İranda prezident olmaq istəyən dörd qadın

İranda prezident olmaq istəyən dörd qadınİranda iyunun 28-də keçiriləcək prezident seçkisində iştirak etmək üçün dörd qadın da qeydiyyatdan keçib. Namizədliyini irəli sürən qadınlardan kimin təsdiqlənəcəyi yaxın günlərdə məlum olacaq.

Namizədliyini irəli sürən qadınların adları açıqlanıb: Zöhrə Elahian, Həmidə Zərabadi, Həcər Çenarani və Rafat Bayat.

Onların hamısı İran parlamentinin (Məclisin) keçmiş deputatlarıdır.

56 yaşlı Zöhrə Elahian ixtisasca həkimdir və hazırda İran Tibb Elmləri Akademiyasında işləyir.

45 yaşlı Həmidə Zərabadi islahatçı qanadı təmsil edir. Namizədliyinin irəli sürülməsi qeydə alındıqdan sonra keçirdiyi mətbuat konfransında o, xarici siyasətdə deeskalasiyanın tərəfdarı olduğunu deyib. Zərabadi nə vaxtsa iranlıların qadın prezident seçəcəklərinə ümid etdiyini bildirib.

Həcər Çenaraninin də 45 yaşı var və parlamentin deputatı olub. Milli təhlükəsizlik və xarici siyasət komissiyasında çalışıb. Onun atası İran-İraq müharibəsində (1980-88) həlak olub. Həcər Çenarani parlamentari kimi işləyərkən İranda qadınların məcburi hicab taxması qaydalarını sərtləşdirmək üçün qanunların qəbul edilməsinin tərəfdarı olub.

Rafat Bayatın 66 yaşı var, təhsili sosioloqdur. 2005 və 2009-cu illərdə prezident seçkilərində namizədliyini irəli sürsə də, Konstitusiyanın Keşikçiləri Şurası onun namizədliyini təsdiq etməyib.

Qeyd edək ki, bu günə qədər heç bir iranlı qadın prezident seçkisi üçün namizədlərin yekun siyahısında yer almayıb./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 854   Tarix: 04 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar

27 sentyabr
.

Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. "Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəf

26 sentyabr
.

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM: "Ciddi sübutlarımız var"

Niger Fransa və Ukraynanı Saheldə terrorçuluğa dəstək verməkdə ittiham edib. TASS-a istinadən xəbər verir ki, Nigerin Baş naziri Əli Lamin Zeyn bununla bağlı ciddi sübutların olduğunu bildirib. "Hazırda Saheldə baş verənlər silahlı üsyan deyil, dini müharibə deyil. Bölgəmizdə terrorçuluq təbii sərvətlərimizi

27 sentyabr
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27 sentyabr
.

Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız

27 sentyabr
.

ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi ÜZƏ ÇIXDI

ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlıqları davam etdirir. xəbər verir ki, bu barədə "CBS News" ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Quru Qoşunlarında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edə

27 sentyabr
.

ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"

"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər". xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilə

27 sentyabr
.

Ayı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi

Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğ

27 sentyabr
.

İtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi

İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Mila

27 sentyabr