Xarkovun Hərbi administrasiya rəhbərinin müavini: "Vilayət işğaldan azad edilib"
"Bəzi istisnalar olmaqla, Xarkov vilayəti bütövlükdə işğaldan azad edilib".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukraynanın Xarkov vilayəti hərbi administrasiya rəhbərinin müavini Yevgeni İvanov son durumu şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda hücumlar həm şimaldan, həm Belqorod vilayəti ilə sərhəddən, həm də şərq istiqamətində, Luqanskda davam edir. Təzyiq Xarkov vilayətinin Kupyansk şəhəri üzərindədir.
"Amma il yarımdır ki, düşmən bir dənə də olsun yaşayış məntəqəsindən keçə, bir metr ərazini də ələ keçirə bilmir. Hərbçilərimiz hər gün Rusiyanın hücumlarının qarşısını alır, amma əslində bizim rayon ərazisində heç bir nəticə əldə edə bilmədilər. Düşmən bacarmadı. Eyni zamanda, bu ilin əvvəlindən ərazimizin, o cümlədən Xarkov şəhərinin, Xarkov vilayətinin ərazisinin atəşə tutulmasında güclü artım müşahidə olunur. Biz bunu 2024-cü il yanvarın 1-dən praktiki olaraq müşahidə edirik", - deyə Y.İvanov vurğulayıb.
O, qeyd edib ki, hazırda şəhərin mərkəzində, tarixi mərkəzdə, yaşayış massivlərində amansız hücumlar davam edir:
"Bu ilin martında isə enerji infrastrukturuna qarşı hücumlar intensivləşib. Müharibənin bütün tarixində ən ağır atəş bu il martın 22-də baş verdi, o zaman bir gündə 20-dən çox raket bütün enerji isitmə sistemimizi faktiki olaraq məhv etdi. Bu andan etibarən biz üç həftədir, əslində, demək olar ki, bir aya yaxındır ki, ciddi enerjiyə qənaət rejimindəyik, elektrik yoxdur".
Y.İvanov vurğulayıb ki, şəhər nəqliyyatı, xəstəxana və mühüm müalicə müəssisələrinin fəaliyyətini, vətəndaşların su təchizatını təmin etmək çətindir, amma öhdəsindən gəlirlər:
"Vəziyyət çox çətindir. Enerji infrastrukturuna ciddi ziyan dəyib. Baş verən hadisələr və dağıntılarla növbəti istilik mövsümündən çıxmaq son dərəcə çətin olacaq".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 974 Tarix: 13 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır
Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. "Report" xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bildirib. "Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atmırıq. İndiki mərhələdə Aİ ilə münasibətlərə hər hansı konkret a
27 sentyabrMoskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb. xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Qurumdan bildirilib ki, Ermənistan tərəfi əvvəllər istehsal müəssisələrind
27 sentyabrTutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi
Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu
28 sentyabrAİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı
"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə
27 sentyabrİki böyük panda Çindən ABŞ-yə aparılıb
İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal
27 sentyabrAdanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind
27 sentyabr