Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi: Ön təkəri partladı - VİDEO
Antalyada Türkiyənin "Corendon Airlines" şirkətinə məxsus təyyarə qəzalı eniş edib. Belə ki, təyyarənin ön təkəri partlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi xəbər verib.
Bildirilir ki, hadisə yerli vaxtla saat 11:00-da Köln-Qazipaşa reysini həyata keçirən təyyarədə baş verib.
"Təyyarənin ön dayağı zədələnib. Hava gəmisindən 184 sərnişin və altı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfərin təxliyəsi başa çatıb. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, dünən ABŞ-nin "FedEx" yük şirkətinə məxsus "Boeing 767" tipli təyyarə də şassinin açılmaması səbəbindən İstanbul Hava Limanında qəzalı eniş edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 850 Tarix: 09 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib. "BƏ
5 iyulTramp və Ərdoğan arasında görüş keçirilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər Ankaradakı Prezident Sarayında görüşüblər. Daha sonra iki lider birgə mətbuat konfransına qatılıblar. 15:38. ABŞ Prezidenti Donald Tramp NATO sammitind
7 iyulYer Günəşdən maksimum uzaqlaşacaq
İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,
6 iyul