İranın İsrailə müəmmalı hücumu: Böyük savaşda kimlər maraqlıdır?

İranın İsrailə müəmmalı hücumu: Böyük savaşda kimlər maraqlıdır?İranın İsrailə dron və qanadlı raketlərlə hücumu bir daha göstərir ki, Yaxın Şərq regionu hələ uzun illər dünya siyasətində mühüm geosiyasi nöqtə olaraq qalacaq.

Hələ 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu İranı yenidən münaqişənin mərkəzinə gətirib. Çünki İraq, Suriya və Əfqanıstan münaqişəsi zamanı Tehranın adı bu və ya digər formada proseslərdə hallanırdı. Belə ki, İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) bu ölkələrdə "müqavimət hərəkatı" adı altında "Həşdi-Şəbi", "Zeynəbiyyun", "Fatimiyyun", husilərin "Ənsarullah" kimi qruplarını yaradıb. Bununla da o, regionu bu qruplar vasitəsilə qarışdırır, hərbi münaqişələrdə iştirak edirdi. Ancaq İsrailə hücumda İran hakimiyyəti özünü gizlədə bilmədi. Dəməşqdə Tehranın diiplomatik missiyasının binası saydığı yerin bombalanması və SEPAH-ın iki generalı da daxil olmaqla yüksək rütbəli yeddi zabitinin ölməsi gərginliyi artırdı. İranın iddiasına görə İsrail Suriyadakı diplomatik missiyanın binasını vurmaqla İslam Respublikasına hücum edib. Bu səbəbdən də beynəlxalq normalara görə İsraili günahkar sayır.

İran İslam Respublikası qurulduğu gündən İsrailə qənim kəsilib. Bu 45 ildə Tehran hakimiyyətinin birbaşa iştirak etdiyi ikinci savaşdır. Yenicə qurulan İslam Respublikası ötən əsrin 80-ci illərində Səddam Hüseyn rejimi ilə müharibə aparıb. Müharibə heç bir tərəfə uğur gətirməyib. Çünki İran Kərbəla və Nəcəfi ələ keçirməyi, oradan Qüds və Məkkəyə irəliləməyi hədəfləyirdi. Səddam Hüseyn isə İranın ərəblər yaşayan bölgəsini ələ keçirmək və Ərəb çayına tam nəzarət etmək istəyirdi. 1988-ci ildə müharibə atəşkəslə dayansa da, bu günə qədər tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Müharibədən sonrakı siyasətin hədəfi isə birbaşa İsrail idi. İran hakimiyyəti bu dövləti öz təhlükəsizliyinə təhdid kimi görməyə başladı və dini, siyasi və hərbi cəhətdən İsraili hədələdi: "Yanlış addım atacaqları halda İran Təl-Əviv və Hayfanı Yer üzündən siləcək". HƏMAS-ın İsrailə hücumu isə İrana 44 ildən sonra özünü göstərmək, güclü dövlət olduğunu təsdiqləmək üçün yenə şərait yaratdı.

Regiondakı hadisələr beynəlxalq aləmdə qütbləşməni aydın şəkildə göstərdi. İranın dünənki hücumu həm də dünya güclərinin Tehranın əli ilə ABŞ, İsrail və müttəfiqlərinə qarşı müharibə kimi də qiymətləndirilə bilər. Ehtimal etmək olar ki, Tehran hakimiyyətinə arxa olanlar Dəməşqdə baş verən hadisələrə görə İsrailin və ABŞ-nin İran tərəfindən "cəzalandırılmasını" istəyiblər. Çünki son günlər ABŞ-nin Dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron İranı İsrailə hücumdan çəkindirmək üçün cəhdlər göstərib. Belə görünür ki, HƏMAS-ın İsrailə hücumunda maraqlı olan tərəflər bu dəfə aksiyanın daha da böyüməsini istəyiblər. Odur ki, İsrail istiqamətində Yəməndən husilər, Livandan "Hizbullah", Suriyadan Bəşşar Əsəd qoşunu, İraqdan isə "Həşdi-Şəbi" fəaliyyət göstərməklə İrana dəstək verirlər. Başqa sözlə, Tehran regiondakı bütün komandası ilə birlikdə İsrail dövləti ilə müharibəyə başlayıb.

Yeri gəlmişkən, bu, 1941-ci il dekabrın 7-də Yaponiyanın ABŞ-nin Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına gözlənilməz hücumu yada salır. Yaponlar həmin hücumun acı nəticəsini təəssüf ki, günümüzədək yaşayır. İsrail hökuməti də İrana cavabın ağır olacağını bildirir.
Dünyanın aparıcı gücləri hazırda Yaxın Şərqdə və Ukraynada elan olunmamış dünya müharibəsi aparır. İranın 5 saatlıq hücumu regiona sabitlik deyil, gərginliyin artması üçün yeni əsas verib. Azərbaycan dövləti bütün mürəkkəb vəziyyətlərdə tənzimləyici rol oynayıb. Uzun illər qaynar bölgə sayılan Cənubi Qafqaz regionunda sabitliyi də məhz Azərbaycan bərpa edib. 2020-ci ildə 44 günlük müharibə bölgənin təhlükəsizliyi üçün güclü stimula çevrilib. İndi bölgədə sülh və əməkdaşlıq kimi həyati vacib məsələlər müzakirə olunur. Rəsmi Bakının yürütdüyü siyasət Azərbaycanı təhlükəsiz və iqtisadi baxımdan səmərəli ölkəyə çevirib. Azərbaycan bu baxımdan bölgənin sabitləşdirici faktoru olaraq çıxış edir. Həm Rusiya, həm də İran hazırda Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyir.

Buna baxmayaraq, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə keçirilən məlum toplantıdan sonra Azərbaycanın narahatlığı əbəs deyil. Bu toplantıya beynəlxalq səviyyədə sərt münasibət göstərilməməsi gələcəkdə Cənubi Qafqazda yeni eskalasiyaya səbəb ola bilər. Yaxın Şərqdə baş verən son hadisələrin də bizim regionda fərqli şəkildə təkrarlanması riski artır. Odur ki, Azərbaycanın təhlükəsizlik və sabitlik modeli bütün beynəlxalq aktorlar üçün nümunə olmalıdır.

"Report" İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1082   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Zelenskidən bunu xahiş etdi

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini açıqlayıb. xəbər verir ki, Tramp İllinoysda jurnalistlərə bildirib ki, "Bu, maraqlı məsələdir. Mən Prezident Zelenski ilə danışdım, dedi

28 sentyabr
.

Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb

Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xila

27 sentyabr
.

ABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir

ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə yerləşən hava bölmələrinin rotasiyasını davam etdirir, regiondakı Amerika döyüş təyyarələrinin ümumi sayı isə dəyişməz qalır. "Report"un xəbərinə görə, bunu "Itamilradar" portalının və "Military Air Tracking Alliance"ın (MATA) məlumatlar

27 sentyabr
.

Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib

Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy

28 sentyabr
.

ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər

ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya

27 sentyabr
.

Niderlandda bir milyondan çox insanın şəxsi məlumatları OĞURLANDI: Hakerlər pul tələb edirlər

Niderlandın "Flink" çatdırılma xidmətinin bir milyondan çox müştərisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb. xəbər verir ki, məlumatı NU.nl saytı yayəb. Bəzi müştərilər sonradan ödəniş tələbi ilə məktublar alıblar. Özünü "LPG Group" adlandıran hakerlər müştərilərdən təxminə

27 sentyabr
.

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind

27 sentyabr
.

Si Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək

Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl

27 sentyabr
.

Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə Vaşinqtonda baş tutan görüşün məhsuldar olduğunu bildirərək, gələcək ikitərəfli əməkdaşlıqla bağlı nikbinliyini ifadə edib. "Report" xəbər verir ki, bu barədə o, Çin liderinin ABŞ-yə səfəri başa çatdıqdan sonra "Truth Social" sosia

27 sentyabr