Keyt Middleton haradadır?

Keyt Middleton haradadır?Hazırda Böyük Britaniyada kral ailəsi şahzadə Uilyamın həyat yoldaşı Keyt Middletonun uzun müddətdir ictimaiyyət arasında görünməməsi ilə bağlı yayılan çoxsaylı şayiə və məlumatlarla mübarizə aparır.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şahzadə hələ cari ilin yanvar ayında keçirdiyi planlaşdırılmış abdominoplastika əməliyyatından əvvəl görüntülənməyib.

Belə ki, Middletonun fotoları 2023-cü ilin dekabrından paylaşılmayıb. Şahzadənin birdən-birə "yoxa çıxması" dünya mediasında və Britaniyada müzakirələrə və müxtəlif fərziyyələrə səbəb olub. Bir çoxları Middletonun görünməməsi fonunda onun şahzadə Uilyamdan boşanması, ağır xəstəliyə düçar olması, əməliyyatdan sonra komaya düşməsi kimi iddialar səsləndirib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri Keytin dünyasını dəyişməsini, bəziləri isə onun əməliyyat zamanı uşaqlığının çıxarılmasını iddia ediblər.

Bu şayiələr fonunda şahzadə Harrinin bu yaxınlarda Uelsə səfəri zamanı həyat yoldaşının səhhətini müzakirə etməkdən imtina etməsi diqqət çəkib. Reksem şəhərinə səfər zamanı Uilyama xanımının səhhəti barədə sual ünvanlansa da, o buna cavab verməyib.

Şahzadənin səhhəti barədə fərziyyələr davam edərkən "New York Post" qəzeti 42 yaşlı Uels şahzadəsinin "Audi" markalı avtomobildə sərnişin oturacağında, anasının isə sükan arxasında əyləşməsini əks etdirən görüntülər yayımlayıb. Bu, Keytin 2 aylıq fasilədən sonra yayılan ilk fotosu olub. Fotonun Vindzor qəsrinin yaxınlığında lentə alındığı bildirilib.
Keyt Middleton haradadır?Kensinqton sarayı şayiələrə son qoymaq üçün martın 10-u Keytin övladları ilə birgə lentə alınan fotosunu paylaşıb. Lakin bu, şayiələri daha da alovlandırıb. Belə ki, fotonun neyroşəbəkə vasitəsilə yaradılması iddia edilib. Middletonun barmağında nişan üzüyünün olmaması, bir əlinin bulanıq olması, uşaqların üzündəki mimikaların qəribəliyi, fotonun lentə alındığı bağdakı havanın mövsümə uyğun olmaması da diqqətdən yayınmayıb. Fotonu yayımlayan dünya KİV-i müzakirələrdən sonra görüntünü saxta adlandıraraq onu silib.

Bunun ardınca, martın 11-i Kensinqton sarayı Uels şahzadəsinin adından sosial şəbəkələrdə paylaşım edib. Paylaşımda Keyt Middleton fotoya şəxsən düzəlişlər etdiyini etiraf edib. O bunu hər bir həvəskar fotoqraf kimi fotoların redaktəsi üzrə tətbiqlərlə eksperiment aparmağı sevməsi ilə əsaslandırıb. Həmçinin, fotonun yaratdığı çaşqınlığa görə üzr istəyib.

Bununla belə, şahzadənin hazırda harada olması və səhhəti ilə bağlı müzakirələr və suallar qalmaqdadır.
Keyt Middleton haradadır?Keyt Middleton haradadır?


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 849   Tarix: 14 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir

Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır. "Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft

27 sentyabr
.

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat şəhərin 13 rayonunu əhatə edib. Əməliyyat nəticəsində 1070 nəfər əcnəbiyə qanunsuz vətəndaşlı

27 sentyabr
.

İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal

27 sentyabr
.

Bu ölkədə ad günü məclisində baş verən atışmada 11 nəfər yaralanıb

Corciya ştatında parkda baş verən kütləvi atışma nəticəsində 17 və 18 yaşlarında on bir nəfər yaralanıb. xəbər verir ki, bu barədə CBS News hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat verib. Nəşr bildirir ki, "Ad günü məclisi iştirakçıları parkda toplaşdıqdan sonra başqa bir qru

28 sentyabr
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27 sentyabr
.

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq

Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n

29 sentyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr
.

Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad

30 sentyabr
.

ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb

İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları

29 sentyabr