Putinin atası nasist olubmu?.. - Kreml hər şeyi gizli saxlayır...-FOTO+VİDEO

Putinin atası nasist olubmu?.. - Kreml hər şeyi gizli saxlayır...-FOTO+VİDEO"Ən azından indiki Rusiya liderinin hərəkətləri və idealları o dövrün işbirlikçi kiçik fürerlərindən çox da fərqlənmir..."

Putin soyadı Hitlerin işbirlikçiləri arasında tapıldı.

Moderator.az xəbər verir ki, Ukraynanın "TSN" kanalı Kreml diktatoru və ailəsinin tərcümeyi-halının ən böyük sirrini öyrəndiyini iddia edib.

Kanalın təqdim etdiyi materialda deyilir:
"2003-cü ildə Polşa qəzetlərindən birində dərc olunan araşdırmada deyilirdi: "Şəkildəki Vladimir Spiridonoviç Putin adlı bu adam Rusiya Xalq Azadlıq Ordusunun döyüşçüsüdür".

Bəli, polyaklar iddia edirdilər ki, bu, indiki Rusiya prezidenti Vladimir Putinin atasıdır. O, oğlunun dediyi kimi, heç də sualtı qayıq zabiti olmayıb, rus nasist ordusunun bir hissəsi olaraq Varşava gettosunda polyakların məhv edilməsində iştirak edib.

Məqalə dərc edildikdən sonra mövzu tez bir zamanda ört-basdrı edildi. Və biz maraqlanmaq qərarına gəldik: Rusiya Xalq Azadlıq Ordusu nədir? Nəticədə iki il Ukraynanın sərhədlərinə çox yaxın olan qonşu Bryansk və Oryol vilayətlərinin ərazisində bütöv bir nasist respublikasına rast gəldik:

Rusiyanın gizlətmək istədiyi isə Lokot Respublikasıdır. Belçikadan daha böyük əraziyə, öz ordusuna, nasist partiyasına və hətta öz kiçik daxili "Holokost" soyqırımına malik olan nasist protektoratı altında gizli Rusiya kvazi-dövləti. Respublikanın adı bir az qəribədir, çünki hər şey Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəd olan Bryansk vilayətinin Lokot rayon mərkəzindən başlayıb.

Orada müharibədən əvvəl bolşevizmə qarşı keçmiş mübariz Konstantin Voskoboynik və uğursuz kommunist Bronislav Kaminski görüşüblər. Bolşeviklər hər ikisini müxtəlif səbəblərdən Lokota sürgün etmişdilər. Və hər ikisi 1941-ci ildə Sovet hakimiyyətindənn qaçmalarını öz siyasi layihələrinin başlanğıcı kimi istifadə etdilər.

Konstantin Voskoboynik yaxşı təşkilatçı idi və hələ almanlar Lokota gəlməmişdən əvvəl orada özü kimi sovet hakimiyyətinin qurbanlarından ibarət kiçik bir xalq milis dəstəsi yaratmışdı. Almanlar Voskoboynikin istəyini yüksək qiymətləndirdilər və onu yerli muxtar təyin etdilər. Bronislav Kaminski isə onun sağ əli oldu. Və iki yeni kollaborant (düşmən tərəfdə fəaliyyət göstərən təşəbbüskar-S.L.) öz Rusiya modelini yaratmağa başladı.

Voskoboynik kəndlilərə torpaq payladı, vergiləri azaltdı, məhkəmə yaratdı və öz partiyasını - Rusiya Xalq Sosialist partiyasını qurdu. "O qədər də pis deyil", - deyə ruslar qərar verdilər!

1941-ci ilin payızında üç ay ərzində əhəmiyyətli bir ərazi Voskoboinikin hakimiyyəti altına keçdi: Bryansk vilayətinin 6 rayonu, Oryol və Kursk vilayətlərinin qonşu rayonlarının bir hissəsi.

Almanlar Reyx məhsullarının tədarükü və partizanlarla müharibə şərti ilə kvazi-dövlətin müstəqil mövcud olmasına icazə verdilər. Lakin 8 yanvar 1942-ci ildə Andrey Saburovun partizan dəstəsi Lokot Respublikasının paytaxtına soxularaq Konstantin Voskoboyniki öldürdü. Komandanlıq Bronislav Kaminskinin əlinə keçdi. Əgər Voskoboynik demokrat idisə, Kaminski Stalin və Hitler ideyalarının bilicisi idi. O, polisin əvəzinə öz ordusunu - qısaldılmış adı "RONA" olan Rusiya Xalq Azadlıq Ordusunu yaratmağa başladı. Və sələfinin xalq sosialisti adlandırdığı partiyanı Rusiya Milli Sosialist Partiyasına çevirdi.

Kamskinin nasizmi Lokot Respublikasında istisnasız olaraq məhv edilmiş yerli yəhudilərin qırğınları ilə nəticələndi. Müharibədən sonra Lokot damazlıq fermasının ərazisində 22 min adsız qəbir tapıldı. Və kiçik Rusiya Reyxində bir-iki belə ölüm meydançası var idi.

Kaminskinin tez-tez həyata keçirdiyi kütləvi edamlar üçün respublikanın xüsusi cəlladı var idi. Adı Antonina Makarova idi. O, 1941-ci ildə könüllü olaraq cəbhəyə getmişdi. Vyazma yaxınlığında beş Sovet ordusunun mühasirədindən sonra o, əsir düşərgəyə düşmüşdü. Sonra onu meşənin ortasında tərk edən sevgilisi ilə qaçdı. Daha sonra Tonya Kaminskinin əsgərlərinin əlinə keçdi. Ona araq, pulemyot və insanlara atəş açmaq fürsəti verildi...

Ümumilikdə, pulemyotçu Tonkanın 1,5 mindən çox qurbanı var. Ən maraqlısı odur ki, taleyin bir çox heyrətamiz piruetlərindən sonra Antonina Makarova soyadını dəyişərək "hörmətli sovet veteranı" oldu. Yalnız 1976-cı ildə o, üzə çıxarıldı və ölümə məhkum edildi.

Bronislav Kaminskinin özü 1943-cü ildə Qırmızı Ordunun hücumu başlayandan sonra almanların ardınca öz ordusu ilə birlikdə geri çəkildi. Onlar kollaborantları "29-cu Vaffen SS" qrenadyor briqadasına çevirdilər.

1944-cü ildə "RONA" alman "SS"-çiləri ilə birlikdə Varşava gettosunda mülki insanları qarət etməklə və öldürməklə fərqlənirdi. Orada qısa müddət ərzində rus nasistləri 15 minə qədər polyakı öldürdülər. Rusların cinayətləri o qədər kütləvi idi ki, hətta almanların da səbri tükənirdi. Kaminskinin maşını güllələnərək Polşa partizanlarının repressiyasına səbəb oldu...

Kaminski, Lokot Respublikası və rus faşistlərinin ordusu məsələsində hələ də o qədər sirr var ki, sovet xüsusi xidmət orqanlarının işi göz qabağındadır. Kaminskinin ailəsi və uşaqlarının ata və ərin xəyanətindən və vəhşiliyindən sonra SSRİ-də çox yaxşı yaşadığı məlumdur.

Sadə "xalq düşmən"lərinin ailələrinin ölkə ucqarlarına və uzun müddətə qovulduğu İttifaqda bu, eşidilən bir fakt idi. Bunu başqa bir faktla izah etmək olar - Kaminski hələ müharibədən əvvəl "NKVD" agenti olub.

Nasist Respublikasının sirləri arasında - bu fotodakı adam da var. Polşalı jurnalistlərin iddia etdiyi kimi, Vladimir Putin həqiqətən də Varşava gettosundakı qırğınlarda iştirak edibmi? Ən azından indiki Rusiya liderinin hərəkətləri və idealları o dövrün işbirlikçi kiçik fürerlərindən çox da fərqlənmir".

Putinin atası nasist olubmu?.. - Kreml hər şeyi gizli saxlayır...-FOTO+VİDEO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1306   Tarix: 28 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021