Abdulkadir Uraloğlu: "Orta Dəhliz ilə uzunmüddətli dövrdə 1 500 blok qatar hərəkət edəcək"
Ortamüddətli dövrdə Orta Dəhliz və Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti (BTQ) vasitəsi ilə Türkiyə və Çin arasında ildə 200 blok qatarın hərəkəti planlaşdırılır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu marşrutla ildə 1 500 blok qatar və 6,5 milyon ton yükün daşınması hədəflənir: "Həmçinin Türkiyə ilə Çin arasında yüklərin çatdırılma müddətini 12 gündən 10 günə endirməyi planlaşdırırıq".
A. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq:
"Bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb marşrutu üzrə ticarətin artmasına müsbət töhfə verəcək. Orta Dəhlizin səmərəliliyinin artması ilə Azərbaycan ərazisindən Xəzər dənizi üzərindən inkişaf etdirilə biləcək layihələr, həm də Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əldə ediləcək əməkdaşlıqla ölkəmizin regiondakı strateji mövqeyi artacaq".
Xatırladaq ki, Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdi. Ümumi uzunluğu 757 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 429 kilometri Azərbaycan, 220 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə sərhədləri daxilindədir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 688 Tarix: 25 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğ
27 sentyabrMoldovada bu səbəbdən qırmızı təhlükə elan edildi
Moldova meteorologiya xidmətinin rəsmi açıqlamasına görə, Dnestrin bəzi hissələrində və kiçik çaylarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən Moldova qırmızı təhlükə səviyyəsi elan edib. xəbər verir ki, Telegram kanalında deyilir: "Dnestr və Prut çaylarında, eləcə də əksər kiçik çaylarda suyu
28 sentyabrRestoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi
ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla
27 sentyabrTramp Zelenskidən bunu xahiş etdi
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini açıqlayıb. xəbər verir ki, Tramp İllinoysda jurnalistlərə bildirib ki, "Bu, maraqlı məsələdir. Mən Prezident Zelenski ilə danışdım, dedi
28 sentyabrFırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
ABŞ-ın şimal-şərqini cərəyan edən güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib. "Report" xəbər verir ki, bu barədə sentyabrın 26-da "The New York Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 56 yaşlı mənzil idarəsinin əməkdaşı şəhərin şərqində yerləşən Brukli
27 sentyabrTutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi
Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu
28 sentyabr