Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
Slovakiyanın hücuma məruz qalan Baş naziri Robert Fitso mayın 17-də növbəti dəfə əməliyyat olunub.
Bu barədə Slovakiya baş nazirinin müavini, eyni zamanda Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinyak məlumat verib.
Onun sözlərinə görə, buna baxmayaraq, Fitsonun vəziyyəti hələ də ağır olaraq qalır.
Kalinyak əlavə edib ki, həkimlərə baş nazirin sağlamlığı ilə bağlı dəqiq söz söyləmək üçün bir neçə gün lazım olacaq. O, həmçinin, Fitsonun huşunun yerində olduğunu və onun reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.
Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdi zamanı beş güllə yarası alıb və ağır halda xəstəxanaya çatdırılıb.
Slovakiya Prezidenti Peter Pelleqrini xəstəxanada onu ziyarət etdikdən sonra jurnalistlərə verdiyi açıqlamasında baş nazirlə bir neçə dəqiqə danışmağa icazə verildiyini, onun danışa bildiyini, lakin çox yorulduğunu və vəziyyətinin ağır olduğunu bildirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 881 Tarix: 17 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır
Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə
27 sentyabrİki böyük panda Çindən ABŞ-yə aparılıb
İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal
27 sentyabrFırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
ABŞ-ın şimal-şərqini cərəyan edən güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib. "Report" xəbər verir ki, bu barədə sentyabrın 26-da "The New York Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 56 yaşlı mənzil idarəsinin əməkdaşı şəhərin şərqində yerləşən Brukli
27 sentyabrAyı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğ
27 sentyabrƏraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların
27 sentyabrPezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız
27 sentyabr