Somalidə iki milyona yaxın uşaq acdır
"Somalidə təxminən 1,7 milyon uşaq qida çatışmazlığı ilə üzləşir, böyüklərin isə təxminən 40%-nin təcili yardıma ehtiyacı var".
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) direktor müavini Bet Bekdol ölkəyə səfərindən sonra bildirib.
"Somalidə hər beş nəfərdən ikisinin təcili tibbi yardıma ehtiyacı var. 1,7 milyon uşaq isə qida çatışmazlığından əziyyət çəkir", - deyə o açıqlamasında söyləyib.
Qeyd edək ki, Somali 2023-cü ilin noyabrında güclü daşqınlarla üzləşib. BMT-nin məlumatına görə, təbii fəlakət 1,6 milyondan çox insana zərər vermiş ola bilər. Yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, 1,5 milyon hektara yaxın kənd təsərrüfatı sahəsi məhv olub. Ən qorxulu vəziyyət ölkənin cənubundakı Djubba çayı vadisində yaranıb. Vəziyyət ona görə mürəkkəbdir ki, zərər çəkmiş ərazilərin bəziləri hökumət tərəfindən deyil, "Əl-Qaidə" ilə əlaqəli "Əl-Şəbab" radikal qruplaşmasının nəzarətindədir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 865 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb
İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları
29 sentyabrHörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır. "Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft
27 sentyabrABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır
Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə
27 sentyabrFransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabr