5 apreldən sonra bölgədə ŞOK dəyişikliklər olacaq, Rusiya... – İLGİNC DETALLAR

5 apreldən sonra bölgədə ŞOK dəyişikliklər olacaq, Rusiya... – İLGİNC DETALLAR"Ermənistanın Avropa İttifaqı və ABŞ-la 5 apreldə Brüsseldə üçlü görüş keçirməyi qəbul etməsinin ən böyük səbəbi Rusiya ilə olan bütün əlaqələrini qoparmaq istəyidir. Çünki Ermənistan Qarabağ savaşında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onun yanında olmadığını, onu qorumadığını iddia edir".

Bu fikirləri Musavat.com-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib.

Politoloq hesab edir ki, Ermənistan görüşə razılıq verməklə Avropa İttifaqı və ABŞ-ı Cənubi Qafqaza daxil edəcək yeni bir planı qəbul edir:

"Ermənistan Avropa İttifaqı və ABŞ-ın dəstəyi ilə sülh müqaviləsini imzalamaq istəyir. Aİ və ABŞ isə Ermənistan vasitəsilə Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, artıq rus ordusunun fəaliyyətinə ehtiyac qalmayacaq. Avropa İttifaqı və ABŞ Ermənistandan istifadə edərək Cənubi Qafqazda söz sahibi olmağa çalışır. Ukraynada olduğu kimi, Rusiyaya qarşı cəbhə açmaq istəyirlər".

Türkiyəli politoloqun fikrincə, Ermənistan Türkiyə ilə razılaşma istəyirsə, tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamalıdır:

"Zəngəzur dəhlizini açmalıdır. Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində keçirdiyi görüşləri yekunlaşdırıb sülh müqaviləsini imzalamalıdır. Ermənistan bu yolla çox böyük bir imkan qazanmış olar".

Hüsamettin İnaç hesab edir ki, 5 aprel görüşündən sonra bölgədə çox şey dəyişəcək:

"Brüsseldə baş tutacaq görüş razılaşma ilə bitərsə, Rusiyanı bölgədən uzaqlaşdırmaq üçün əllərindən gələni edəcəklər. Son dönəmlər Qərbin Ukrayanaya lazımi dəstəyi verməməsi və savaşın cəbhədə tıxanması Rusiyanın Cənubi Qafqazda da mövqeyini gücləndirəcək. Rusiyanın Cənubi Qafqazda, Moldova bölgəsində, Şərqi Avropada daha çox söz sahibi olmasına şərait yarana bilər. Avropa İttifaqı və ABŞ bunun qarşısını almaq üçün qabaqlayıcı siyasət yürüdür. Onlar Ermənistanı müxtəlif vədlərlə inandırmaqla Rusiyanın və rus ordusunun bölgədəki varlığını aradan qaldırmağa çalışırlar".

Politoloq xatırladıb ki, son zamanlara qədər xüsusilə Fransa və Hindistan başda olmaqla Ermənistanın silahlandırılması həyata keçirilirdi:

"Ermənistanı uzunmənzilli raketlərlə, hava hücumundan müdafiə sistemləri ilə zənginləşdirməyə çalışırdılar. Lakin Qərb Ermənistanı silahlandırmaqla bir nəticə əldə edə bilməyəcəyini gördü. Çünki istər İkinci Qarabağ müharibəsində, istərsə də antiterror tədbirlərində Azərbaycan ordusunun məğlubedilməz olduğunu gördülər. Bundan sonra siyasətlərini önəmli dərəcədə dəyişdilər. Qərb Cənubi Qafqaz siyasətinin olduqca kövrək olduğunun fərqindədir. Onlar bölgədə Rusiyaya qarşı yeni bir təsir dairəsi və qarşılaşma cəbhəsi yaratmaq istəyirlər".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1130   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri

Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen

28 sentyabr
.

İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ

İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda

27 sentyabr
.

Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib

Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy

28 sentyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27 sentyabr
.

İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal

27 sentyabr
.

ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır

Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə

27 sentyabr
.

Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib

İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib. "Report" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, jurnalistin müvafiq sualına cava

27 sentyabr
.

Mədənçıxarmanın qadağan olunduğu qitənin altında nəhəng ehtiyat var: Səbəb nədir?

Qızılın mümkün mövcudluğu ilk növbədə bu qitənin geoloji keçmişi ilə müəyyənləşir. Antarktida vaxtilə Afrika, Avstraliya və Cənubi Amerika ilə birlikdə Qondvananın bir hissəsi olub. Bu regionlar isə mineral ehtiyatlarla zəngindir. Qaynarinfo "WP Tech"ə istinadən xəbər verir ki, bu səbəbdə

28 sentyabr