Avropa Parlamentinin aparıcı fraksiyasının rəhbəri: "İqtisadi uğur və rifah təhlükə altındadır"
Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber hesab edir ki, Aİ gələcəyin bazarlarında rəqabətə tab gətirə bilməz və Pekinlə əməkdaşlığın vacibliyinə baxmayaraq, öz iqtisadiyyatını Çindən qorumalıdır.
"Report" xəbər verir ki, o bu barədə "Funke" nəşrinə açıqlamasında deyib.
O, Çinin artıq fotovoltaik panellərlə etdiyi kimi, dempinq metodlarına əl ataraq, sistematik olaraq gələcəyin yeni texnologiyaları bazarlarını fəth etməyə çalışır:
"Biz buna icazə verə bilmərik. Çinlə azad ticarət ədalətli olmalıdır".
Veber hesab edir ki, Almaniya iqtisadiyyatının inkişafı ilə bağlı ən son iqtisadi məlumatlar Berlin üçün aydın xəbərdarlıq siqnalıdır - iqtisadi uğur və rifah təhlükə altındadır:
"Biz avropalılar, əsasən, gələcəyin bazarlarında, məhz indiyə qədər bizim rifahımızı təmin edən bazarlarda rəqabətdə uduzuruq. Aİ-də satılan bütün elektrik avtomobillərinin demək olar ki, 20%-i Çin istehsalıdır. 2024-cü ildə bu payın artacağı gözlənilir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 740 Tarix: 31 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Honkonqda həbsxanaya kiberhücum: Minlərlə əməkdaşın məlumatı təhlükədə
Çin Xalq Respublikasına tabe olan Honkonq Xüsusi İnzibati Bölgəsinin İslah Xidmətləri Departamenti daxili məlumat bazasına kiberhücum edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb. Məlumata görə, kiber cinayətkarlar təxminən 7 minə yaxın fəaliyyətd
29 martSorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumat
29 martMakron Bərzaniyə zəng edərək dəstəyini bildirib
Fransa Prezidenti Emmanuel Makron İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə Dəhükdəki iqamətgahına edilən hücumdan sonra telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial media səhifəsində yazıb. Söhbət zamanı o, bu səhər iqamətgahın
29 martŞahzadə İzabella əsgər gedir
Danimarkada qadınlar üçün məcburi hərbi xidmət tətbiq olunduqdan sonra Şahzadə İzabella tarixi bir qərar verib. "Qafqazinfo"nun məlumatına görə, yeni qanunlara əsasən, 18 yaşlı şahzadə hərbi xidmətdən azad edilmədən orduda xidmət edəcək. Şahzadə 2026-cı ilin avqustunda Slagelsedəki Mühafiz
1 aprelYerdə bu tarixdə maqnit qasırğası gözlənilir
Günəşdə baş verən güclü partlayış nəticəsində yaranan plazma buludu çərşənbə axşamı axşam saatlarında Yerə çatacaq. Bu isə maqnit qasırğasına səbəb olacaq. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Bildirilib ki
31 martGünəşi görmədən 1500 il: Misirdə palçıq altında qalmış şəhər tapıldı
Nil deltasında minilliklər boyu yığılan lil təbəqələri qədim şəhərləri gizlədərək çoxsaylı arxeoloji tapıntıları qoruyub saxlayıb. Qaynarinfo xəbər verir ki, "DailyGalaxy" nəşrinin yazdığına görə, alimlər bu yaxınlarda Tell əl-Farain arxeoloji ərazisində - qədim Buto şəhəri ilə əlaqələndirilə
2 aprel