Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMAAzərbaycanda əhalinin hər 1 000 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən doğulan uşaq sayı azalaraq 11,5-dən 9,7-yə düşüb.

Məlumdur ki, təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkələrində bu proses gedir. Doğulan uşaqlar azalır, yaşlıların sayı çoxalır. Maraqlıdır, bu proses dünyanı hansı istiqamətə aparır? Doğulan körpə sayının azalması həqiqətən narahatedici faktordur, yoxsa buna təbii proses kimi yanaşmalıyıq?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Ölkə əhalisi əsrin sonuna qədər azalacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdaliyeva də təsdiqləyib ki, son illər bir çox ölkələrdə doğuş nisbəti və ya bir qadının dünyaya gətirdiyi orta uşaq sayı aşağı düşür:

Mütəxəssislərin fikrincə, doğum nisbətində azalma tendensiyası davam edərsə, demək olar ki, bütün ölkələrin əhalisi əsrin sonuna qədər azala bilər:

"Bu dəyişiklik müasir dövrdə qadınların təhsilə və iş həyatına üz tutması, habelə ailə planlaması ilə bağlı məlumatların daha əlçatan olması ilə də səciyyələndirilir. Bununla yanaşı, dünyanı bürüyən müxtəlif yoluxucu xəstəliklər nəticəsində ölüm hallarının artması, boşanma sayında müşahidə olunan çoxalmalar, nikahların isə əvvəlki illərlə müqayisədə azalması təbii artımın qarşısını alan başlıca faktorlardandır".

Ölkəmizdə ən yüksək doğum göstəricisi

Qurum rəsmisi qeyd edib ki, ölkəmizdə ən yüksək doğum göstəricisi 1990-cı ildə qeydə alınıb:

"Belə ki, həmin ildə diri doğulan körpələrin sayı 182 989 nəfər olub. 2022-ci ilə dair statistik göstəricilərə baxdıqda, 2021-ci illə müqayisədə müəyyən artım müşahidə edilir. Belə ki, Azərbaycanda 2021-ci ildə 112 284, 2022-ci ildə isə 122 846 nəfər körpə doğulub".

Dünyada proses necə gedir?

ABŞ-nin Vaşinqton Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ölkələrin dörddə üçündə 2050-ci ilə qədər əhalinin sayı azalacaq. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının üzvləri "The Lancet"də dərc olunmuş müstəqil şərhlərində doğulan uşaq sayının azalmasının müsbət və mənfi cəhətlərini araşdırıblar. Mütəxəssislər deyirlər ki, doğulan uşaq sayının azalması əhalinin artması, ətraf mühit, ərzaq təhlükəsizliyi, sağlamlıq, iqlim dəyişikliyi və biomüxtəliflik baxımından fayda gətirə bilər, lakin səhiyyə, pensiya, sosial təminat, işçi qüvvəsi və geosiyasətə mənfi təsir göstərəcNə üçün insanlar uşaq dünyaya gətirməkdən çəkinirlər?ək.

Dünyanı silkələyən bu vəziyyətin səbəblərinə gəldikdə isə iqtisadi vəziyyət, xəstəliklər, uşaq yetişdirmənin tələb etdiyi xərclər, doğuş planlamasının əlçatan olması və qadınların maariflənməsi göstərilir.

Bu vəziyyətdən narahat olmayan, əhalinin sayının azalmasını ətraf mühit üçün müsbət hal kimi qiymətləndirənlər də az deyil. Çünki düşünürlər ki, dünya əhalisi azaldıqda, əhali karbon emissiyalarını azaldacaq və meşə sahələri daha az məhv olacaq. Lakin təbii olaraq, əhalinin strukturunun dəyişməsi və yaşlıların sayının artmasının mənfi təsirləri daha çoxdur. Tədqiqatlar əhalinin strukturu ilə bağlı təəccüblü proqnozları ortaya qoyur.

401 milyon uşaq, 866 milyon yaşlı

Beş yaşa qədər dünya əhalisi 2017-ci ildəki 681 milyondan 2100-cü ildə 401 milyona, 80 yaşdan yuxarı dünya əhalisi 2017-ci ildəki 141 milyondan 2100-cü ildə 866 milyona yüksələcək. Tədqiqatçılar 2100-cü ilə qədər ölkələrin 97 faizində ümumi doğuş nisbətinin aşağı düşəcəyini proqnozlaşdırırlar. Məsələn, 2021-ci ildə bir qadına düşən doğuş nisbəti 2,23 olduğu halda, 2050-ci ildə bu rəqəmin 1,68-ə, 2100-cü ildə isə 1,57-yə düşəcəyi deyilir.

"Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər"

Azərbaycandakı əhalinin doğum səviyyəsi ilə bağlı açıqlanan statistika da onu göstərir ki, Avropa ölkələrindəki təklik, yalnızlıq hissi bizə də sirayət edir.

Psixoloq Nizami Orucov da təsdiqləyib ki, son vaxtlar ailə dəyərlərini yeniləri əvəzləyir:

"İnsan sosial varlıqdır, onun təkliyə çəkilməyinin sonu əksər vaxtlarda yaxşı nəticələnmir. Məhz təklik səbəbindən inkişaf etmiş ölkələrdə intiharların sayı artır. Təəssüf ki, bizim də ailə modelimiz ona doğru gedir. Bu, hedonizm fəlsəfəsidir. Hedonizm insanın öz hərəkətlərini ona həzz verəcək bir şəkildə planlaşdırması gərəkdiyini, həmişə həzz verənə yönəlmənin ən uyğun davranış şəkli olduğunu müdafiə edən fəlsəfi cərəyandır".

Psixoloq bildirib ki, bu gün gənclərin ailə qurmamasının və övlad sahibi olmamasının da kökündə hedonist düşüncə dayanır:

"Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər. İnsan həyata zövq mənbəyi kimi baxmağa çalışır. Orada nə ər, nə qadın, nə uşaqlar, nə ailə rol oynayır. Bundan əlavə, ikinci əsas məsələ gənclərin gözünün evlilikdən qorxmasıdır. Bizə gələn məktublardan bu görünür ki, əməlli-başlı ailə qurmağa qorxurlar. Ya öz ana-atalarının münasibətlərinə baxıb evlilikdən iyrəniblər, ya real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud da "evlənsəm bədbəxt olaram" qorxusu onları bu qərardan uzaqlaşdırır. Müasir həyatın informasiya bolluğu bizim həddindən artıq tərəddüd keçirməyimizə səbəb olur".

Yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər?

Mütəxəssislər 21-ci əsrdə dünyanın sarsıdıcı sosial dəyişikliklərlə rastlaşacağını vurğulayıblar. Maraqlıdır, yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər? Professorlar aşağıdakı suallar qarşısında narahatdırlar: Yaşlı əhalinin çoxluq təşkil etdiyi ölkələrdə vergini kim ödəyəcək? Yaşlılara qayğı və sağlamlıq xidmətləri necə maliyyələşdiriləcək? Onların baxımını kim həyata keçirəcək? Bu baş versə, insanlar təqaüd ala biləcəklərmi? Bu sualların dəqiq cavabını zaman verəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1081   Tarix: 13 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ

İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda

27 sentyabr
.

ABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir

ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə yerləşən hava bölmələrinin rotasiyasını davam etdirir, regiondakı Amerika döyüş təyyarələrinin ümumi sayı isə dəyişməz qalır. "Report"un xəbərinə görə, bunu "Itamilradar" portalının və "Military Air Tracking Alliance"ın (MATA) məlumatlar

27 sentyabr
.

Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. "Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəf

26 sentyabr
.

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib

27 sentyabr
.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27 sentyabr
.

Moskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı

Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb. xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Qurumdan bildirilib ki, Ermənistan tərəfi əvvəllər istehsal müəssisələrind

27 sentyabr
.

Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə Vaşinqtonda baş tutan görüşün məhsuldar olduğunu bildirərək, gələcək ikitərəfli əməkdaşlıqla bağlı nikbinliyini ifadə edib. "Report" xəbər verir ki, bu barədə o, Çin liderinin ABŞ-yə səfəri başa çatdıqdan sonra "Truth Social" sosia

27 sentyabr
.

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların

27 sentyabr
.

İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal

27 sentyabr