Türk dövlətləri Orta Dəhliz boyu gömrük prosedurlarını sadələşdirir
Türk Dövlətləri Təşkilatına üzv dövlətlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutan sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin ratifikasiyasını başa çatdırıblar.
"Report" xəbər verir ki, sadələşdirilmiş gömrük dəhlizi haqqında saziş Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) boyunca xarici ticarət fəaliyyətinin sadələşdirilməsini nəzərdə tutur.
Bu gün təkcə Qazaxıstanın deyil, həm də Qırğızıstan və Özbəkistanın xarici ticarətində əsas pay iki əsas dəhlizdən keçir: Rusiyadan Avropaya və Çin vasitəsiylə. Yeni saziş isə üçüncü dəhlizin - Xəzər dənizi, Azərbaycan və Türkiyədən keçən Transxəzər dəhlizinin inkişafına yönəlib. 2010-cu ildən 2022-ci ilə qədər bu sazişdə iştirak edən ölkələr arasında ticarət dövriyyəsi üç dəfə artıb. Bu, gələcək artım üçün böyük potensialdan xəbər verir.
Bu gün Qazaxıstan üçün bu türk dövlətləri ilə ticarətin həcmi təqribən 13 milyard ABŞ dolları təşkil edir, özü də bu məbləğin 70 %-i Qazaxıstanın bu ölkələrə ixracının payına düşür.
Sadələşdirilmiş gömrük dəhlizinin aşağıdakı üstünlükləri var: ticarət operatorları buraxılış məntəqələrində prioritet xidmət alacaqlar və bu, gözləmə vaxtlarını azaldacaq; gömrük rəsmiləşdirilməsi prosedurları ayrı-ayrı hərəkət zolaqlarından istifadə edilməklə optimallaşdırılacaq və bu, rəsmiləşdirmə müddətlərini daha da azaldacaq; gömrük yoxlaması yalnız gömrük qanunvericiliyinin pozulması riskinin müəyyən edildiyi hallarda aparılacaq və bu, dayanma müddətini və xərcləri azaltmağa imkan verəcək.
Sadələşdirilmiş gömrük dəhlizi haqqında saziş nə konkret sənaye sahələrini, nə də gömrük rəsmiləşdirilməsi üçün malların seçimini məhdudlaşdırmır. Bu o deməkdir ki, ticarət operatorları bütün növ mallar üçün sadələşdirilmiş prosedurlardan istifadə edə bilərlər.
Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş ratifikasiya olunduqdan sonra altı aylıq pilot layihə həyata keçiriləcək. Bu müddət ərzində beş ölkənin gömrük strukturları yeni sistemin bütün texniki, inzibati və hüquqi aspektlərini tam şəkildə işləyəcək. Pilot layihə başa çatdıqdan sonra sistem tam şəkildə işə düşəcək.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan bu sazişi hələ 2023-cü ildə ratifikasiya ediblər. Beş TDT ölkəsindən yalnız Qazaxıstan qalmışdı ki, o da bu həftə sadələşdirilmiş gömrük dəhlizinə qoşulmağı təsdiqləyib.
Xatırladaq ki, saziş 2022-ci il noyabrın 11-də Səmərqənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri arasında imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA