Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTO

Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOİordaniyanın yeganə liman şəhəri Aqabaya səfər edən turistlər çox vaxt "Azad İqtisadi zona olduğu üçün viza tələb olunmur" fikri ilə üzləşirlər. Ölkəyə səfərdən öncə İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyindən viza ilə bağlı sualımıza konkret cavab verildi: "Aqaba İordaniya ərazisidir. Viza almayıb gedən Azərbaycan vətəndaşlarına sərhəd keçid məntəqəsində yaranan problemlərə görə səfirlik heç bir məsuliyyət daşımır. Aqabaya Azərbaycandan gedən turistlərə ölkə sərhədində elektron viza verilir. Elektron vizanı səfər öncəsi onlayn şəkildə də əldə etmək mümkündür".

Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOİordaniya ərazisinə daxil olmaq üçün alternativ variant e-viza (115 AZN) əvəzinə "Jordan pass"ı (174 AZN) onlayn əldə etməkdir. Bu sənəd turist vizasını əvəz etməklə yanaşı, ölkənin Petra, Vadi-Rum kəndi, Ayla adlı orta əsr şəhərinə və s. məşhur attraksionlar daxil olmaqla ümumilikdə 40 turistik məkanına pulsuz giriş imkanı verir. Bloqer dostların məsləhəti ilə "Jordan pass" əldə edib səfərə yollandıq...

Aqabanın kiçik hava limanında sərhəd keçid məntəqəsindən keçməyə çox vaxt tələb olunmur. Sərhədçilər nəzakətlə "Jordan pass"ı təsdiqləyib ölkəyə girişimizə icazə verdilər.
Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOHava limanından şəhərə doğru avtobuslar gözə dəymir. Taksi sürücüləri pərakəndə halda "taksi lazımdır?" deyə turistləri əhatələyib qiymətləşməyə başlayırlar.

Hava limanından şəhərə doğru uzanan səliqəli, palma ağacları və güllərlə bəzənən yollar tədricən boş səhralar və baxımsız küçələrlə əvəzlənir.

Hotelimizin şəhərin mərkəzində yerləşməsi ərazidə ticarətlə məşğul olan yerli sakinlərin həyat tərzi ilə yaxından tanışlığa imkan yaradır.
Səfərimiz Ramazan günlərinə təsadüf etdiyindən şəhərdə əksər dükanlar, kafe və restoranlar axşamüstü saat 17.00-dan sonra açılır.
Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOİordaniyada yaşamaq istəyirsənsə...

Həyat Keyfiyyəti İndeksinə (HKİ) görə, İordaniya Krallığı Yaxın Şərqdə inkişaf etməkdə olan ölkələr arasında ikinci yerdədir. Lakin regiondakı qeyri-sabit siyasi vəziyyət iqtisadi artım tempinə təsir edib. Krallıq qonşu ölkələrdə baş verən müharibələrdən sonra bir neçə mühacirət dalğasına məruz qalıb ki, bu da ölkənin əhalisini vətəndaşlığı olmayan qaçqınlarla xeyli artırıb. İraq və Fələstindən qaçqın axını ölkənin ümumi yaşayışına təsir edib. Krallıqda iş görmək üçün İordaniya vətəndaşlığı vacib deyil, vaxtında xəzinəyə müvafiq vergi ödəmək kifayətdir. İordaniyada qonşu ölkələrdən gəlib işləyənlər də çoxdur. Hazırda əcnəbilər arasında məşğulluğun əsas payını misirlilər tutur.
Səfərimiz boyu bizi müşahidə edən sürücü-bələdçimiz Abdulhüseyn bildirdi ki, ölkədə yaşayan hər kəs İordaniya vətəndaşlığına malik deyil: "Qaçqınlar və ya vətəndaşlığı olmayan iordaniyalıların ailə üzvləri krallıqda rahat yaşamaq üçün kifayət edən yaşayış icazəsi alırlar. İordaniyada vətəndaşlıq olmadan daşınmaz əmlak sahibi olmaq yaşayış icazəsi almaq hüququ verir".
Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOİordaniyanın Qırmızı dənizdəki yeganə liman şəhəri

İordaniya hökuməti daha yaxşı iqtisadi inkişaf üçün bir sıra vergi güzəştləri və digər imtiyazları olan bir neçə iqtisadi zona yaradıb. Turistlər arasında ən məşhur və populyar olanı Aqaba şəhəridir. Bu, İordaniyanın Qırmızı dənizdəki yeganə liman şəhəri, həm də ölkənin cənubunun inkişaf mərkəzidir.
Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOŞəhərin florası xurma palmaları ilə zəngindir. Aqaba körfəzi zəngin sualtı qaynaqları ilə ölkənin məşhur cazibə mərkəzidir. İordaniyanın önəmli gəlir mənbəyi olan fosfat Aqaba limanından ixrac edilir.

Aqabanın əsas cazibəsi Qırmızı dəniz və onun möhtəşəm çimərlikləridir. Sahil zolağında hər zövqə və büdcəyə uyğun hotellər sıralanıb. Aqaba istirahət, ekstremal idmana və əyləncələrə üstünlük verən aktiv turistlər üçün idealdır. Qumlu, kiçik çınqıllı və mərcan rifləri olan çimərliklərə malik Qırmızı dənizi, Aqaba körfəzini, müalicəvi əhəmiyyəti ilə dünyada məşhur Ölü dənizin çimərliklərini, dünyanın yeni yeddi möcüzəsindən biri - Petra şəhərini, İordaniyanın ən böyük qum səhrası olan Rum Vadisini (Vadi Rum) görmək üçün buraya dünyanın hər yerindən turistlər gəlir. Aqabanın daha bir özəlliyi dalğıc turizmidir. "Qonşuluqda İsrail-Fələstin müharibəsinin davam etməsi ölkəmizə gələn turistlərin sayına da təsir edib. Bizim ailəmiz var, elə gün olur ki, bir qəpik də qazanmırıq", - deyə sürücümüz bildirir.
Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOİordaniyada qiymətlər yerli əhali üçün münasib sayılsa da, turist xidmətləri çox bahalıdır. Məsələn, yerli turizm agentlikləri özəl Petra turu üçün 190, Ölü dəniz turuna 250, Vadi Rum turuna 180 ABŞ dolları istədilər.

Aqabanın tam mərkəzində yerləşən Mərkəzi Bazar turistlər arasında çox populyardır. Buradakı piştaxtalar təzə meyvə, tərəvəz, ədviyyat və şirniyyatla dolub-daşır. Qiymətlər isə turistlərə növbə çatanda daha da bahalaşır...
Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOQayalar arasında kiçik turist maşınları

Petra kəndi Aqabadan 90 dəqiqəlik məsafədə yerləşir. Qırmızı dənizin digər sahilindən görünən İsrailin gecələr qızıla bürünən Eliat şəhərini seyr edə-edə Petraya yollanırıq. İrəlilədikcə səhrada yaşayan bədəvi ərəblərin çadır evləri geridə qalır.

Petra İordaniyanın mühüm turizm mərkəzidir. Sivilizasiyanın qədim şəhəri 4000 il əvvəl yaranıb. Gün ərzində qırmızıdan narıncıya və çəhrayıya çevrilən qayaların rənginə görə tanınır.
Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTONəbati İmperiyası tərəfindən tikilmiş qədim Petranın qayalara oyulmuş unikal əsərlərini, bənzərsiz memarlığını görmək üçün dünyanın hər tərəfindən bura turistlər axın edir. Petra nəhəng bir sənət əsəridir. Zəlzələlər və iqtisadi çətinliklərlə üzləşən Petra zamanla unudulub. İsveçrəli kəşfiyyatçı İohann Burkhardt tərəfindən yenidən kəşf edilənə qədər, yalnız köçəri ərəblərə məlum olan unudulmuş Petra 1400 illik bir sirri özündə saxlayır.

Petra qayalarda oyulmuş sığınacaqları, məbədləri, qaya məzarları, su kanalları, teatrları, sütunlu küçələri və ibtidai bəndləri olan bir çox təəccüblü quruluşu ilə insanları heyrətləndirir. Petra Aralıq dənizini Qırmızı dənizlə birləşdirən qədim ticarət yolu kimi də məşhur olub.
Musa vadisinin kənarında yaradılmış müasir qonaq qəbulu zalında bilet kassalarından keçəndən sonra qədim şəhərin ilk xarabalıqları gözə dəyir. Dağların arasından keçməklə ziyarətçiləri 1200 metr uzunluğunda əsas giriş qarşılayır.
Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOBədəvi ərəblər Petranın girişində turistləri atla qayalara qədər daşıyırlar. Ərəblərin bir qismi çörək pulunu bundan qazanır. Yerli insanlar Petraya gələnlər üçün bələdçi kimi də çıxış edirlər. Qayalar arasında kiçik turist maşınları da işləyir.
Dünyanın yeni yeddi möcüzəsindən biri - Orada yaşamaq istəyirsinizsə... - FOTOİordaniyanın yeganə liman şəhəri Aqabaya səfər edən turistlər çox vaxt "Azad İqtisadi zona olduğu üçün viza tələb olunmur" fikri ilə üzləşirlər. Ölkəyə səfərdən öncə İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyindən viza ilə bağlı sualımıza konkret cavab verildi: "Aqaba İordaniya ərazisidir. Viza almayıb gedən Azərbaycan vətəndaşlarına sərhəd keçid məntəqəsində yaranan problemlərə görə səfirlik heç bir məsuliyyət daşımır. Aqabaya Azərbaycandan gedən turistlərə ölkə sərhədində elektron viza verilir. Elektron vizanı səfər öncəsi onlayn şəkildə də əldə etmək mümkündür".

İordaniya ərazisinə daxil olmaq üçün alternativ variant e-viza (115 AZN) əvəzinə "Jordan pass"ı (174 AZN) onlayn əldə etməkdir. Bu sənəd turist vizasını əvəz etməklə yanaşı, ölkənin Petra, Vadi-Rum kəndi, Ayla adlı orta əsr şəhərinə və s. məşhur attraksionlar daxil olmaqla ümumilikdə 40 turistik məkanına pulsuz giriş imkanı verir. Bloqer dostların məsləhəti ilə "Jordan pass" əldə edib səfərə yollandıq...

Aqabanın kiçik hava limanında sərhəd keçid məntəqəsindən keçməyə çox vaxt tələb olunmur. Sərhədçilər nəzakətlə "Jordan pass"ı təsdiqləyib ölkəyə girişimizə icazə verdilər.

Hava limanından şəhərə doğru avtobuslar gözə dəymir. Taksi sürücüləri pərakəndə halda "taksi lazımdır?" deyə turistləri əhatələyib qiymətləşməyə başlayırlar.

Hava limanından şəhərə doğru uzanan səliqəli, palma ağacları və güllərlə bəzənən yollar tədricən boş səhralar və baxımsız küçələrlə əvəzlənir.

Hotelimizin şəhərin mərkəzində yerləşməsi ərazidə ticarətlə məşğul olan yerli sakinlərin həyat tərzi ilə yaxından tanışlığa imkan yaradır.
Səfərimiz Ramazan günlərinə təsadüf etdiyindən şəhərdə əksər dükanlar, kafe və restoranlar axşamüstü saat 17.00-dan sonra açılır.

İordaniyada yaşamaq istəyirsənsə...

Həyat Keyfiyyəti İndeksinə (HKİ) görə, İordaniya Krallığı Yaxın Şərqdə inkişaf etməkdə olan ölkələr arasında ikinci yerdədir. Lakin regiondakı qeyri-sabit siyasi vəziyyət iqtisadi artım tempinə təsir edib. Krallıq qonşu ölkələrdə baş verən müharibələrdən sonra bir neçə mühacirət dalğasına məruz qalıb ki, bu da ölkənin əhalisini vətəndaşlığı olmayan qaçqınlarla xeyli artırıb. İraq və Fələstindən qaçqın axını ölkənin ümumi yaşayışına təsir edib. Krallıqda iş görmək üçün İordaniya vətəndaşlığı vacib deyil, vaxtında xəzinəyə müvafiq vergi ödəmək kifayətdir. İordaniyada qonşu ölkələrdən gəlib işləyənlər də çoxdur. Hazırda əcnəbilər arasında məşğulluğun əsas payını misirlilər tutur.
Səfərimiz boyu bizi müşahidə edən sürücü-bələdçimiz Abdulhüseyn bildirdi ki, ölkədə yaşayan hər kəs İordaniya vətəndaşlığına malik deyil: "Qaçqınlar və ya vətəndaşlığı olmayan iordaniyalıların ailə üzvləri krallıqda rahat yaşamaq üçün kifayət edən yaşayış icazəsi alırlar. İordaniyada vətəndaşlıq olmadan daşınmaz əmlak sahibi olmaq yaşayış icazəsi almaq hüququ verir".

İordaniyanın Qırmızı dənizdəki yeganə liman şəhəri

İordaniya hökuməti daha yaxşı iqtisadi inkişaf üçün bir sıra vergi güzəştləri və digər imtiyazları olan bir neçə iqtisadi zona yaradıb. Turistlər arasında ən məşhur və populyar olanı Aqaba şəhəridir. Bu, İordaniyanın Qırmızı dənizdəki yeganə liman şəhəri, həm də ölkənin cənubunun inkişaf mərkəzidir.

Şəhərin florası xurma palmaları ilə zəngindir. Aqaba körfəzi zəngin sualtı qaynaqları ilə ölkənin məşhur cazibə mərkəzidir. İordaniyanın önəmli gəlir mənbəyi olan fosfat Aqaba limanından ixrac edilir.

Aqabanın əsas cazibəsi Qırmızı dəniz və onun möhtəşəm çimərlikləridir. Sahil zolağında hər zövqə və büdcəyə uyğun hotellər sıralanıb. Aqaba istirahət, ekstremal idmana və əyləncələrə üstünlük verən aktiv turistlər üçün idealdır. Qumlu, kiçik çınqıllı və mərcan rifləri olan çimərliklərə malik Qırmızı dənizi, Aqaba körfəzini, müalicəvi əhəmiyyəti ilə dünyada məşhur Ölü dənizin çimərliklərini, dünyanın yeni yeddi möcüzəsindən biri - Petra şəhərini, İordaniyanın ən böyük qum səhrası olan Rum Vadisini (Vadi Rum) görmək üçün buraya dünyanın hər yerindən turistlər gəlir. Aqabanın daha bir özəlliyi dalğıc turizmidir. "Qonşuluqda İsrail-Fələstin müharibəsinin davam etməsi ölkəmizə gələn turistlərin sayına da təsir edib. Bizim ailəmiz var, elə gün olur ki, bir qəpik də qazanmırıq", - deyə sürücümüz bildirir.

İordaniyada qiymətlər yerli əhali üçün münasib sayılsa da, turist xidmətləri çox bahalıdır. Məsələn, yerli turizm agentlikləri özəl Petra turu üçün 190, Ölü dəniz turuna 250, Vadi Rum turuna 180 ABŞ dolları istədilər.

Aqabanın tam mərkəzində yerləşən Mərkəzi Bazar turistlər arasında çox populyardır. Buradakı piştaxtalar təzə meyvə, tərəvəz, ədviyyat və şirniyyatla dolub-daşır. Qiymətlər isə turistlərə növbə çatanda daha da bahalaşır...

Qayalar arasında kiçik turist maşınları

Petra kəndi Aqabadan 90 dəqiqəlik məsafədə yerləşir. Qırmızı dənizin digər sahilindən görünən İsrailin gecələr qızıla bürünən Eliat şəhərini seyr edə-edə Petraya yollanırıq. İrəlilədikcə səhrada yaşayan bədəvi ərəblərin çadır evləri geridə qalır.

Petra İordaniyanın mühüm turizm mərkəzidir. Sivilizasiyanın qədim şəhəri 4000 il əvvəl yaranıb. Gün ərzində qırmızıdan narıncıya və çəhrayıya çevrilən qayaların rənginə görə tanınır.

Nəbati İmperiyası tərəfindən tikilmiş qədim Petranın qayalara oyulmuş unikal əsərlərini, bənzərsiz memarlığını görmək üçün dünyanın hər tərəfindən bura turistlər axın edir. Petra nəhəng bir sənət əsəridir. Zəlzələlər və iqtisadi çətinliklərlə üzləşən Petra zamanla unudulub. İsveçrəli kəşfiyyatçı İohann Burkhardt tərəfindən yenidən kəşf edilənə qədər, yalnız köçəri ərəblərə məlum olan unudulmuş Petra 1400 illik bir sirri özündə saxlayır.

Petra qayalarda oyulmuş sığınacaqları, məbədləri, qaya məzarları, su kanalları, teatrları, sütunlu küçələri və ibtidai bəndləri olan bir çox təəccüblü quruluşu ilə insanları heyrətləndirir. Petra Aralıq dənizini Qırmızı dənizlə birləşdirən qədim ticarət yolu kimi də məşhur olub.
Musa vadisinin kənarında yaradılmış müasir qonaq qəbulu zalında bilet kassalarından keçəndən sonra qədim şəhərin ilk xarabalıqları gözə dəyir. Dağların arasından keçməklə ziyarətçiləri 1200 metr uzunluğunda əsas giriş qarşılayır.

Bədəvi ərəblər Petranın girişində turistləri atla qayalara qədər daşıyırlar. Ərəblərin bir qismi çörək pulunu bundan qazanır. Yerli insanlar Petraya gələnlər üçün bələdçi kimi də çıxış edirlər. Qayalar arasında kiçik turist maşınları da işləyir.

Qayaların arasından sona qədər yürüyən ziyarətçiləri Petranın ən möhtəşəm fasadı və şah əsəri El Hazne sarayı qarşılayır. Təxminən 40 metr hündürlüyündə olan El Hazne sütun başlıqları, frizləri, fiqurları və mürəkkəb formalı bəzəkləri ilə diqqət çəkir. Yerli əfsanəyə görə, sarayın içərisində fironun xəzinəsini gizlədən dəfn qabı da var.

Qədim şəhərdə yerli bəzək əşyaları və yerli insanların hazırladığı zinət əşyaları da satılır.

Təbii film platosu olan Petrada bir çox blokbaster filmlər çəkilib: "İndiana Cons: Son Macəra", "Xin A Li Ba Ba", "Səhrada Ehtiras", "Allahın oğlu" serialı, "Mumiya geri döndü", "Ruhani döyüşçülər" və s. filmlərdə Petranın möhtəşəm mənzərələri yer alıb.

YUNESKO-nun "Dünya Mədəni İrs" siyahısına daxil edilən qədim Petra həm də "Dünyanın yeni yeddi möcüzəsindən biri" seçilib. ("Kaspi" qəzeti)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 580   Tarix: 01 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Parkdakı görüntülər QORXU YARATDI: Uşaqları təhlükə gözləyir - FOTOLAR

Valideynlərin övladlarını apardığı oyun parkları ilə bağlı paylaşım narahatlıq yaradıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərədə yaşayan Burçak Yıldırım Orhan adlı qadının valideyn qrupuna uşaq meydançalarında yaranan təhlükə ilə bağlı mesaj göndərilib. Həmin fotoda uşaq meydançalarında oturacaqların

17 may
.

Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR

Polşanın Baş naziri Donald Tusk Slovakiyanın Baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdindən sonra hədələr almağa başlayıb. xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı "X" sosial şəbəkəsində danışıb. Polşalı siyasətçi təhdidlərdən birini göstərərək, belə mesajların çox olduğunu qey

17 may
.

12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ

Əgər əvvəllər yadplanetlilərlə təmasların sübutu çox nadir hallarda olurdusa, indi getdikcə daha çox hörmətli insanlar həyatlarında belə izaholunmaz hadisələrin baş verdiyini etiraf edirlər. Yerdənkənar sivilizasiyaların nümayəndələri tərəfindən oğurlananlar tez-tez həqiqəti söyləməkdən qorxduqları üçü

17 may
.

Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

Xankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar – "parlament binası", Ermənistan Respublikasının Könüllülər İttifaqı ("Yerkrap") və s. bir müddət əvvəl sökülüb. Mütəxəssislər Xocalı hava limanının da məhv olmuş xunta rejiminin saxta gerbindəki qartal təsvirinin formasınd

17 may
.

Azərbaycanda rejissor 41 yaşında vəfat etdi

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib. E.Abdullayev uzun sürən xəstəlikdən sonra bu gecə 41 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. E.Abdullayev uzun illər müxtəlif televiziya kanallarında çalışıb. Son 10 ildə isə APA TV-nin rejissoru olub

17 may
.

Qazax-Tavuş sərhədində ermənilərə "verilən" 25 hektar hansı ərazilərdir? - VİDEO

Rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin Qazax-Tavuş istiqamətinin demarkasiyası ilə bağlı imzalanan protokolla bağlı şərhində 25 hektar torpağın ermənilərə qaytarıldığını və Kirants kəndinə birləşdirildiyini açıqlayıb. xəbər verir ki, Ermənistanın açıqladığı "25 hektar torpaq"

17 may
.

Bələdiyyələr ləğv edilərək prezidentin xüsusi nümayəndəlikləri ilə BİRLƏŞDİRİLSİN - TƏKLİF

Bu gün Azərbaycanda bələdiyyələr ilə bağlı vətəndaşlar tərəfindən ciddi narazılıqlar var. Belə yerli özünüidarəetmə orqanı kimi özünü doğrultmadı. Rayon bələdiyyələri hətta vətəndaşların problemlərini belə həll etmir yaxud maraqlanmır. Bu yaxınlarda bələdiyyələrin sayının endirilməsi ilə bağlı xəbərlə

17 may
.

Azərbaycanda öldürücü hörümçəklər satışa çıxarıldı - VİDEO

Son günlər sosial şəbəkələrdə zəhərli tarantulların satışı həyata keçirilir. Bəzi insanlar tərəfindən hobbi olaraq saxlanılan bu hörümçəklərin sancması ciddi ölüm riski yaradır. Ancaq buna baxmayaraq, yenə də bu həşəratlar maraqla qarşılanır, onları alıb evdə saxlayanlar və satışını həyata keçirənlə

18 may
.

Elza: "Məni tənqid edənlər ailə tərbiyəsi görməyən, dişini yumayanlardır" - VİDEO

"Tənqid üçün ürəyim gedir. Çünki tənqid insanı inkişafa aparır. Ölməz bəstəkarımız Qara Qarayev deyib ki, "Tənqid edənləri mən qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək dərəcədə tənqid etməyi bacarmalıdırlar". Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyini

16 may