"Elə hərbi təlimlər var ki, onların təşkilatı və itkisiz həyata keçirilməsi üçün peşakarlıq tələb olunur" - Açıqlama
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub. Bu barədə Nazirliyindən bildirilib. "Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanır.
Məsələ ilə bağlı "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Sonxeber.az açıqlama verib.
Sədr bildirib ki, elə hərbi təlimlər var ki, onların təşkilatı və itkisiz həyata keçirilməsi üçün peşakarlıq tələb olunur:
"Hərbi təlimlər müəyyən normalar və təlimatlar əsasında həyata keçirirlir. Burada müəyyən dərəcədə itkilərin olacağıda ehtimal olunur.Təbii ki, bu təlimin miqyasına, dərəcəsinə və nə qədər canlı qüvvəyə və texnikaya baxır. Canlı qüvvələr arasında itki həmişə olub. Elə hərbi təlimlər var ki, onların təşkilatı və itkisiz həyata keçirilməsi üçün peşakarlıq tələb olunur. Ekstremal hallarda necə davranılmalıdır? Bu məsələrdə həm peşəkarlıq həm də nəzəri baxımdan elmi səviyyənin həddi rol oynuya bilir. Əgər sıradan hərbi təlimdirsə orada canlı itkinin olması sıfırdır. Əgər olursa, bu təlimin təşkilatçıları biraz qeyri-ciddi yanaşma və zamanında təlim keçən şəxslərin müvafiq təlimatın verə bilməməsinin nəticəsi ola bilər. Bu zaman rütbəlilər müəyyən mənada məsuliyyət daşıya bilər. Misal üçün canlı qüvvənin qorunması üçün müəyyən addımlar atılmalıydı, amma bu məsələ yerinə yetirilməyib. Bu zaman yeni çağırışçılar müəyyən səhlənkarlıq ucbatından nə edəcəyini düşünməyiblər. Bu da ölüm halı ilə yekunlaşıb".
Şəmsəddin Əliyev polis əməkdaşlarının keçirdiyi təlimlərdə mənfi halların və itkilərin az olduğunu vurğulayıb:
"Amma bütün hallarda dövlət bu şəxsləri öz himayəsinə alır. Onlara müavinatlar verilir. Sığortası olan hərbiçilərə yardımlar edilir. Müvafiq imtiyazlar güzəştlər edilir. Bu həm hərbiçilərə, həm də polislərə şamil edilir. Amma hərbiçilərdən fərqli olaraq polislərdə təlim zamanı mənfi hallar və itkilər az olur.Təssüflər olsun ki, bədbəxt hadislərə daha çox hərbi qulluqda baş verir. Təlimlərdə ekstremal hadisə zamanı hərbiçinin və ya polisin özünün düşüncəsi daxilində qərar vermək qabiliyyəti olmaldır. Bu çox vacib məsələdir. Bu zaman itkilərində sayı az ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir