Putinin planı üzə çıxdı - 2036-cı ilə qədər...
Rusiya Prezidenti Vladimir Putin ən azı daha iki müddətə ölkənin ən ali kürsüsündə oturmağı planlaşdırır.
"Ölkə.az" xəbər verir ki, bunu ukraynalı politoloq Aleksandr Morozov deyib.
Onun sözlərinə görə, Rusiya əhalisi də Putin və onun Ukraynada apardığı müharibədən narazı deyil:
"Rusiyada vətəndaş cəmiyyəti yoxdur, əhali və ya sosial qruplar var. Onlar hansısa formada Putinin müharibəsindən faydalanırlar. Əlbəttə, nələrisə itirirlər, amma sadiqdirlər, gələcəkdə də belə olmağa hazırdırlar. Başqa sözlə, Putinin əhalisinin hər şeyə hazır olması fundamental faktordur".
Eyni zamanda Morozov qeyd edib ki, Putin istənilən hallarda Rusiyanı idarə etmək modelini çoxdan qurub. Ekspert Kremlin hazırda Ukraynanın işğal olunmuş ərazilərində də bu modeli tətbiq etediyini bildirib.
"Çox böyük bürokratik təbəqə var. Bəli, müharibə zamanı, bu iki il ərzində Putin Kiriyenkonun (Rusiya hökumətinin keçmiş rəhbəri Sergey Kiriyenko - red.) aparatı ilə birlikdə hazırladığı bürokratiya ilə əl-ələ verib. Kreml bürokratiya təlimi proqramlarını gücləndirib. Yeri gəlmişkən, indi Kreml bu modelləri işğal olunmuş ərazilərdə çox fəal şəkildə sınaqdan keçirir. Kiriyenko və təkcə o yox, böyük Moskva elitası işğal olunmuş ərazilərdə işləyir, orada öz bürokratiyası və idarəetmə aparatını qururlar", - Morozov vurğulayıb.
Onun fikrincə, bu proses uzun müddətə hesablanıb:
"Putin bizə başa salır ki, növbəti bir yox, iki müddətə gedir, yəni 2030-cu ilə qədər deyil, 2036-cı ilə qədər plan hazırlayır. Qarşıdakı vəziyyəti belə görür. Bütün bunlara nail olacağını deyə bilmərik, çünki orada proqnozlaşdıra bilməyəcəyimiz bir çox amillər var, amm Kreml bu yolu planlaşdırır". (Teleqraf.com)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1075 Tarix: 11 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib
27 sentyabrTokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Kosanovun vəzifədə
27 sentyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabrTutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi
Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu
28 sentyabrFırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
ABŞ-ın şimal-şərqini cərəyan edən güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib. "Report" xəbər verir ki, bu barədə sentyabrın 26-da "The New York Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 56 yaşlı mənzil idarəsinin əməkdaşı şəhərin şərqində yerləşən Brukli
27 sentyabrErmənistan və İran arasında müzakirələr olunub
Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı
30 sentyabrMoldovada bu səbəbdən qırmızı təhlükə elan edildi
Moldova meteorologiya xidmətinin rəsmi açıqlamasına görə, Dnestrin bəzi hissələrində və kiçik çaylarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən Moldova qırmızı təhlükə səviyyəsi elan edib. xəbər verir ki, Telegram kanalında deyilir: "Dnestr və Prut çaylarında, eləcə də əksər kiçik çaylarda suyu
28 sentyabr5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər
27 sentyabr