Evlənən ən yaşlı cütlük – Hər yaş sevgiyə tabedir
Britaniya sakinləri Corc Kirbi və Dorin Lakki romantik rekord qırıblar.
Lent.az xəbər verir ki, onlar evlənən ən yaşlı cütlük kimi tanınıb.
Məlumata görə, ikili 27 il birlikdə yaşadıqdan sonra 2015-ci ildə rəsmi olaraq münasibətlərini rəsmiləşdiriblər. O vaxta qədər cütlüyün artıq yeddi övladı, 15 nəvəsi və yeddi nəticəsi var idi.
Həmin vaxt Corcun 103, gəlininin isə 91 yaşı olub. Dorin bu münasibətlə toyda mavi çiçəklərlə bəzədilmiş ağ paltar geyinib. Keçmiş boksçu olan bəy isə kostyum və qalstukla çox zərif görünüb.
Hətta Corcun yıxıldığı üçün istifadə etmək məcburiyyətində qaldığı əlil arabası da ümumi təəssüratı poza bilməyib.
Yeni evlənən cütlüyün birlikdə yaşı 194 il olub. Bu da onlara əvvəlki rekordçuları - fransız Fransua Frenandes və Madlen Fransinonu ötməyə imkan verib.
Qeyd edək ki, onların 2002-ci ildə baş tutan evlilikləri zamanı Fransuanın 96, Madelenin isə cəmi 94 yaşı olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 928 Tarix: 05 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi
İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Mila
27 sentyabrNigerdən Fransa və Ukraynaya ağır İTTİHAM: "Ciddi sübutlarımız var"
Niger Fransa və Ukraynanı Saheldə terrorçuluğa dəstək verməkdə ittiham edib. TASS-a istinadən xəbər verir ki, Nigerin Baş naziri Əli Lamin Zeyn bununla bağlı ciddi sübutların olduğunu bildirib. "Hazırda Saheldə baş verənlər silahlı üsyan deyil, dini müharibə deyil. Bölgəmizdə terrorçuluq təbii sərvətlərimizi
27 sentyabrAİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı
"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə
27 sentyabrSi Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl
27 sentyabrƏraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların
27 sentyabr