Dostunu yeyən şəxs on il sonra ələ keçdi
Rusiyanın Saratov vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları dostunu döyərək öldürməkdə təqsirli bilinən vətəndaşı saxlayıb.
Məhkəmə həmin şəxsə 10 il əvvəl hökm çıxarsa da, o, istintaqdan gizlənib və yalnız indi ələ keçib.
İstintaq və məhkəmənin məlumatına görə, 2012-ci ildə Aleksey Qorulenko dostları ilə Yakutiya və Amur vilayətində tayqada qızıl axtarışına çıxıb. Gəzinti zamanı bir iştirakçı itkin düşüb, ikincisi isə Qorulenko tərəfindən döyülərək öldürülüb. Müəyyən edilib ki, döyülərək öldürülən şəxs Qorulenko tərəfindən yeyilib.
2014-cü ildə Neryunqri məhkəməsi Qorulenkonu sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilib, onu üç il şərti həbs cəzasına məhkum edib. Daha sonra Yakutiya Ali Məhkəməsi hökmə yenidən baxaraq, ona 12 il müddətinə ciddi rejimli koloniya cəzası verib. Cinayət işi üzrə təqsirləndirilən şəxs məhkəməyə gəlməyib və axtarışa verilib.
Bildirilir ki, məhkum martın 11-də Yeremeyevka rayonunun Saratov kəndində qohumunun yanına gələrkən saxlanılıb. Federal Penitensiar Xidmətin məlumatına görə, əvvəlki illərdə vətəndaş Rusiyanın müxtəlif regionlarında tərk edilmiş evlərdə gizlənib. Hazırda saxlanılan şəxs istintaq təcridxanasına göndərilib, daha sonra isə koloniyaya köçürüləcək./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1883 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind
27 sentyabrAlmaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrMoldovada bu səbəbdən qırmızı təhlükə elan edildi
Moldova meteorologiya xidmətinin rəsmi açıqlamasına görə, Dnestrin bəzi hissələrində və kiçik çaylarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən Moldova qırmızı təhlükə səviyyəsi elan edib. xəbər verir ki, Telegram kanalında deyilir: "Dnestr və Prut çaylarında, eləcə də əksər kiçik çaylarda suyu
28 sentyabrBu ölkədə ad günü məclisində baş verən atışmada 11 nəfər yaralanıb
Corciya ştatında parkda baş verən kütləvi atışma nəticəsində 17 və 18 yaşlarında on bir nəfər yaralanıb. xəbər verir ki, bu barədə CBS News hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat verib. Nəşr bildirir ki, "Ad günü məclisi iştirakçıları parkda toplaşdıqdan sonra başqa bir qru
28 sentyabrQrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb
Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm
30 sentyabrÇin qarşıdakı illərdə ABŞ-dan kömür tədarükünü artırmağı planlaşdırır
Pekin Vaşinqtonla kömür sənayesində əməkdaşlığı dərinləşdirmək, o cümlədən qarşıdakı illərdə Amerika kömürünün tədarükünü artırmaq istəyir. xəbər verir ki, bunu Çin Ticarət Nazirliyi bildirib. Çin tərəfinin açıqlamasına görə, ticarət-iqtisadi məsləhətləşmələrin nəticəsi olaraq, Çin və ABŞ qarşılıql
28 sentyabrHörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır. "Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft
27 sentyabr