İspaniya paytaxtında fermerlər traktorlarla etiraz aksiyası keçiriblər
İspaniyanın paytaxtı Madriddə ispan fermerlərinin böyük etiraz aksiyası başlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyanı təşkil edən dərnək açıqlamasında yeni nümayişin hökumət tərəfindən konkret tədbirlər görülməməsi səbəbindən keçirildiyini bildirib.
Etirazçılar, həmçinin üçüncü ölkələrin haqsız rəqabətinə son qoymağı və fermerlərin maraqlarını nəzərə alan ekoloji siyasətin müdafiəsini tələb edirlər.
Aksiya ilə əlaqədar Madridin mərkəzində nəqliyyatın hərəkəti çətinləşib.
Qeyd edək ki, ispan fermerlərinin ilk nümayişləri fevralın 6-da başlayıb. Etirazçılar Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar. Mitinqlər zamanı fermerlər traktorlarla əsas magistrallarda nəqliyyatın hərəkətinə mane olub və bəzi limanlara girişi bağlayıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 846 Tarix: 17 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Zelenskidən bunu xahiş etdi
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini açıqlayıb. xəbər verir ki, Tramp İllinoysda jurnalistlərə bildirib ki, "Bu, maraqlı məsələdir. Mən Prezident Zelenski ilə danışdım, dedi
28 sentyabrHörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Qurumun məlumatına görə, boğazda
27 sentyabrFransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy
28 sentyabrABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır
Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə
27 sentyabr