"Aşk-ı Memnu"dakı rolu ilə sevilən məşhur türkiyəli aktrisa Fatma Karanfil vəfat etdi
Türkiyənin məşhur "Aşk-ı Memnu" serialındakı "Şayeste" obrazı ilə sevilən Fatma Karanfil 72 yaşında vəfat edib. Aktrisa bir müddətdir xərçənglə mübarizə aparırdı.
Bu barədə "Yeşilçam"ın ustad aktrisasının meneceri Aslı İslamoğlu sosial media hesabından xəbər verib.
O, bildirib ki, bir çox uğurlu layihələrdə iştirak edən və mükafatlara layiq görülən Fatma Karanfil təkcə aktrisalığı ilə deyil, həm də zərifliyi, zəhmətkeşliyi, insanlığı ilə örnək alınan bir ad idi.
"Onun işığı heç vaxt sönməyəcək, qəlbimizdə, sənət aləmində həmişə parlayacaq", - deyə İslamoğlu vurğulayıb.
Qeyd edək ki, "Yeşilçam"ın onlarla filmlərində rol alan aktrisa "Çocuklar Duymasın", "Sırlar Dünyası / Sır Kapısı", "Büyük Buluşma", "Beşinci Boyut", "Gülpare", "Elveda Derken", "Çanakkale 1915", "Aşk Yeniden", "Çocuklar Duymasın", "Kimse Bilmez" və sair film və seriallardakı rolları ilə də sevilirdi./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1141 Tarix: 04 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada şəhər meri vəfat etdi
Rusiyanın Nalçik şəhərinin meri Taymuraz Axoxov vəfat edib. "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kabarda-Balkar rəhbərliyinin administrasiyası məlumat yayıb. Qeyd olunub ki, T.Axoxov 55 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Axoxov paytaxt meriyasın
24 mayPakistanda qatar partladıldı: 24 ölü, 50-dən çox yaralı
Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, 50-dən çox insan isə xəsarət alıb. -ın məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli yüksəkvəzifəli məmura istinadən xəbər verir. "Qatar Kvettada
24 may"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı
"Qiyamət günü radiosu" kimi tanınan UVB-76 stansiyası ardıcıl ikinci gündür efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb. xəbər verir ki, məlumat stansiyanın "Telegram" kanalında paylaşılıb. Efirə verilən mesaj belə olub:. "TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYU
24 mayABŞ ordusunda hərbçilərin sayını artırır
ABŞ 2027-ci ildə silahlı qüvvələrinin şəxsi heyətini daha da artırmağı planlaşdırır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pit Heqset açıqlama verib. O bildirib ki, hazırda ABŞ ordusunda təxminən 1.8 milyon hərbçi xidmət edir və qarşıdakı dövrdə bu rəqəmi
24 mayGünəşdə güclü partlayışlar gözlənilir
Mayın 26-27-də Günəşdə partlayış aktivliyinin aşağıdan orta dərəcəliyə qədər olacağı, eyni zamanda, yüksək X sinfindən partlayışların ola biləcəyi proqnozlaşdırılır. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "26 və 27 may tarixlərində Günəşd
26 mayQan təzyiqini ölçmək üçün ən dəqiq metod müəyyən edilib
Həkimlər Paula Samper və Xavyer Marin maksimal dəqiq nəticələr verən qan təzyiqinin (arterial təzyiq) ölçülməsi metodunu tövsiyə ediblər. -ın xəbərinə görə, onların tövsiyələrini "HuffPost" nəşri dərc edib. Həkimlər izah ediblər ki, arterial təzyiqi ardıcıl üç dəfə, bir və ya ikidəqiqəlik fasilələrl
24 mayAbbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
İran bundan sonra da "Hizbullah" qruplaşmasını dəstəkləyəcək. "Report" xəbər verir ki, bu, İran xarici işlər naziri Abbas Əraqçinin Livanın "Hizbullah" qruplaşmasının baş katibi Naim Qasıma ünvanladığı məktubda yer alıb. "İran son anadək "Hizbullah"ı dəstəkləyəcə
24 may