ÜST: Dünyada ilk dəfə insanda quş qripinə yoluxma qeydə alındı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ilk dəfə insanın quş qripi A(H5N2) virusuna yoluxmasını qeydə alıb.
BAKU.WS xəbər verir ki, yoluxma Meksikada baş verib və bu barədə ÜST-nin Cenevrədəki mərkəzi məlumat verib.
Təşkilat bu xəstəliyin insanlar arasında geniş yayılma riskinin aşağı olduğunu bildirib.
"Bu, dünyada laboratoriya şəraitində təsdiqlənmiş ilk insanın A(H5N2) virusuna yoluxma hadisəsi və Meksikada qeydə alınmış ilk insanın H5 quş qripi virusuna yoluxma hadisəsidir", deyə məlumatda qeyd olunub.
ÜST-dən bildirilib ki, virusun mənbəyi hələlik məlum deyil. Bununla yanaşı, məlumdur ki, A(H5N2) virusları Meksikada ev quşlarında aşkar edilib.
Ölkənin səhiyyə orqanları yoluxmanın ehtimal olunan mənbəyini müəyyən etmək üçün araşdırma aparır. Mövcud məlumatlara əsaslanaraq, ÜST bu virusla əlaqəli olaraq əhalinin ümumi risqini aşağı qiymətləndirir.
Virusa yoluxan şəxs ev quşları və ya digər heyvanlarla təmasda olmayan 59 yaşlı Mexiko ştatı sakinidir. Bu şəxsdə bir neçə əsas xəstəlik olub. Xəstənin yaxınları bildirib ki, kəskin simptomlar yaranmadan əvvəl o, üç həftə ərzində digər səbəblərə görə yataqda olub.
17 aprel tarixində xəstədə qızdırma, nəfəs darlığı, ishal, ürəkbulanma və ümumi narahatlıq artıb. 24 aprel tarixində xəstə tibbi yardım üçün müraciət edib və respirator xəstəliklər institutuna aparılıb, lakin komplikasiyalar səbəbindən həmin gün vəfat edib.
ÜST açıqlayıb ki,"ev quşları arasında quş qripi virusları dövr etdikdə, yoluxmuş ev quşları və ya çirklənmiş mühitlə təmas nəticəsində insanların yoluxma riski və az sayda yoluxma halları meydana çıxa bilər. Buna görə də, insanlarda sporadik xəstəlik halları gözlənilməz deyil. Daha əvvəl H5 virusunun digər alt növlərinə, o cümlədən A(H5N1), A(H5N6) və A(H5N8) viruslarına yoluxma halları qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir