Dünyanın ən ağıllı insanı kimdir? - IQ-su 230 olan riyaziyyatçı

Dünyanın ən ağıllı insanı kimdir? - IQ-su 230 olan riyaziyyatçıLent.az-ın "Bioqrafiya" rubrikasında bu dəfə dünyanın ən ağıllı insanı hesab edilən Terens Çi Şen Taodur.

Dünyanın ən ağıllı insanı kimdir və harada doğulub?

Çin əsilli avstraliyalı riyaziyyatçı Тerens Тао 1975-ci ildə Avstraliyanın Аdеlаidada şəhərində dünyaya gəlib.

Terens Taonun uşaqlığı necə keçib?

Terens hələ kiçik yaşlarında zəka və istedadı ilə hər kəsi təəccübləndirməyi bacarıb. İki yaşında artıq saymağı öyrənib və 9 yaşında universitet kurslarına qatılıb. 1988-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi olub və tarixin ən gənc qızıl medalçısı kimi tanınıb.

Terens Tao necə bir ailədə dünyaya göz açıb?

Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olub. Atası Uilyam Rendolf Tao pediator, anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışıb. Taonun daha iki qardaşı var. Onlar da Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil ediblər.

Terens Tao dünyada nə təxəllüsü ilə tanınır?

Tao bütün dünyada "Riyaziyyatın Motsartı" kimi təqdim olunur. Bunun səbəbi isə 8 yaşında Cons Hopkins Universitetində xüsusi istedadların tədqiqi üçün nəzərdə tutulmuş riyaziyyat proqramında 700 baldan yuxarı nəticə göstərmiş iki uşaqdan biri olmasıdır. Tao bu proqramda 760 bal toplayıb. Bu isə rekord nəticədir.

O, uğura gedən yolu necə keçib?

1986, 1987 və 1988 ci illərdə Тerens Beynəlxalq riyaziyyat olimpiadasında iştirak edən ən gənc iştirakçısı olub. Bu vaxt Taonun cəmi 10 yaşı var idi. Həmin illərdə o uyğun olaraq bürünc, gümüş və qızıl medal qazanmışdı. 13 yaşında qızıl medala sahib olan Terens olimpiada tarixində bunu bacara bilən yeganə ən gənc qalibdir.

Terens Taonun universitetə nə vaxt daxil olub?

Bu heyrətamiz zəkaya sahib şəxs 14 yaşında Elmi Araşdırmalar İnstitutuna daxil olub. O bakalavr və magistr dərəcəsini Flinders Universitetində professor Qarta Qodridən alıb.

1992-ci ildə Amerikada aspiranturaya daxil olub. 1992-ci və 1996 illər aralığında Tao Eliasa Steynin rəhbərliyi ilə Prinston Universitetində oxuyub. 20 yaşında artıq doktorluq dərəcəsi alır və 1996-cı ildən başlayaraq isə Kaliforniya Universitetində çalışmağa başlayır. Terens Tao 24 yaşında professor olub. 31 yaşında o, Fields medalına layiq görülüb və 34 yaşında Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilib.

Terens Taonun elmi nailiyyətləri nələrdir?

Onun əsas elmi nailiyyətlərindən biri sadə ədədlərin ixtiyari uzun arifmetik irəliləyişlərinin mövcudluğu haqqında "Green-Tao" teoreminin isbatıdır. Ən çox tanınmış işi isə Britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud "sadə ədədlər"in hesabi silsiləsinin varlığıdır.

Terens Taonun əsas tədqiqat sahələri hansılardır?

Onun tədqiqat sahələrinə "riyyaziyyatın harmonik analizi", "xüsusi törəməli diferensial tənliklər", "həndəsi kombinatorika", "analitik ədədlər nəzriyyəsi" və "ehtimal nəzəriyyəsi" və s. daxildir.

Terens Tao elmi araşdırmalara başqa hansı töhfələr verib?

Terens məhsuldar riyaziyyatçıdır və 275-dən çox elmi məqalənin müəllifidir. O, ümumi nisbilik nəzəriyyəsini təsvir edən tənlikləri, eləcə də fiber optik kabeldə işığın hərəkətini idarə edən kvant mexanikasını təsvir edən tənlikləri sadələşdirə bilən texnikalar hazırlayıb. Bu isə indiki və gələcək zaman üçün möhtəşəm tədqiqatlardır.

Terens Taonun IQ-su (intellekt əmsalı) nə qədərdir?

İnsanların 50%-nin IQ səviyyəsi 90-110 arasıdır. 0,5% insan isə dahi hesab olunurlar. Onların IQ göstəricilər 140-dan çoxdur. Terens Taonun IQ-su isə 230-dur və bu nadir göstəricidir.

Terens Tao hazırda nə edir?

48 yaşlı Tao hazırda Amerikanın Los-Anceles şəhərinin Kaliforniya Universitetində riyaziyyat üzrə professordur.

Terens Taonun şəxsi həyatında nələr var?

Terens Tao evlidir. İki uşağı var. O, yoldaşı və uşaqları ilə birlikdə Amerikada yaşayır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1237   Tarix: 26 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021