"Birinci ərimdən özüm ayrıldığım üçün buna..." - Təranə ilə Musa 9 il əvvəl boşanıb... - VİDEO

"Birinci ərimdən özüm ayrıldığım üçün buna..." - Təranə ilə Musa 9 il əvvəl boşanıb... - VİDEOMüğənni Təranə Qumralın ifaçı qızı Qumral ilk dəfə efirdə hərbçi atası ilə bağlı açıqlama verib.

Sonxeber.az bizim.media-ya istinadən bildirir ki, bu barədə Qumral anası ilə birgə qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.

Qumral bildirib ki, anası ilə atası ayrılsalar da, bu, onların münasibətlərinə təsir etməyib:
"Atamla münasibətim sıx olmasa da, vaxtaşırı gedib ona baş çəkirəm. Bacım Fidan onunla görüşmür. Anam Təranə xanım atamla görüşməyimə heç zaman etiraz etməyib. Təbii ki, atam bacım Fidanı görmək istəyir. Hətta Fidan və onun uşaqları ilə telefonda videozəng vasitəsi ilə görüntülü də danışır. Amma bacımdan fərqli olaraq, mən atamla daha çox sıx əlaqədə oluram. O, bizə gəlir, mən də onlara gedirəm. Hətta kiçik bacım Sevgimi də atamla görüşəndə özümlə aparıram. Sevgim ona baba deyə müraciət edir. Axı burada nə var ki? Atam evli olsa da, onun övladı yoxdur".

Təranə Qumral qızlarının ataları ilə görüşməsinə heç zaman etiraz etmədiyini deyib:

"Adətən valideynlər ayrılanda ayrılan tərəf, bəlkə, etiraz edər. Amma mən özüm ayrıldığım üçün etiraz etmirəm. Qızım Qumral atası ilə gedib görüşür. Heç bir problem yoxdur"

T.Qumral birinci həyat yoldaşından boşanmasının səbəbləri ilə bağlı danışmaqdan boyun qaçırıb:

"Birinci ərimdən özüm ayrılmışam. O, məni psixoloji olaraq əzməyib. Niyə boşandığımız haqqında danışmaq istəmirəm. O çox gözəl insandır. İnsanlar var ki, ayrılanda qarşı tərəfin üstünə böhtan atırlar ki, narkoman idi, içki içən idi. Amma mən istəmədim. Niyələrim isə mənə qalsın. 31 ildir ki, mən Musa Musayevlə evliyəm. Bu isə bir igidin ömrüdür".

Sözügedən proqramın aparıcısı Zaur Nəbioğlu isə Təranə ilə Musanın nikah şahidi olduğunu vurğulayıb:

"9 il bundan əvvəl Təranə xanım Musa Musayevlə ayrılsalar da, mənim digər verilişimdə onların nikahları kəsilib. 2015-ci ildə Təranə xanımın nikah şahidi də mən olmuşam".

Qeyd edək ki, hazırda evli olan Təranə Qumral və Musa Musayevin Sevgim adlı qız övladı var. Təranənin birinci evliliyindən isə Qumral və Fidan adlı 2 qızı var.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3095   Tarix: 07 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Kızılcık Şerbeti"nin aktyorlarının serialdan qazandığı dodaq uçuqladan MƏBLƏĞ

Türkiyənin reytinqli seriallarından olan "Kızılcık Şerbeti" aktyorlarının qonorarları açıqlanıb. Ekran işində rol alan aktyorların bir bölümdən qazandığı gəlir 50 - 120 00 lirə arasında dəyişir. Belə ki, serialdan bir bölüm üçün ən çox qonorar alan aktrisa Doğa roluna həyat verən Sıla Türkoğludur

23 mart
.

Bred Pittin yaxşılığı başına bəla oldu

Hollivud ulduzu Bred Pittin etdiyi yaxşılıq başına bəla olub. xəbər verir ki, aktyor 2005-ci ildə baş verən "Katrina" qasırğasında evini itirənlərə 109 yeni mənzil inşa etdirib istifadəyə vermişdi. Bred bunu qurucusu olduğu "Make It Right" adlı xeyriyyə cəmiyyəti vasitəsilə edib

24 mart
.

Hüseynlə xanımının Bakı gecələrində sevgi dolu anları - VİDEO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə görüntüsü marağa səbəb olub. xəbər verir ki, paytaxt Bakının gözəl gecələrində şəhər mərkəzində gəzərkən cütülyün lentə alındığı video diqqət çəkib. Onların birgə sevgi dolu səmimi anlarını təqdim edirik:

25 mart
.

Dənizə çılpaq tullanan, səhnə çəkilişinə öz pulunu ödəyən Tom Henks

Tom Hеnks 9 iyul 1956-cı ildə ABŞ-nin Kaliforniya ştatında anadan olub. Onun cəmi beş yaşı olanda valideynləri boşanıb, qardaşları ilə birlikdə atası ilə yaşamağa davam edib. Tom Hеnks uşaqlıqda kosmos və astronavtika ilə çox maraqlanıb. Buna görə də "Apollo 13" filmindəki astronavt rolu onu

23 mart
.

Hollivud ulduzu: "Ümid edirəm ki, filmin adı məzar daşıma həkk olunar"

"Yaramaz qızlar"(Mean Girls) filminin ulduzu Amanda Seyfrid ümid edir ki, fanatlar onun ölümündən sonra belə bu məşhur komediyanı xatırlayacaqlar. xəbər verir ki, bunu aktrisa "Happy Sad Confused" podkastının yeni buraxılışında deyib. "Ümid edirəm ki, bu filmin adı məzar daşım

23 mart
.

Məşhur müğənni botoksdan zəhərlənib TANINMAZ HALA düşdü – FOTO

Tanımış müğənni Hatice botoksdan zəhərlənib. xəbər verir ki, o sosial şəbəkə hesabında video paylaşaraq diş həkimində etdirdiyi botoksdan zəhərləndiyini vurğulayıb:

23 mart
.

Nura Suriyə İTKİ

Müğənni Nura Suriyə ağır itki üz verib. xəbər verir ki, ifaçının dayısı oğlu 57 yaşında vəfat edib. "Bu gün ailəmiz üçün çox ağır bir gün oldu. Böyük dayım, tanınmış alim və Slavyan Universitetinin banisi Rasim Mirzəyevin oğlu Cavid 57 yaşında vəfat etdi. Cavidin anası 45 yaşında, bacısı 36 yaşında

24 mart
.

"Pis qayınanayamsa, oğluma qız verməyin"

"O gün bir söz demişəm, yazıblar ki, baxın, rəzalət, niyə belə deyib. 3 oğlum var, qızım yoxdur. Mənə gəlinlərim baxmalıdır, səhv demişəm. Axşam.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Günaydın, Azərbaycan" verilişində deyib. O, bir müddət əvvəl gəlinlərinin ona xidmə

23 mart
.

Hande Erçelin 5 milyon dollarlıq sarayının VİDEOsu

Məşhur aktrisa Hande Erçelin lüks və bahalı malikanəsinin görüntüləri yayılıb. xəbər verir ki, geniş villada diqqət çəkən ilk məqam təbii işıqlandırılma və gözəl mənzərəli ponoramanın olmasıdır. İstanbulun Beykoz bölgəsində yerləşən malikanənin dəyəri 4-5 milyon dollardır. Mənzildə Skandinaviya və Yaponiy

25 mart