Rusiyanın Baş Qərargah rəisinin müavini RÜŞVƏT ALIB
Rusiyada həbs edilən general Vadim Şamarin, müstəntiqlərin fikrincə, Müdafiə Nazirliyi üçün məhsul alışını artırdığı üçün müəssisələrdən birinin rəhbərliyindən 36 milyon rubl (676 800 AZN) rüşvət alıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, Şamarin "Perm Telefon Zavodu Telta" ASC-nin baş direktoru Aleksey Vısokov və həmin şirkətin baş mühasibi Yelena Qrişinadan rüşvət alıb./Oxu.az
11:18
Rusiyanın Baş Rabitə İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisi Valeri Gerasimovun müavini general-leytenant Vadim Şamarin saxlanılıb.
Bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Şamarin 235-ci Qarnizon Hərbi Məhkəməsində baxılan dələduzluq cinayəti ilə bağlı axtarışa verilib. Axtarışın nəticələrinə əsasən, general dindirilmək üçün İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.
2020-ci ildə Baş Qərargah rəisinin keçmiş müavini Xalil Arslanov silahlı qüvvələrə texnikanın verilməsi zamanı dələduzluqda və rüşvət almaqda ittiham olunaraq, həbs edilib.
Xatırladaq ki, bu yaxınlarda müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov rüşvət almaqda ittiham olunaraq saxlanılıb və həbs ediliblər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1430 Tarix: 23 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız
27 sentyabrÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər". xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilə
27 sentyabrMoskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb. xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Qurumdan bildirilib ki, Ermənistan tərəfi əvvəllər istehsal müəssisələrind
27 sentyabrƏzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnı
27 sentyabrTürkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib
Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsini
27 sentyabr