İrlandiya hökuməti ailə və gender bərabərliyi ilə bağlı referendumda məğlub olduğunu etiraf edib
İrlandiya vətəndaşları nikah və qadınların ailədəki vəzifələri haqqında müddəalarla bağlı ölkə Konstitusiyasına düzəlişləri dəstəkləməyiblər. "Köhnəlmiş" dili dəyişmək üçün fəal kampaniya aparan Baş nazir Leo Varadkar məğlubiyyətini etiraf edib.
"Report" "The Irish Times"a istinadən xəbər verir ki, səsvermənin rəsmi nəticələri daha sonra açıqlanacaq, lakin hökumət başçısı artıq düzəlişlərin "inandırıcı" və "layiqli" iştirakla rədd edildiyini söyləyib.
"Bizim üzərimizə düşən çoxluğu "hə" deyə səs verməyə inandırmaq idi, ancaq, təəssüf ki, bunu edə bilmədik", – Baş nazir əlavə edib.
İlkin məlumata görə, dəyişikliklərin əleyhinə bir milyondan çox insan səs verib. Lehinə olanların sayı isə 400 mindən bir qədər az olub.
Referendumun birinci bəndində ailənin konstitusion tərifinin nikah əsasında qurulmuş özəkdən cütlərin, o cümlədən eynicinsli cütlüklərin "güclü münasibətlərinə" söykənən birliyinədək genişləndirilməsi təklif edilirdi.
İkinci məsələ İrlandiya cəmiyyətində qadınların rolu ilə bağlı idi. Qanunun hazırkı redaksiyasında qadının öz məişət vəzifələri ilə dövlətə dəstək verdiyi və bunsuz "ictimai rifahın əldə edilə bilmədiyi" vurğulanıb. Eyni zamanda, konstitusiyada qeyd olunub ki, dövlət də öz növbəsində anaların "evdəki öhdəliklərinə laqeyd yanaşaraq" əməklə məşğul olmamasını təmin etməyə çalışmalıdır.
Düzəliş müəllifləri belə dili köhnəlmiş və qadınların rolunu aşağılayan adlandırıblar. Onlar iki köhnə maddə əvəzinə konstitusiyaya yeni maddənin yazılmasını təklif etdilər ki, burada ictimai rifahın əsası təkcə qadınlar deyil, bütün ailə göstərilsin. Diqqətçəkən məqam ondan ibarətdir ki, İrlandiyanın bütün əsas partiyaları seçicilərinin referendumun hər iki düzəliş bəndinə "hə" səs verməsi üçün kampaniya aparıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 804 Tarix: 10 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir
ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria
30 sentyabrKeçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə DİQQƏT ÇƏKDİ
Nepalın Baş naziri Balendra Şah BMT Baş Assambleyasının iclasında qara gün eynəyində iştirak edib. Bu aksesuar siyasətçinin rep-batllarda iştirak etdiyi vaxtlardan bəri onun ayrılmaz imic elementinə çevrilib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb. Nepalda həmçini
27 sentyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrBu ölkədə ad günü məclisində baş verən atışmada 11 nəfər yaralanıb
Corciya ştatında parkda baş verən kütləvi atışma nəticəsində 17 və 18 yaşlarında on bir nəfər yaralanıb. xəbər verir ki, bu barədə CBS News hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat verib. Nəşr bildirir ki, "Ad günü məclisi iştirakçıları parkda toplaşdıqdan sonra başqa bir qru
28 sentyabrAvropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin
30 sentyabr