İran-İsrail qarşıdurması: Yeni dünya müharibəsi realdırmı? - ARAŞDIRMA

İran-İsrail qarşıdurması: Yeni dünya müharibəsi realdırmı? - ARAŞDIRMAHƏMAS-la İsrail arasında gərginlik səngiməmiş bəşəriyyət növbəti müharibənin baş vermə təhlükəsini yaşadı. Söhbət tarixə "qəribə" və "müəmmalı müharibə" kimi düşən İranla İsrail arasında yaşananlardan gedir. Əslində bu iki dövlət arasında qarşılıqlı hərbi həmlələrin baş verəcəyi gözlənilən idi. Aprelin 1-də İranın Dəməşqdəki konsulluğu bombalandıqdan sonra Tehran bunun anonsunu vermişdi. Aprelin 13-də İranın İsrailə bir neçə saatlıq hücumu Orta Şərqdə növbəti ciddi gərginlik potensialına malik hadisə kimi dəyərləndirilir. İranın İsrailə öz ərazisindən birbaşa və kütləvi miqyasda ilk hücumu ciddi müzakirə edilir. Hazırda nisbi sakitlik hökm sürsə də, İsrail növbəti hücumlarla hədələyir. Bəs proseslərin gedişi necə olacaq? Yeni dünya müharibəsi realdırmı? Suallar çox, cavablar isə qeyri-müəyyəndir. Məsələ ondadır ki, müharibə bütövlükdə nə İsrailə, nə də İrana sərf edir. İranın hücumunu çoxları daxili auditoriyaya hesablanmış addım hesab edirlər.

"Kaspi" qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

Qərb mediasından fərqli münasibət

Qərb mediası baş verənlərə fərqli münasibət sərgiləyir. "İsrail ABŞ, Qərb və regional hərbi tərəfdaşların köməyi olmadan İranın əməliyyatını dayandıra bilməzdi", - bu iddia ilə "The Wall Street Journal" (WSJ) çıxış edib.

Nəşrin məlumatına görə, İsrail dövləti, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini zərərsizləşdirə bilib. WSJ-nin vurğulamasına görə, ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında "böyük rol oynayıblar".

Bildirilib ki, İsrailin sərt cavabı regionda dağıdıcı nəticələrə gətirib çıxaracaq, əks hal isə onu və müttəfiqlərini "daha zəif" edəcək. Bundan əlavə, Təl-Əviv Yaxın Şərqdəki tərəfdaşlarının, o cümlədən onu kəşfiyyat məlumatları ilə təmin etmiş, habelə hava məkanını açmış İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maraqlarını nəzərə almalıdır. WSJ daha əvvəl bildirib ki, İsrail tezliklə İranın onun hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Vaşinqton israr edir ki, İsrail dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir şey etməməlidir.

Beynəlxalq ictimaiyyətin reaksiyası

Diqqət çəkən bir faktı da qeyd edək. Dünyanın əksər ölkələri baş verənlərdə tərəf tutmadı. İstisnalar Avropa və ABŞ idi. Onlar İsraili dəstəkləyib, İranın hərəkətlərini pislədilər. Almaniya kansleri Olaf Şolts İranın hücumunu "məsuliyyətsiz addım" adlandırıb, Fransa Xarici İşlər Nazirliyi isə öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Eyni zamanda, Qərb eskalasiyanın daha da artmasından qorxur.
Region ölkələrinə gəlincə, İsrailin Yəmən, Fələstin, Livan və İrandakı düşmənləri "qələbə"ni qeyd ediblər. İordaniya isə əksinə, İsraili dəstəkləyib. Əmman hesab edir ki, eskalasiya "İsrailin Qəzza zolağına təcavüzünün" sonlandırılması ilə dayandırılacaq. Səudiyyə Ərəbistanı narahatlığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb.

Ankaraya gəldikdə, onun yaşananlara xüsusi baxışı var. Türkiyənin açıqlamasında İran və İsrailin qarşılıqlı hücumlarının regional müharibəyə çevrilmə ehtimalının nə qədər yüksək olduğu göstərilib. Maraqlıdır ki, İran İsrailə zərbə endirmək niyyəti barədə Türkiyəni əvvəlcədən məlumatlandırıb. Əməliyyatın sonunda Tehran Ankaranı yeni hücumlara başlamayacağına əmin edib. Suriyada hərbi hava qüvvələri ilə mövcud olan Rusiya da tərəf tutmayıb. Bununla belə, Xarici İşlər Nazirliyi İsrail səfiri Simone Halperini Rusiyanın "İranın ölkəyə kütləvi raket hücumunu pisləyəcəyi" gözləntilərinə görə tənqid edib. Rusiya XİN sözçüsü Mariya Zaxarova xatırladıb ki, İsrail "Kiyev rejiminin Rusiya bölgələrinə hücumunu" bir dəfə də olsun qınamayıb.

"Kim haqlıdır?"

Yeri gəlmişkən, iki ölkə arasında gərginlikdə tərəflərdən kimin daha çox məsuliyyət daşıması da müzakirə mövzusudur. Məsələ ondadır ki, İsrailin Dəməşqdəki İran konsulluğu ərazisinə hücumundan sonra Tehranın hansısa formada cavab verəcəyi bəlli idi. Çünki bu hücum beynəlxalq hüquq normalarına, o cümlədən, Vyana Konvensiyasına zidd addım kimi dəyərləndirilir. Diplomatik nümayəndəliyin ərazisi dövlətin suveren ərazisi sayılır və toxunulmazlıq statusuna malikdir. İsrail isə öz addımını onunla əsaslandırır ki, İran konsulluğun ərazisindən qeyri-diplomatik məqsədlər üçün istifadə edilib.

Tərəflərin siyasi hücumları davam edir

Son məlumatlara görə, İsrail hökuməti İranın hücumuna qarşı atacağı addımlarla bağlı yekun qərar qəbul etməyib. Ölkənin xarici işlər naziri İsrael Kats bildirib ki, nə qədər gec deyil, İran dayandırılmalıdır. O, İranın hücumuna hərbi cavabla yanaşı, diplomatik cavab zərbəsi də hazırlandığını bildirib. Nazir 32 ölkəyə məktub göndərdiyini, onlarla xarici işlər naziri və dünya liderləri ilə danışdığını, raket hücumuna görə İrana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, danışıqlarda İranı zəiflətmək üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini istəyib. Bu çıxışlardan da göründüyü kimi, tərəflər arasında hərbi gərginlik zəifləsə də, siyasi və diplomatik müstəvidə qarşıdurma yeni mərhələyə adlayıb. Tərəflər hələlik hədə formasında da olsa, qarşılıqlı hücumları davam etdirəcəklərini gizlətmirlər. Bu açıqlamalar isə bir növ "səhnə"də divardan asılan tüfəngi xatırladır. Dünən İsrailin İrana endirdiyi cavab zərbələrinin miqyası və qeydə alınan göstəricilər də dediklərimizi bir daha isbatlayır.

Proseslərin gedişi onu deməyə əsas verir ki, əbədi düşmənlər yaxın perspektivdə irimiqyaslı müharibəyə başlamağa cürət etməyəcəklər. Əgər başlasalar, bu, növbəti dünya müharibəsi deməkdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 941   Tarix: 21 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb

Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Qurumun məlumatına görə, boğazda

27 sentyabr
.

ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır

Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə

27 sentyabr
.

Tramp Zelenskidən bunu xahiş etdi

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini açıqlayıb. xəbər verir ki, Tramp İllinoysda jurnalistlərə bildirib ki, "Bu, maraqlı məsələdir. Mən Prezident Zelenski ilə danışdım, dedi

28 sentyabr
.

Tutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi

Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu

28 sentyabr
.

İspaniyada Qərbi Afrikadan gələn 268 qeyri-qanuni miqrant xilas edilib

İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb. "Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau

28 sentyabr
.

Ayı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi

Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğ

27 sentyabr
.

ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər

ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya

27 sentyabr
.

Aİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı

"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə

27 sentyabr
.

Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib

Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə

27 sentyabr