Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı

Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdıRusiyanın Leninqrad vilayətinin Murino şəhərində 68 yaşlı təqaüdçü mələfə ilə örtülü kişi meyiti tapıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, qadın polisə zəng edərək 22 saylı evin eyvanında naməlum kişini tapdığını bildirib. Hadisə yerinə gələn müstəntiqlər meyitin üzərində çoxsaylı bıçaq xəsarətləri və başının zədələndiyini müəyyən ediblər. Bir müddət sonra həmin evdə hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən şəxsi saxlayıblar.

Polisdən verilən məlumata görə, saxlanılan şəxs 42 yaşlı işsiz, təkrar cinayət törətmiş şəxsdir. O, polisə zəng edən təqaüdçünün oğludur.

Məlum olub ki, həmin şəxs mərhumla spirtli içki qəbul edib. Bu zaman onlar mübahisə ediblər. Müttəhim zərərçəkənin başına çəkic və bıçaqla bir neçə dəfə zərbələr endirib. Daha sonra onu ümumi eyvana sürükləyib, üzünü mələfə ilə örtərək, çıxıb gedib.

Saxlanılan şəxs hazırda həbsdədir. Onun barəsində "qətl" maddəsi ilə cinayət işi başlanıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 872   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların

27 sentyabr
.

ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi ÜZƏ ÇIXDI

ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlıqları davam etdirir. xəbər verir ki, bu barədə "CBS News" ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Quru Qoşunlarında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edə

27 sentyabr
.

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat şəhərin 13 rayonunu əhatə edib. Əməliyyat nəticəsində 1070 nəfər əcnəbiyə qanunsuz vətəndaşlı

27 sentyabr
.

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind

27 sentyabr
.

"Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib

Ermənistan vətəndaşlarının yarısından çoxu (54,4%) respublika ərazisində Gümrüdəki 102-ci Rusiya hərbi bazasının qalmasının lehinə çıxış edib. "Report" xarici mediaya istinadən xəbər verir ki, bunu "Gallup International" xidməti tərəfindən təqdim olunan araşdırmanın nəticələri göstərir

27 sentyabr
.

Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ

Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokad

27 sentyabr
.

Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib

Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27 sentyabr
.

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. "Report" xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bildirib. "Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atmırıq. İndiki mərhələdə Aİ ilə münasibətlərə hər hansı konkret a

27 sentyabr