Küçədə üzəri açıq halda satılan balıq və toyuqlar TƏHLÜKƏLİDİR? - VİDEO

Küçədə üzəri açıq halda satılan balıq və toyuqlar TƏHLÜKƏLİDİR? - VİDEOSon zamanlar paytaxtın müəyyən küçələrində və metroların çıxışlarında balıq və toyuq məhsullarının satışına rast gəlinir. Antisanitar şəraitdə, üzəri açıq olan belə məhsulların satışı zamanı qaydalara demək olar ki, əməl olunmur. Üstəlik bu məhsulların haradan gətirilməsi belə sual altındadır. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları belə xəbərdarlıq edirlər.

Üzəri açıq vəziyyətdə olan toyuq məhsulları və vannalarda, yeşiklərdə gigyenik normalara cavab verməyən balıqlar daha çox metro stansiyaların çıxışında və həmin əraziyə yaxın yerlərdə bunlara rast gəlinir. Qiymətinin ucuzluğuna müştərini cəlb edən bu məhsullar AQTA nəzarəti olmadan alıcılara təqdim olunur. Sonxeber.az xəbər verir ki, "ATV Xəbər"in əməkdaşları bu məhsulların haradan gətirilməsi ilə bağlı satıcılarla danışmaq istəyib. Lakin, bəziləri qaçmağa, bəziləri isə min bir bəhanə ilə suallardan yayınmağa çalışıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, saxlanma qabiliyyətinə görə ət, toyuq və balıqlar tez xarab olan məhsullar sayılır. Ona görə də bu məhsulların düzgün saxlanılması və satışa çıxarılması əsas şərt hesab olunur:

"Küçə şəraitində satılan mallar insanların tədricən zəhərlənməsinə səbəb ola bilər. Bu xəstələliklərin mənşəyini heç həkimlər belə tapa bilmirlər".

Ətraflı "ATV Xəbər"in süjetində:


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 790   Tarix: 26 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çilidə dağın zirvəsində "sirli üz" peyda olub

Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi

5 avqust
.

Networking Azerbaijan 2025-ci ildə sahibkarlara nə verəcək? Gala Night-da planlar açıqlandı

"Bu il "Networking Azerbaijan" biznes klubu üzvlərinə daha çox bilik, bacarıq və biznes əlaqələr qazandıracaq tədbirlər keçirməyə üstünlük verəcək" – klub üzvlərini ilin ilk netvörkinqində - JW Marriott Absheron’da keçirilən "Networking Gala Night" tədbirində bir araya gətirə

11 fevral
.

Estetik cərrahların sertifikasiyası ləğv olunub: Yenidən fəaliyyət göstərirlər?

Azərbaycanda bir neçə estetik cərrahın sertifikasiyasının ləğv edilməsi ilə bağlı məsələ ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Məlumata görə, bəzi həkimlərin sertifikasiya şəhadətnamələri ləğv olunub, digərlərinin isə sertifikasiya müddəti başa çatıb. Hazırda bu istiqamətdə araşdırmala

8 aprel
.

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb. -a istinadən xəbər verir ki, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib. Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Ne

29 iyul
.

Məşhur reper federal axtarışa verildi

Rusiya İstintaq Komitəsi məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib. -a istinadən xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında məlumat verilib. Məlumata görə, reperə qarşı cinayət işi Moskva Şimal İnzibati Dairəsi üzrə İstintaq Komitəsinin Savelovski şöbəs

27 yanvar
.

"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır" - DEPUTAT

"2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasınd

12 iyun
.

Yaxşı yatmağa kömək edəcək üç "şah" məhsul

"Yuxu pozğunluqları müasir insanın ən geniş yayılmış problemlərindən biridir. Bunun əsas səbəbi isə sirkad ritmlərə riayət edilməməsi və ya "sosial jet laq" adlanan vəziyyətdir". -ın -ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı tibb elmləri doktoru, nevroloq Aleksey Danilo

24 noyabr 2024
.

"Vergi Məcəlləsində dəyişikliklər yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur" - Azər Əmiraslanov

Vergi Məcəlləsinə dəyişikliklər ilk növbədə qeyri-neft özəl sektorunda əməkhaqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır. xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin dövlə

21 noyabr
.

Metro seysmik cəhətdən aktiv ərazilərdə LOGICBASE PVC membranı ilə daha təhlükəsiz olacaq.

TECHNONICOL materiallarının zəlzələ kimi ekstremal şəraitlərdə öz effektivliyini sübut etməsi onların Bakıda inşa edilən "Xocəsən" metro stansiyası üçün seçilməsinə səbəb olmuşdur. Azərbaycan ərazisinin təxminən üçdə bir hissəsi yüksək seysmik aktivlik zonasında yerləşir. Ölkənin paytaxtı ola

21 oktyabr 2024