Türkiyəli mütəxəssisdən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
Türkiyədə Qara dənizdə dörd bal gücündə baş verən zəlzələdən sonra məşhur türkiyəli mütəxəssis, yerşünas Naci Görür xəbərdarlıq edib.
O, bununla bağlı sosial media hesabında paylaşım edib.
"Samsun Taflan sahillərində dörd bal gücündə zəlzələ olub. Bu zəlzələ çox güman ki, sahilə paralel, cənuba doğru uzanan qırılma xətləri ilə əlaqədardır. Ölkəmizin sahilləri müəyyən dərəcədə şimala, dənizə doğru irəliləyir", - deyə Naci Görür bildirib.
Xatırladaq ki, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 03:10-da episentri Qara dəniz sahillərində olan dörd bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Samsun vilayətinin Körfezi-Atakum rayonundan 17,48 kilometr məsafədə yerləşib və 18,27 kilometr dərinlikdə müəyyən edilib. Şəhərdə zəlzələni hiss edən sakinlər çölə çıxaraq gözləməyə başlayıblar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1036 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabrİnsan Hüquqları Müdafiəçisi Brüsselə işgüzar səfərini yekunlaşdırdı
İnsan Hüquqları Müdafiəçisi Brüsselə işgüzar səfərini yekunlaşdırıb. xəbər verir ki, bu barədə İnsan Hüquqları Müdafiəçisi məlumat verib. İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyanın Brüsselə işgüzar səfərinin əsas diqqət mərkəzində İnsan Hüquqları Müdafiəçisi təsisatının müstəqilliyinin və effekti
28 sentyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabr