"Direktor dərs vaxtı şagirdin saçını kəsmişdi..." - Video

"Direktor dərs vaxtı şagirdin saçını kəsmişdi..." - VideoÖtən gün Ağstafa rayonunda Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru Tamella Bayramovanın işdən çıxarılması ilə bağlı xəbər vermişdik.

Qazax-Tovuz Regional Təhsil İdarəsi məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparıldığını, direktorun neqativ hallara yol verdiyi və davranış qaydalarını pozduğuna görə işdən azad olunduğunu açıqlamışdı.

"Qafqazinfo"nun məlumatına görə, ATV kanalı işdən çıxarılan məktəb direktoru ilə bağlı süjet hazırlayıb. Məktəbin şagird və müəllim heyəti direktorun davranışlarından təngə gəldiklərini bildiriblər: "Hər gün məktəbdə texniki işçilərlə, müəllimlərlə dava-dalaş olurdu. Şagirdlərin gözləri qarşısında işçini alçaltmaq, müəllimi təhqir etmək... Məktəbdə 20 manatdan pul yığdılar. O 20 manat mənim iyirmigünlük çörəkpulumdur".

Məktəbdə çalışan qadınlardan biri isə T. Bayramovanın əsəbiləşəndə dibçəkləri qırdığını deyib: "Dəhlizdəki dibçəklərə təpik atır, sındırır. Deyirik, ay müəllim, niyə belə edirsiniz, axı biz əziyyət çəkib bunları əkirik. Deyir, mən hirslənəndə evdə də beləyəm, qab sındırmasam, sakitləşə bilmirəm..."

Direktor, həmçinin müəllimlərdən pul toplayaraq məktəbə səsgücləndirici almaqda, dərs vaxtı bayağı musiqilərə qulaq asmaqda ittiham olunur. İddia olunur ki, onun qəzəbinə tuş gələn təkcə müəllimlər deyil. Məktəblilərin sözlərinə görə, Tamella Bayramova dərs vaxtı sinfə girərək şagirdlərdən birinin saçlarını qayçı ilə kəsib.

"Şəhidin ilində 5 manatdan pul topladı. Ailə ianəni qəbul etmədi və bizim yanımızda onun özünə qaytardı. Lakin həmin pulu geri vermədi. Bu insanın psixoloji durumu yerində deyil…Özü ilə bərabər bütün müəllimləri də təzyiq, şəkər xəstəsi edib", - şikayətçilərdən biri bildirib.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə T. Bayramova tutduğu vəzifədən azad edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 822   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dəhşətli qəzanın şahidi olan bələdçilər də təqdimata qatıldı - Fotolar

Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb. "Qafqazinfo"nun məlumatına görə, təqdimat mərasimində qəzada sağ qalan bələdçilər - Aydan Rəhimli və Zülfüqar Əsədo

23 dekabr
.

Boğazında qida qalan 2 aylıq körpə öldü

Abşeron rayonunda 2 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, 23.10.25-ci il təvəllüdlü Rəvanə Muxtarova yaşadığı Xırdalan şəhərindəki evdə boğazında qida qalması nəticəsində boğularaq vəfat edib. Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılı

24 dekabr
.

İcra başçısı "TikTok"dakı videoya görə onu məhkəməyə verdi - 100 manat aldı

Beyləqanının icra başçısı Əziz Əzizov "TikTok"da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib. Teleqraf-ın məlumatına görə, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzi

24 dekabr
.

Sumqayıtda binadan yıxılan 19 yaşlı qız SAĞDIR

Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız sağ qalıb. Hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən yaşayış komplekslərinin birində qeydə alınıb. 19 yaşlı Aysel Əlizadənin yaşadığı mənzildən yıxıldığı bildirilir. O, dərhal xəstəxanaya çatdırılıb. "Səs-küyü eşidib, aşağı düşdüm. Dedilər ki, üçünc

23 dekabr
.

Sumqayıt Texniki Kollecinin 21 illik direktoru işdən çıxarıldı

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 21 illik direktoru Mətanət Səfər qızı Piriquliyeva vəzifəsindən azad olunub. "Qafqazinfo" xəbər verir ki, məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

24 dekabr
.

Bakının 10 qəsəbəsində yaşayanlara VACİB XƏBƏR

Ramana, Şüvəlan, Şağan, Bilgəh, Goradil, Badamdar, Binə, Novxanı, Zabrat, Buzovna qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, ADSEA tərəfindən s

24 dekabr
.

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Xalq artisti Emin Ağalarov Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, Prezidentlə birgə yer aldığı foto və videoları sosial şəbəkə hesablarında paylaşaraq bu sözləri yazıb: "Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətil

24 dekabr
.

Yeni İldə neçə gün iş olmayacaq? - Nazirlər Kabinetindən açıqlama

Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar tətil günləri yaxınlaşır. Bununla bağlı sosial şəbəkələrdə ölkəmizdə ardıcıl 7 gün iş olmayacağı haqqında məlumat yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, dekabr ayının 29-dan etibarən yanvarın 5-nə qədə

24 dekabr
.

Əlixan Rəcəbov tütün reklamı etdi - Şirkət cərimələndi - Foto

Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində tütün və tütün məmulatlarını reklam edən şirkət cərimələnib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, "TTC GROUP" (The Tobacco Company) MMC İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (reklam haqqınd

23 dekabr