İranda nüvə mərkəzinə Rəisinin adı verildi
İranın İsfahan şəhəri yaxınlığında yerləşən Nüvə Uranı Emalı Mərkəzi helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin adını daşıyacaq.
Bu barədə Mərkəzin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mərhum prezident ölkədə nüvə sənayesi və nüvə texnologiyasının inkişafına xüsusi diqqət yetirib.
Qeyd edək ki, uran emalı obyekti respublikanın mərkəzində, İsfahanın yaxınlığında yerləşir. Obyekt onlarla emalatxanadan ibarətdir və təxminən 60 hektar ərazini əhatə edir. Mərkəz İranda nüvə yanacağının yaradılması üçün mühüm rol oynayır. 2024-cü ilin fevralında mərkəzin ərazisində gücü 10 MVt olan dördüncü tədqiqat nüvə reaktorunun tikintisinə başlanılıb. Reaktorun gücü ölkənin bütün daxili ehtiyaclarını ödəməklə yanaşı, İrana bu məhsulları beynəlxalq miqyasda ixrac etmək imkanı da verəcək.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 693 Tarix: 26 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin tələbi ilə vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib. "Report" xəbər verir ki, Paşinyanın şənbə günü seçki kampaniyası zamanı çıxışında bir kişi ona yaxınlaşaraq Baş nazir vəzifəsindən istefa verməsini qışqırb. "Əgə
24 mayDanimarkada yeni hökuməti formalaşdırmaq mümkün olmayıb
Danimarkada Liberal Partiyanın lideri Troels Lund Poulsen yeni hökumətin formalaşdırılması barədə razılığa gələ bilməyib. "Report"un "Ritzau" agentliyinə istinadən xəbərinə görə, siyasətçi danışıqların uğursuzluğu barədə Kral X Frederikə məlumat verəcəyini bildirib. Liberal Partiyanı
24 mayNuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
ABŞ-nin Kentukki ştatının Uilyamstaun qəsəbəsində, İncildə bəhs edilən ölçülərə uyğun olaraq 100 milyon dollar büdcə ilə inşa edilən nəhəng Nuhun Gəmisi parkı - "Ark Encounter" iyulun 7-də qapılarını ziyarətçilərin üzünə açır. Restoran və zoopark kimi də fəaliyyət göstərəcək bu nəhəng layihəy
24 mayMüsəlman liderləri Trampı İranla müharibəni dayandırmağa çağırıb
ABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edən bütün ərəb və müsəlman liderləri onu İranla razılığa gəlməyə və bölgədəki düşmənçiliyə son qoymağa çağırıblar. "Report" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb. Ağ E
24 mayHər 6 ildən bir 6 bal gücündə zəlzələnin baş verdiyi yer
Sakit okeanın dərinliklərində yerləşən "Gofar qırılma xətti" təxminən 30 ildir alimlərin diqqət mərkəzindədir. Bu bölgədə təxminən hər 5-6 ildən bir oxşar gücdə zəlzələlər qeydə alınır və ən maraqlısı odur ki, sarsıntılar demək olar eyni nöqtədə və eyni enerji səviyyəsində təkrarlanır. Qaynarinf
26 mayRusiyada şəhər meri vəfat etdi
Rusiyanın Nalçik şəhərinin meri Taymuraz Axoxov vəfat edib. "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kabarda-Balkar rəhbərliyinin administrasiyası məlumat yayıb. Qeyd olunub ki, T.Axoxov 55 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Axoxov paytaxt meriyasın
24 mayTramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri
24 may