Xəyanət edən sevgiliyə SÜRPRİZ: Elə bir qisas ALDI Kİ...
Qadın sevgilisinin onu iki fərqli qadınla xəyanət etdiyini öyrənib.
Sonxeber az xarici mənbəyə istinadən xəbər verir ki, xəyanətə uğrayan qadın bunun qarşılığında sevgilisi üçün qisas planı hazırlayıb.
Umumiyyətlə qadın həqiqi sevgisi olduğuna inandığı və üç ildir birlikdə olduğu adam ilə evlilik pianian qururdu Qadın bu münasibət zamanı hayatını köklü şəkildə dəyişib. Karyera planlarından imtina edib və sevgilisi ilə birlikdə olmaq üçün böyüdüyü yerdən köçüb.
Bütün bunlardan sonra xəyanətdən xəbər tutan qadın evlilik planlarını sevgilisinin həyatını məhv etmək planı ile əvəz etdi. Makiyaj videolan çəkən Tatti adlı fenomen "Tik Tok" hesabında bununla bağlı, detalları danışdıqdan sonra sosial şəbəkəni bir-birinə qatıb. 1.4 milyon izləyicisi olan makiyaj fenomeni artıq real həyat hekayəsini danışmaqla tanınır. Tatti hadisə haqqında danışan zaman bu ifadələrə ver verib:
""Təxminən bir ay əvvəl bildim ki, o, məni iki fərqli qadınla aldadır. Biri öz universitetində müəllim köməkçisi, digəri isə ən yaxın dostunun sevgilisidir".
Sevgilisi universitetə qayıtmaq qərarına gələndə qadın onun hesablarını və digər xərclərini ödəyərək ona dəstək olub. Onun üçün evdən tutmuş maşına, ortaq bank hesabına hər şeyi təmin etmişdi və bunun nəticəsi xəyanət olub. Qadın intiqam planlarını belə açıqladı:
"Sabah mən onun həyatını məhv edəcəm. Çətin olacaq amma mən həyatıma davam edəcəm. Bir ay boyunca dözdüm. Bu da planımı gerçəkləşdirmək üçün əla bir müddət oldu".
Amerikalı qadın bir gecə təşkil etməyi planlaşdırıb və sevgilisinin ailəsini dəvət edib, lakin öz ailəsinin "uyğun olmadığını" deyib. Ziyafətdən əvvəl o, evindəki bütün qiymətli əşyaları çamadanlara yığaraq maşınına qoyub. Eyni zamanda evdən tez çıxmaq üçün hazırlıq görürdü:
"Ziyafət zamanı qardaşım gəlib sevgilimin istifadə etdiyi, lakin mənim adıma olan maşını götürəcək. O elə düşünür ki bu gecə nişanımızı elan edəcəyik. Amma mən bu gecə ondan ayrıldığımı bildirəcəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir