KİV: Bayden İranın İsrailə zərbə endirəcəyi barədə məlumatlara görə istirahətini yarımçıq dayandırıb
ABŞ Prezidenti Cozef Bayden Delaverə həftəsonu səfərini yarımçıq qoyaraq Yaxın Şərqdəki hadisələrlə bağlı milli təhlükəsizlik komandası ilə məsləhətləşmək üçün Vaşinqtona qayıdacaq.
"Report"un məlumatına görə, bu barədə CGTN America telekanalının "X" sosial şəbəkəsindəki hesabında bildirilib.
Dövlət başçısının daha əvvəl açıqlanan qrafikinə əsasən, Bayden aprelin 12-də aprelin 14-nə qədər qalmalı olduğu Delaverdəki Rexobot çimərliyindəki iqamətgahına gedib.
ABŞ Prezidentinin təcili olaraq ölkə paytaxtına qayıtması İranın İsrailə gözlənilən hücumu fonunda baş verir. "CBS News" ABŞ rəsmilərinin məlumatlarına istinadən qeyd edib ki, Bayden "İranın İsrailə qısa zamanda zərbə endirəcəyini" gözləyir. Onların sözlərinə görə, hücumda 100-ə yaxın pilotsuz təyyarə, həmçinin 150 uzaq mənzilli qanadlı və ballistik raketlər iştirak edəcək.
Yaxın Şərqdə hansı hadisələrin müzakirə olunduğu dəqiq açıqlanmır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1009 Tarix: 13 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı
Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda
9 iyulOman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər
Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini
12 iyulGürcüstanda ilk dəfə Ana Südü Bankı fəaliyyətə başlayıb
Gürcüstanda ilk dəfə Ana Südü Bankı Batumidə, İaşvili adına Mərkəzi Ana və Uşaq Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Açılış mərasimində Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcbur
11 iyulRubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12 iyul