Sürətli bahalaşma dövrü bitdi? - ARAŞDIRMA

Sürətli bahalaşma dövrü bitdi? - ARAŞDIRMAAzərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (2024-cü ilə 3,5 və 2025-ci ilə 4,2 faiz) azaldıb. Məlumata görə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. "Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4+2 faiz) qalacağı gözlənilir. Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib", - deyə AMB bəyan edib.

Mərkəzi Bankda hesab edirlər ki, inflyasiyanın xarici fonu əlverişli olaraq qalır: "Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 faiz və 2024-cü ilin I rübündə 2,7 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib".

Bəs görəsən bu statistika, Mərkəzi Bankın proqnozunu dəyişməsi daxili bazarda artıq sürətli bahalaşma dövrünün sona çatmasının elanı kimi dəyərləndirilə bilərmi?

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 faiz, aprel ayında ötən ilin eyni ayına nisbətən 100 faiz, aprel ayında əvvəlki aya nisbətən 99,9 faiz təşkil edib.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Beynəlxalq qurumlar da inflyasiya proqnozlarını yeniləyirlər

Bir müddət əvvəl aparıcı beynəlxalq qurumlar da Azərbaycanda inflyasiyaya dair yenilənmiş proqnozlarını açıqlayıblar. Məsələn, Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 faizə qədər azalacağını, 2025-ci ildə beş faiz, 2029-cu ildə isə dörd faiz səviyyəsində olacağını proqnozlaşdırır. Halbuki qurumun oktyabr hesabatında bu il üçün inflyasiya 5,6 faiz proqnoz edilirdi.

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 faiz təşkil edəcək, 2025-ci ildə 3,9 faizədək azalacaq. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə üç faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə dörd faiz təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 faiz səviyyəsində gözlənilir. Asiya İnkişaf Bankının proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 faiz təşkil edəcək, 2025-ci ildə isə 6,5 faizədək yüksələcək.

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin bu il Azərbaycanda inflyasiya ilə bağlı gözləntiləri isə 3,5 faiz səviyyəsindədir.

Niderlandın "ING Group"u da ölkəmizdə inflyasiyanın kəskin şəkildə azalacağını proqnoz edib. Qurum ekspertlərinin fikrincə, 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya 1,6 faiz, 2025-ci ildə 3,8 faiz, 2026-cı ildə isə 4,2 faiz səviyyəsində olacaq. Bu il üçün açıqlanan yeni proqnoz aprel ayındakı gözləntilərə nisbətən 1,5 faiz bəndi azalıb, gələn il üçün dəyişməyib. Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 1,3 faiz, ikinci rübdə 0,1 faiz, üçüncü rübdə 1,3 faiz, dördüncü rübdə isə 2,6 faiz səviyyəsində gözlənilir. 2025-ci ilin birinci rübündə isə ölkəmizdə orta illik inflyasiya 3,5 faiz, ikinci rübdə 4,1 faiz, üçüncü rübdə isə 3,9 faiz nəzərdə tutulub.

"Qiymətlərin sabitləşməsi bizi arxayınlaşdırmamalıdır"

İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədovun fikrincə, Azərbaycanda inflyasiyaya təsir göstərən əsas faktorlar idxal payının çox olması və yerli istehsalın lazımi həcmdə olmamasıdır. Ekspert hesab edir ki, son aylar dünya bazarında qiymət artımının zəifləməsi nəticəsində inflyasiyanı daha az idxal edirik: "Ona görə də bu, yerli bazarlarda istər-istəməz hiss olunur. Lakin xarici amillərdən hələ də çox asılıyıq. Bu asılılıq şübhəsiz ki, tədricən aradan qaldırılmalıdır. Bunun əsas yolu yerli istehsalın lazımi həcmdə və səviyyədə formalaşmasından ibarətdir. Bu məqsədlə Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmalıdır. Eyni zamanda, real sektorun inkişafına doğru kreditləşmə artmalıdır".

Mütəxəssis vurğulayıb ki, dünya bazarlarında qiymətlərin sabitləşməsi bizi arxayınlaşdırmamalıdır: "Düzdür, bu gün dünyada inflyasiya sürəti zəifləyir. Amma hazırda dünya iqtisadiyyatı çox çətin vəziyyətdədir. Böhran hələ özünün pik nöqtəsinə çatmayıb. Gələcəkdə qiymətlərin yenə kəskin bahalaşmasını gözləmək olar. Belə olan halda biz inflyasiyanı məcbur olub yenə də idxal edəcəyik. Ona görə maksimum dərəcədə çalışmalıyıq ki, yerli istehsalın həcmi artsın".

"İnflyasiyanın azalması davam edəcək"

İqtisadçı ekspert Xalid Kərimli isə hesab edir ki, dünyada inflyasiyanın azalması fonunda daxili bazarda sürətli bahalaşma tendensiyası zəifləyib. Onun sözlərinə görə, həm beynəlxalq qurumların, həm də Mərkəzi Bankın inflyasiya ilə bağlı proqnozlarını yeniləməsi bunun bariz nümunəsidir: "Bizdə müəyyən qədər yerli istehsal olsa da, əsas məhsulları xaricdən idxal edirik. Hətta yerli istehsalın dəyər zəncirinin əhəmiyyətli hissəsi xaricdə formalaşır. Tutaq ki, bu gün Azərbaycanda quş ətinə olan tələbatın 75-78 faizi ölkə daxilində istehsal olunur. Amma yem komponenti xaricdən idxal edilir. Yəni, biz öz ölkəmizdə nə isə istehsal etsək belə, onun qiyməti dünya əmtəə bazarında formalaşır. Nəticədə dünya bazarındakı qiymət dəyişimləri bizim bazarlara da təsir göstərir. Bu mənada təbii ki, dünyada inflyasiya azalırsa, həmin tendensiya bizdə də müşahidə olunmalıdır. Gözlənti bundan ibarətdir ki, inflyasiyanın aşağı düşməsi davam edəcək. Bu baxımdan indiki halda Azərbaycanda da artıq sürətli bahalaşma dövrünün azaldığını elan etmək olar".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 902   Tarix: 19 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?

Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli

12 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr