Avropa ölkələri NATO-nun müdafiə xərcləri ilə bağlı öhədliyini yerinə yetirə bilmirlər

Avropa ölkələri NATO-nun müdafiə xərcləri ilə bağlı öhədliyini yerinə yetirə bilmirlərNATO-ya üzv olan Avropa dövlətləri alyansın müdafiə xərcləri hədəfinə çatmaq üçün ildə əlavə 56 milyard avro tapmalıdırlar.

"Report" xəbər verir ki, bu barədə "Financial Times"ın tələbi ilə Almaniya İqtisadi Tədqiqatlar İnstitutu araşdırma aparıb.

Tədqiqat nəticəsində müəyyən edilib ki, Aİ ölkələrinin çoxu NATO-nun ÜDM-in 2%-i olan müdafiə xərcləri hədəfindən uzaqdadır.

ABŞ-ın rəhbərlik etdiyi alyansın müdafiə xərclərini artırmağa çalışması aşağı artımın olduğu və bir çox ölkələrin büdcə planlarını sərtləşdirdiyi bir vaxtda Avropada fiskal təzyiqi artırır. Dəyər baxımından ən böyük kəsir Almaniyada olub, o, keçən il müdafiə hədəfinə çatmaq üçün lazım olandan 14 milyard avro az xərcləyib.

Almaniyanı "müdafiə kəsiri" ilə İspaniya (11 milyard avro), İtaliya (10,8 milyard avro) və Belçika (4,6 milyard avro) izləyir.

NATO ölkələri hələ 2006-cı ildə müdafiəyə ÜDM-in minimum 2%-ni ayırmaq barədə razılığa gəliblər, lakin bu rəqəm yalnız 2023-cü ilin yayında minimum olaraq müəyyən edilib.

Sonra 11 ittifaq ölkəsi, o cümlədən Polşa, ABŞ, Yunanıstan, Estoniya, Litva, Finlandiya, Rumıniya, Macarıstan, Latviya, Böyük Britaniya (Brexit – Qeyd) və Slovakiya öz öhdəliklərini yerinə yetirə bilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 869   Tarix: 17 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur

12 iyul
.

Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb

Kiyevdə Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumları zamanı 11 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Mülki infrastruktur hava həyəcanı ela

11 iyul
.

AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək

Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib. "Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ı

12 iyul
.

İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib

12 iyul
.

Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi

Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq. xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb. "Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə v

12 iyul
.

Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır

ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin

12 iyul
.

NASA Ay və Mars üçün 4 könüllü axtarır

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək

11 iyul
.

Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib

ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql

12 iyul
.

Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var

Kanadanın Toronto şəhərində naməlum silahlı şəxs atəş açaraq iki nəfəri öldürüb, daha beş nəfəri yaralayıb. "Report"un məlumatına görə, bu barədə Toronto polisi "X" sosial şəbəkəsində bildirib. "Beş nəfər güllə yarası ilə aşkarlanıb, iki nəfər hadisə yerində ölüb", - paylaşımd

12 iyul