Mask tanınmış şirkəti məhkəməyə verib
Amerikalı iş adamı İlon Mask "OpenAI" və onun baş direktoru Sem Altmana qarşı məhkəmə iddiası qaldırıb və qərarını şirkətin ilkin missiyasından imtina etməsi ilə izah edib.
Qeyd olunur ki, məhkəmə araşdırmasının əsas səbəbi biznesmenin "OpenAI"nin maliyyələşmə mənbələrindən narazılığı olub: Maskın iştirak etdiyi startap qeyri-kommersiya açıq mənbəli proqram təminatı layihəsi kimi düşünülüb. O, "Microsoft"dan vəsait almağı müqavilə şərtlərinin pozulması və şirkətin dəyərlərinin sarsıdılması kimi qiymətləndirir.
Mask "OpenAI"nin texnologiya və araşdırmalarını ictimaiyyətə təqdim etməli olduğuna dair məhkəmə qərarına nail olmaq istəyir. Biznesmenin fikrincə, bu, "Microsoft" və ya müəyyən şəxslərin xeyrinə layihənin daha da kommersiyalaşdırılmasının qarşısını almağa kömək edəcək. Biznesmenin digər tələbi yeni "GPT-4" modellərinin (2023-cü ilin martında buraxılmış dil modeli) ümumi (və ya güclü) süni intellektə yaxın kimi tanınmasıdır. Beləliklə, bu modellər artıq "Microsoft" lisenziyasına tabe olmayacaq və kütləvi istifadəçi üçün daha açıq olacaq./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 543 Tarix: 02 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi
Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu
28 sentyabrABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabrTerrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrAvropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin
30 sentyabr