Bayden Putini yenə "qəssab" adlandırdı
ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə "qəssab" adlandırıb.
"Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb.
O, çıxışında varlı vətəndaşlar üçün gəlir vergisinin 8,2%-dən 25%-ə qədər artırılması təşəbbüsündən bəhs edib. Onun sözlərinə görə, bu, yaxın 10 ildə büdcəyə yüz milyardlarla dollar cəlb etməyə imkan verərdi:
"Bu vəsaitlə nələr edə biləcəyimizi təsəvvür edin. Federal büdcə kəsrini əhəmiyyətli dərəcədə azalda bilərdik. Mütəmadi olaraq çox şey edə, eləcə də, nəhayət Ukraynanı qəssab Putindən qoruya bilərdik".
Qeyd edək ki, Bayden bundan əvvəl də Putin barəsində qalmaqallı açıqlamalar verib. Belə ki, Ukraynada müharibə başlayandan sonra o, rusiyalı həmkarını "qatil", "diktator", "qəssab", "hərbi cinayətkar" adlandırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 750 Tarix: 27 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada zavodda partlayış - 3 ölü, 58 yaralı - Yenilənib
Rusiyanın Nijnekamsk şəhərində "Nijnekamskneftexim" zavodunda partlayış və ardınca yanğın baş verib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır
31 martDubayda İranın hücumlarını lentə alan onlarla ingilis saxlanıldı
Təxminən 70 Böyük Britaniya vətəndaşı Birləşmiş Ərəb Əmirlikləri ərazisində İranın atdığı raketlərdən sonra yaranan dağıntılar foto və videolarını çəkdiklərinə görə "sərt qanunlar" çərçivəsində saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, Dubayda yaşayan hüquq müdafiəçisi Radha Stirlinqi
30 martSorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumat
29 mart