Dünyada spirtli içkilərimizin dadına Türkiyə vasitəsilə baxacaqlar

Dünyada spirtli içkilərimizin dadına Türkiyə vasitəsilə baxacaqlarAzərbaycan Türkiyəyə hər il sıfır faiz gömrük dərəcəsi ilə 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək. Türkiyə mətbuatında qeyd olunub ki, bu, Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişinə əsasən qəbul etdiyi qərarda öz əksini tapıb. Qərara əsasən, Azərbaycandan Türkiyəyə spirtli içkilərin idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib.

Maraqlıdır, qərar spirtli içki ixracatında Azərbaycan üçün hansı imkanları açacaq? Ümumiyyətlə, Türkiyədə spirtli içkilərimizə tələbat necədir və əsasən, hansı spirtli içkilərin ixrac potensialı yüksəkdir?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab tapmağa çalışıb.

15 milyard dollarlıq hədəf...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Kaspi" qəzetinə verilən məlumata görə, Azərbaycan ilə qardaş Türkiyə arasında xarici ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması hədəfinə nail olmaq üçün göstərilən səylər müsbət nəticə verir: "İki ölkə arasında bağlanan preferensial ticarət müqaviləsi bu sahədə önəmli rol oynayır. Müqavilə əsasında hər iki ölkə tərəfindən idxal ediləcək məhsullar fiskal rüsumlardan azad ediləcək və nəticədə hər iki ölkəyə məxsus məhsullar daxili bazarlarda daha rəqabətqabiliyyətli olacaq".

Məhsullarımızın rəqabət qabiliyyəti artacaq

Qurumdan bildirilir ki, bu müqavilə ilə Azərbaycan Türkiyənin spirtli içkilər bazarında öz yerini tuta bilər: "Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft/qaz sektorunda yer alan spirtli və spirtsiz içkilərin ixracında əhəmiyyətli canlanma müşahidə edilib. Belə ki, 2023-cü ilin yekunlarına görə, spirtli və spirtsiz içkilərin ixracı 29,2 milyon ABŞ dolları və ya 94,1% artaraq 60,2 milyon ABŞ dolları təşkil edib. Sözügedən məhsulların əsas ixrac coğrafiyası avrozona ölkələri arasında İspaniya və Avstriya, MDB ölkələri arasında isə Rusiya və Qazaxıstan olub. Türkiyə Cümhuriyyətinə gəldikdə isə, bu ölkəyə ixrac edilən spirtli və spirtsiz içkilərin həcmində ötən illərlə müqayisədə artım müşahidə olunub. Qarşıdakı müddətdə Azərbaycanın spirtli içki məhsulları sıfır gömrük rüsumu ilə Türkiyəyə ixrac edilərsə, bu, onun qardaş ölkənin bazarında rəqabət gücünü artıracaq. Nəticədə Azərbaycanın spirtli içki məhsulları Avropa və MDB ölkələri ilə yanaşı, Türkiyə bazarında da rəğbət qazana bilər".

Yerli üzüm sortları ön planda

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov deyir ki, dünyada artıq şərabçılıq sahəsində yeni ağız dadına, yeni brendlərə ehtiyac duyulur. Azərbaycanda yerli sortdan hazırlanan şərablar bu tələbatı qarşılamaq iqtidarındadır: "SSRİ dağıldıqdan sonra ölkəmiz yerli sortlarla bağlı tam potensialını ortaya qoymamışdı. Ölkədə istehsal olunan şərabların əksəriyyəti xarici sortlardan alınırdı. İndi müəyyən şərab zavodları var ki, yerli sortların istehsalına başlayıblar. Həmçinin, dünya bazarında da artıq xarici sortlarda rəqabət qabiliyyəti aşağı düşüb, yerli sortlara tələbat yüksəlib. Məsələn, Fransanın, İtaliyanın müxtəlif növ şərablarına tələbat əvvəlki kimi deyil".

Yeni dad, yeni keyfiyyət

Mütəxəssis vurğulayır ki, hazırda Azərbaycanın yerli texniki üzüm sortlarından alınan şərablara maraq çoxdur: "Azərbaycanın iqlim tipi aqromüxtəliflik yaradır. Bu aqromüxtəliflik şərabçılıq sahəsinə də müsbət təsir göstərir, üzümlərimizin biokimyəvi tərkibini zənginləşdirir. Bu səbəbdən də Azərbaycan şərabları kimyəvi göstəricilərinə görə çox zəngindir. Bu gün Azərbaycan şərabları bazara yeni dad, yeni keyfiyyət gətirir və xaricdə qırmızı şərablarımıza tələbat çoxdur. Ölkədə yetişdirilən Şirvanşahı, Mədrəsə, Həməşərə, Bayanşirə, Xındoqnı kimi texniki üzüm sortlarından yüksək keyfiyyətli, harmonik dada malik şərablar istehsal olunur. Gələcəkdə də yerli sortlarla xaricdə rəqabətqabiliyyətli məhsullarla təmsil oluna bilərik".

O inkişafın qarşısı alınmasa idi...

İqtisadçı Fuad İbrahimov isə bildirir ki, Azərbaycanın spirtli içki istehsalı sahəsində kifayət qədər təcrübəsi var: "Azərbaycanda sovet dönəmində içki istehsal edən qabaqcıl müəssisələr var idi. Şərabçılıq, üzümçülük o dövrdə də kifayət qədər inkişaf etmişdi. Lakin o dövrdə SSRİ-nin yarıtmaz idarəetmə üslubu ölkədə üzümçülük və şərabçılığı məhv etdi. Halbuki o inkişafın qarşısı alınmasa idi, bu gün qeyri-neft sektorunda, əsasən də kənd təsərrüfatı sahəsində şərabçılıq mühüm yerə sahib olardı. Bu gün ölkəmizdə üzümçülük və şərabçılıq sahəsində kifayət qədər irəliləyiş var".

İxracın coğrafiyası şaxələnməlidir

İqtisadçı vurğulayır ki, spirtli içki ixracımızda ənənəvi istiqamətlərimiz həmişə Rusiya, Ukrayna, Belarus olub: "Bu ixracın coğrafiyası şaxələnməlidir. Bu gün ölkəmizdə bu sahədə Şərq və Qərb istiqamətində də kifayət qədər işlər görülür. Qardaş Türkiyəyə ixracın isə bizə əhəmiyyətli dərəcədə geridönüşləri olacaq. Çünki Türkiyə turizm sənayesində kifayət qədər dayanıqlı mövqedədir. Bu baxımdan, bizim məhsullarımız bu ərazilərə güzəştli şəkildə daxil olarsa və dövriyyəyə cəlb edilərsə, ilk növbədə turizm dünyasında bunun tanınması prosesi sürətli gedəcək. Bu da öz növbəsində Azərbaycan brendlərinin digər ölkələrdə reklamını gücləndirəcək. Nəzərə almaq lazımdır ki, dünyada spirtli içkilər və tütün məmulatları ilə bağlı kifayət qədər yüksək rüsumlar, aksizlər tələb olunur. Belə bir vəziyyətdə qardaş Türkiyəyə spirtli içkilərin gömrük rüsumu olmadan ixracı, bu məhsulun iqtisadi dövriyyəyə cəlb olunmasında, şaxələnməsində və təbliğ olunmasında kifayət qədər müsbət rol oynayacaq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1082   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb

HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd

29 sentyabr
.

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib

27 sentyabr
.

Rusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba

30 sentyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib

Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy

28 sentyabr
.

İspaniyada Qərbi Afrikadan gələn 268 qeyri-qanuni miqrant xilas edilib

İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb. "Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau

28 sentyabr
.

The Guardian: "ABŞ-da hakim televiziya kanalına qarşı cinayət işi başlatmağa çalışıb"

ABŞ-ın Luiziana ştatında bir hakim onun daşınmaz əmlak sövdələşməsi barədə yayımlanan araşdırmadan sonra televiziya kanalından şikayət edib. The Guardian yazır ki, hakim Kimya Holmes yerli CBS filialı WWL Louisiana barədə polisə müraciət edib. Mübahisə jurnalist David Hammerin hakimlə bağlı apardığ

30 sentyabr