Çində övladlarına ev tapşırıqlarında kömək edən valideynlərin acı aqibəti
Çində məktəblilərə ev tapşırıqlarını yerinə yetirməkdə yardımçı olan valideynlər arasında infarkt halları getdikcə daha da artır.
İki uşaq anası olan 40 yaşlı Dun soyadlı qadın uşağına riyaziyyatdan ev tapşırıqlarını yerinə yetirməyə kömək edib. Tezliklə o kəskin başağrısı, ardınca ürəkbulanma hissi ilə xəstəxanaya düşüb.
Hərtərəfli müayinədən sonra Duna kiçik insult diaqnozu qoyulub. Həkimlər hesab edirlər ki, buna uzun müddət davam edən stress səbəb olub və ev tapşırıqlarına köməklik yalnız vəziyyəti daha da pisləşdirib. Mütəxəssislər qeyd ediblər ki, son vaxtlar belə hallar Çində daha çox baş verir.
Məsələn, ötən həftə xəstəxanaya oğluna riyaziyyat fənnindən kömək edən 37 yaşlı çinli qadın gəlib. O, övladının məsələni həll edə bilmədiyi üçün o qədər əsəbiləşib ki, ürək tutması ilə klinikaya düşüb.
Səhiyyə mütəxəssisləri qadınların bu tip sağlamlıq problemlərinə daha çox meylli olduqlarını bildirirlər. Çünki xanımlar rəsmi iş, ev işləri və uşaqların akademik göstəriciləri səbəbindən daimi stress və narahatlıq içindədirlər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1293 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb
İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları
29 sentyabrHörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır. "Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft
27 sentyabrABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır
Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə
27 sentyabrFransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabr