra reklamlar gələcək nəslin xəstə yetişməsinə səbəb ola bilər:

"Onlar düşünürlər ki, reklamımı edim, pulumu qazanım. Saatlarla canlı yayım açıb monitor qarşısında otururlar. Başları qarışır, günün çox hissəsini hərəkətsiz formada telefon qarşısında keçirdiklərinin fərqinə varmırlar. Mən bu davranışların və bu cür təbliğatın əleyhinəyəm. Hamı qısa yoldan varlanmaq, "az işləyim, çox qazanım" düşüncəsi ilə yaşayır. Heç kim qazandığı pula qane olmur. Əvvəl bir telefon alınırdı və biz onu illərlə işlədirdik, qiymətini bilirdik. Amma bu gün bir telefon alınır, növbəti il onun yeni versiyası satışa çıxan kimi işlətdiyi gözdən düşür, dəyərsizləşir. İnsanlar ancaq pula köklənib".
Valideynlər bu tövsiyələrə əməl etməlidir

Psixoloqun valideynlərə tövsiyələri də var: "Uşaqların yanında davranışlarınıza diqqət edin. Valideynlər ən azından işdən fürsət olduqda bir kitab oxusunlar, qəzet vərəqləsinlər. Bizim vaxtımızda böyüklər mütaliə edərdi, uşaqlar da maraqla onlara baxardı, soruşardı. Sabah onlar da hansısa kitabı oxumağa başlayardı. Bu gün isə evə gələn televizor, kompüter, telefon qarşısına qaçır. Gənclərin özünütəsdiq etmək üçün müəyyən sektorlarda uzaqdan idarəedilməsi mümkün olan işlər, layihələr hazırlansın. Bu məsələnin Milli Məclisdə müzakirə edilməsini də istəyərəm. Çünki əvvəl insanlar peşələrə yönəlirdilərsə, artıq buna riayət edən yoxdur. Hər kəs sosial şəbəkə platformalarında pul qazanmağın mümkün olduğunu görür və özünə əziyyət vermir".

İnsanlar problemin fərqində deyillər

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirir ki, insanlar altı yaşa qədər xüsusi təlim-tərbiyə ilə böyüdülməlidirlər: "Ömrün uğurlu bünövrəsi" başlıqlı kitab hazırlamışdım. Düşünürdüm ki bu kitab nəşr edildikdə çox böyük diqqət çəkəcək, lakin gözlədiyim kimi olmadı. Çünki insanlar bu ciddi problemin hələ də fərqində deyillər. Baxın, altı yaşa qədər uşaqlar valideyn himayəsində təlim-tərbiyə görür, bir baza formalaşır. Daha sonra məktəbə gedirlər və orada bu baza daha da təkmilləşdirilir. Lakin bu, hər ailədə belə olmur. Məktəbdə əvvəllər 11 il uşaqlar həm danlanırdı, həm döyülürdü. Son dövrlərdə döyülmək məsələləri yığışdırılır. Lakin düşünün, 11 il üzü danlanan şagirddə nə xanımlıq, nə kişilik qalır? Bu, onların psixologiyasına necə mənfi təsir edir, bir nəfər bunu düşünürmü?"

Xüsusi fəaliyyət proqramı hazırlanmalıdır

Ekspert bildirir ki, doqquzuncu sinifdə şagirdlərin bir qismi, 11-ci sinifdə isə digər qismi məktəblərdən ayrılır. Bu uşaqlar təhsilə yönləndirilmədiyi üçün bəziləri dini qruplaşmalara, kriminal aləmə meyillənirlər: "Azərbaycanda hər rayonda "Gənclər evi" tikilib, niyə bu uşaqlarla maraqlanmırlar? "Gənclər evi"nin potensialından nə üçün maksimum istifadə edilmir? Gənclər üçün xüsusi fəaliyyət proqramı hazırlanmalıdır ki, onların gələcəyi xilas edilsin. Azərbaycan gəncinin 24 yaşa qədər yox, 30 yaşa qədər hissəsi müşahidə edilməlidir. Aidiyyəti qurumlar birgə layihələr həyata keçirməklə bu problem üçün əsaslı çıxış yolu tapılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1072   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yağlı qidalar beyinə necə təsir edir? - 75 mindən çox hüceyrə araşdırıldı

Danimarkalı alimlərin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu piylənmənin qanda şəkərin yüksək səviyyəsini müəyyən edən beyin mexanizmini sıradan çıxardığını aşkar edib. xəbər verir ki, bu barədə "Nature Communications" nəşri məlumat yayıb. Bioloqlar yağlı qidaların hipotalamus neyronlarını

1 sentyabr
.

35 yaşdan sonra qadınların sağlamlığı üçün əsas qida məhsulu - Həkimdən açıqlama

Həkim Sara Marin 35 yaşdan yuxarı qadınlara qida rasionlarına bir qidanı mütləq daxil etməyi məsləhət görüb. xəbər verir ki, "Deia" nəşri onun tövsiyələrini dərc edib. Sara Marin bu yaşda olan qadınlar üçün əsas qida məhsulu kimi sardina balığının adını çəkib. Bu balığın tərkibində çoxlu miqdard

28 avqust
.

Fermer məhsul yetişdirir, amma niyə qazana bilmir? - Problemin səbəbi

Azərbaycanda kənd təsərrüfatının inkişafı regionların sosial-iqtisadi vəziyyətinə birbaşa təsir edən əsas sahələrdən biridir. Bəs görəsən, Azərbaycan fermerinin hazırda ən böyük problemi hansıdır: maliyyə, su, bazar, yoxsa istehsal xərcləri?. Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirl

30 avqust
.

Toyda qayınana gözəlliyi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, videoda müğənni Dana Durdana ilə birlikdə görüntülənən qayınananın gözəlliyi və görünüşü izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri onun gənc görünüşünü müzakirə edib, görüntülər

30 avqust
.

Məşhur aktyor bacısının toyuna niyə getmədi?

Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib. O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyü

31 avqust
.

Maykl Cordanın 25 ildir heç kimin görmədiyi "Ferrari"si HƏRRACA ÇIXARILIR

Maykl Cordanın təxminən 25 ildir heç kimin görmədiyi "Ferrari 550 Maranello" avtomobili hərraca çıxarılacaq. 1997-ci il istehsalı olan bu unikal maşın sentyabrın 15-də "Joopiter" auksionunda satışa təqdim ediləcək. -ın -ya istinadən məlumatına görə, əfsanəvi basketbolçu bu nəqliyya

1 sentyabr
.

Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI

Şəhər mərkəzlərində və piyada yollarında, xüsusilə səki kənarlarına yerləşdirilən beton kürələr və monolit strukturlar estetik görünüşlə yanaşı, yol təhlükəsizliyi və şəhər nizamı baxımından mühüm rol oynayır. xəbər verir ki, "beton duba" və ya "bolard" adlandırılan bu kürə və konu

30 avqust
.

Corabların pis qoxusuna son: Yumadan əvvəl bunu püskürdün

Paltar yuyarkən ağ sirkədən istifadə etmək yuyucu vasitənin təsirini gücləndirə və xüsusilə corablarla alt paltarında yaranan xoşagəlməz qoxuların azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, sirkənin tərkibindəki sirkə turşusu parça liflərində toplanan tər, sabun və mineral qalıqlarını

1 sentyabr
.

Toyda gəlinin çiçəyi atmasını gözləyən qonaqlar şok oldu - VİDEO

Toyda ənənəvi gəlin buketi atma mərasimi zamanı maraqlı anlar yaşanıb. xarici mediaya istinadla xəbər verir ki, subay qonaqlar buketi tutmaq üçün sıraya düzüldüyü vaxt gəlin çiçəyi arxaya doğru atıb. Lakin buket gözlənilməz trayektoriya ilə uçaraq qonaqların başı üzərindən keçib və toy salonunun tavanındak

31 avqust