Zimbabve hökuməti USAİD əməkdaşlarını ölkədən qovub
Zimbabve hakimiyyəti fevral ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını ölkədən qovub.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.
"Keçən ay Zimbabve hökuməti gözlənilmədən ölkədə inkişaf və idarəetmə vəziyyətinin qiymətləndirilməsini aparan USAİD əməkdaşlarını və podratçılarını saxlayıb və deportasiya edib", - deyə o qeyd edib.
Onun sözlərinə görə, missiya əməkdaşları pis rəftar, sorğu-sual və hədə-qorxu ilə üzləşiblər. Miller bu cür hərəkətləri əsassız və kobud adlandırıb.
O qeyd edib ki, əvvəllər Zimbabve hakimiyyətinin ritorikası beynəlxalq əməkdaşlığa başlamaq və demokratik islahatlar aparmaq istəyi ilə bağlı bəyanatlara əsaslanırdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 516 Tarix: 09 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İspaniyada Qərbi Afrikadan gələn 268 qeyri-qanuni miqrant xilas edilib
İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb. "Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau
28 sentyabrErmənistan və İran arasında müzakirələr olunub
Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı
30 sentyabrKeçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə DİQQƏT ÇƏKDİ
Nepalın Baş naziri Balendra Şah BMT Baş Assambleyasının iclasında qara gün eynəyində iştirak edib. Bu aksesuar siyasətçinin rep-batllarda iştirak etdiyi vaxtlardan bəri onun ayrılmaz imic elementinə çevrilib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb. Nepalda həmçini
27 sentyabrSerbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib
27 sentyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabr