Ən az səsi bu partiya topladı
Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində ən az səs almış partiyanın adı açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə İqtisadi Siyasətlər Araşdırma Fondunun nümayəndəsi Mert Uzunsoy məlumat yayıb.
O bildirib ki, Güc Birliyi Partiyası cəmi üç səs alıb:
"Biz seçki məlumatlarını bir çox aspektlərdən nəzərdən keçirəcəyik və təhlil edəcəyik, ancaq əvvəlcə ən maraqlı məlumatlardan birini paylaşım. Yalnız Mudurnuda seçkiyə qatılmış Güc Birliyi Partiyası cəmi üç səs toplayıb. Bu, cümhuriyyət tarixində seçkilərdə ən az səs almış siyasi partiya olub".
Xatırladaq ki, sözügedən seçkilərdə səslərin 99,99 faizi hesablanıb. Ölkə üzrə nəticələrə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) birinci, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) isə ikinci yerdədir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 599 Tarix: 02 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada zavodda partlayış - 3 ölü, 58 yaralı - Yenilənib
Rusiyanın Nijnekamsk şəhərində "Nijnekamskneftexim" zavodunda partlayış və ardınca yanğın baş verib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır
31 martDubayda İranın hücumlarını lentə alan onlarla ingilis saxlanıldı
Təxminən 70 Böyük Britaniya vətəndaşı Birləşmiş Ərəb Əmirlikləri ərazisində İranın atdığı raketlərdən sonra yaranan dağıntılar foto və videolarını çəkdiklərinə görə "sərt qanunlar" çərçivəsində saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, Dubayda yaşayan hüquq müdafiəçisi Radha Stirlinqi
30 martSorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumat
29 mart