Avstraliya hökuməti Rusiyadakı terror aktını qınamaqdan imtina edib
Avstraliya rəhbərliyi Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktına heç bir reaksiya verməyib.
Bu barədə Rusiyanın Kanberradakı səfiri Aleksey Pavlovski TASS müxbiri ilə söhbətində bildirib.
"Ölkəmizdə baş verənlərlə bağlı istənilən məqamda bəyanatlar və şərhlər verən Avstraliya hökuməti vəhşi terror aktını açıq şəkildə pisləməyi və həlak olanlara başsağlığı verməyi lazım bilməyib", - deyə o qeyd edib.
Səfir onu da vurğulayıb ki, sadə avstraliyalılar və burada yaşayan rusiyalılar diplomatik nümayəndəliyə rəğbət və dəstək sözləri ilə zəng edir, mesajlar göndərirlər. Rusiyanın Sidneydəki Baş Konsulluğunun binası yaxınlığında isə gül, oyuncaq və şamlardan ibarət ekspromt xatirə memorialı yaranıb.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 745 Tarix: 24 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi
Alimlər ilk dəfə Yerin yeni okean qabığının formalaşması prosesini birbaşa müşahidə edərək sənədləşdiriblər. İndiyədək belə bir hadisənin real vaxt rejimində qeydə alınmasının mümkün olmadığı hesab edilirdi. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Kəş
10 iyulNASA Ay və Mars üçün 4 könüllü axtarır
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək
11 iyulFransa mediası süni intellektlə dezinformasiya yayır?
Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın
12 iyulGürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu
Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc
12 iyul