20 yaşında kəndinin muxtarı oldu - Fotolar
Türkiyənin Bartın şəhərinin Şirinlər kəndində 20 yaşlı Mustafa Doğan muxtar seçilib.
"Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, atası ilə təsərrüfatla məşğul olan lisey məzunu Mustafa Doğan 31 mart Yerli Rəhbərliklərin Ümumi Seçkisində kənd muxtarlığına namizəd olub.
Doğan gənc yaşına baxmayaraq, hazırkı muxtarın da olduğu 45, 59, 64 və 65 yaşlı namizədləri geridə qoyaraq seçkiləri qazanıb. 108 etibarlı səsin sayıldığı kənddə 35 səs alan Doğan kənd muxtarı seçilib.
Kənddəki nöqsanları görüb namizəd olmağa qərar verdiyini deyən Mustafa Doğan, "Kənddə yaşayan vətəndaşlarımızdan çox dəstək aldım və seçkidə qalib gəldim. Mən də daxil olmaqla 5 namizədimiz var idi. Mən 35 səslə seçkilərdə qalib gəldim. Hazırda kəndimizdə olan çatışmazlıqları üzə çıxarıb dövlətimizdən kömək istəyəcəyik. Hazırda yolumuz və qəbiristanlığımız üçün körpü layihəm var. İnşallah bunları həyata keçirəcəyik. Seçkidən əvvəl insanlar mənim 20 yaşım olduğunu eşidəndə çox təəccüblənirdilər. Mənə dedilər ki, sən çox gəncsən, sənə səs verməzlər. İndi çox təəccüblənirlər və "gənc dinamik muxtarımız" deməklə mənim işləmək əzmini artırırlar", - deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1209 Tarix: 05 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi
Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu
28 sentyabrTokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Kosanovun vəzifədə
27 sentyabrFırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
ABŞ-ın şimal-şərqini cərəyan edən güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib. "Report" xəbər verir ki, bu barədə sentyabrın 26-da "The New York Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 56 yaşlı mənzil idarəsinin əməkdaşı şəhərin şərqində yerləşən Brukli
27 sentyabrAyı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğ
27 sentyabr