Azərbaycana xəyanət edən komandanı ifşa edən məşhur sovet filmi hansıdır?
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarını sovet Azərbaycanı filmlərində dövrün tələbinə uyğun olaraq mənfi qəhrəman kimi göstəriblər. Lakin ssenarist və rejissorlarımız sətiraltı da olsa, onların müsbət tərəflərini, tarixi şəxsiyyət kimi çəkilərini göstərə biliblər.
Səməd Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmində ilk dəfə Cümhuriyyət dövrü geniş şəkildə göstərilir. Biz bu ekran əsərində Cümhuriyyətin parlament iclasını, üçrəngli bayrağımızı, milli ordumuzun əsgərlərini və İsmayıl Osmanlının canlandırdığı Xosrov bəy Sultanovun obrazını görə bilərik. Bu obraz Azərbaycan kinosunda Cümhuriyyət nümayəndələrinin ilk obrazı idi.
1966-cı ildə rejissor Əjdər İbrahimovun çəkdiyi "İyirmialtılar" bədii filmində hadisələr 1918-ci ildə baş verir. Film 26 Bakı komissarının fəaliyyətini əks etdirsə də, filmə diqqətlə baxan tamaşaçı Nuru Paşanın, Hacı Zeynalabdin Tağıyevin obrazlarını görə bilər. Filmdəki Şahbazov obrazı Tağıyevin prototipidir. Bakıya gələn türk komandanı isə Nuru Paşanın filmdəki görüntüsüdür. Real həyatda da filmdə olduğu kimi Nuru Paşa Tağıyevlə görüşür və onun evində qonaq qalır.
Ekran əsərində Azərbaycan Demokratik Respublikasının adı çəkilməsə də, milli hökumətin partiyaları və liderləri sosialist təşkilatların qatı düşməni kimi nümayiş etdirilir. Eyni zamanda "İyirmialtılar" filmi ilk ekran əsərimizdir ki, filmdə Mart soyqırımı hadisələrindən bəhs olunur. Hətta səhnədə tam olmasa da, Azərbaycan himninin melodiyasını eşidirik.
Rasim Ocaqovun 1974-cü ildə lentə aldığı "Qatır Məmməd" filmində "Müsavat", "müsavatçılar", "general Xoyski" ifadələrini eşidirik. Konkret ADR-in adı çəkilməsə də, Gəncə quberniyasında bu hökumətin nüfuz sahibi olduğunu görürük. Cümhuriyyətə qarşı vuruşan Qatır Məmməd qəhrəman kimi göstərilir. Filmdə Fətəli xan Xoyski obrazını İsmayıl Dağıstanlı yaradıb. Xan Xoyskidən başqa Rasim Balayevin oynadığı Cümhuriyyət zabiti Əziz və Cümhuriyyətin səhiyyə naziri, sonralar Gəncə qubernatoru olan Xudadat bəy Rəfibəyli əsas mənfi rollar kimi göstərilir. Bolşeviklərin nümayəndəsi Qatır Məmməd isə əfsanələşdirilir. Bu ekran əsərində mənfi planda təqdim olunan milli hökumət nümayəndələri əslində Azərbaycan istiqlalının əsl mücahidləri idi.
Sovet Azərbaycanı filmləri arasında Cümhuriyyət dövrünü ən detallı şəkildə göstərən film "İşarəni dənizdən gözləyin" filmidir. Bu ekran əsərində ADR donanmasını, Əksinqilabla Mübarizə Təşkilatını, Məhəmməd Əmin Rəsulzadənin xüsusi qiymətləndirdiyi şair Məhəmməd Hadini, Cümhuriyyətin sonuncu iclasını görmək mümkündür. (Oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1360 Tarix: 29 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021Danışan ÖRDƏK tapıldı - VİDEO
Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy
9 sentyabr 2021Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO
Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb
10 sentyabr 2021Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR
Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ
14 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021"Twitter"də yeni funksiya istifadəyə veriləcək
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze
9 sentyabr 2021Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO
Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə
11 sentyabr 2021Acun niyə həmişə qara kofta geyinir?
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab
15 sentyabr 2021Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15 sentyabr 2021