Sevgilisini dinə qurban verən, hamının ələ saldığı Tom Kruz - VİDEO
Baku TV-də Hollivudun ən çox qazanan, filmlərində bir çox təhlükəli fəndləri özü ifa edən tanınmış aktyor Tom Kruza həsr olunmuş araşdırma efirə gedib.
Əyri dişlərinə görə məktəbdə gülüş hədəfi olan və disleksiyadan əziyyət çəkən həmin o oğlan çətin həyat missiyasının öhdəsindən məharətlə gələrək məşhur Tom Kruza çevrilir. Tomas Kruz Mapoterin Tom Kruza çevrilməsi elə də asan olmayıb. Hər bir uğurunun arxasında imkanlı valideyn, yaxşı təhsil faktoru deyil, arzularını dəqiq bilməsi və onlara doğru əzmlə addımlaması durur.
O, Nyu-Yorkda dünyaya gəlib. Balaca boyu və əyri dişlərinə görə utanan Tomun dostları da demək olar ki, yox idi. Ailə tez-tez müxtəlif şəhərlərə köçürdü və buna görə də Tom 5 məktəb dəyişmişdi. Kasıb yaşayan ailədə müxtəlif problemlər var idi. Bütün bunlar azmış kimi, atası Tomu heç bir səbəb olmadan döyürdü. Tomun aktyor olmaq üçün getdiyi Los-Ancelesdə tale üzünə gülür. O, istedadlar agentliyi ilə müqavilə imzalayır və filmlərə çəkilməyə başlayır.
Tom Kruzu tamaşaçılar ilk dəfə 1981-ci ildə "Sonsuz məhəbbət" filmində görürlər. Ard-arda bir neçə uğurlu filmlərə çəkilməsi nəticəsində Tomun qonorarı artmışdı. Amma aktyorun karyerasındakı dönüş nöqtəsi "Top Gun" filmidir. Bu filmdən sonra o, Hollivudun ulduzları siyahısına daxil olur və 2 milyon dollar qazanır. "Rain man", yəni "Yağış adam" filmi Toma dünya şöhrəti gətirir.
Film 4 nominasiyada "Oskar" alsa da, Toma filmdən mükafat yox, 3 milyon dollar, üstəgəl baxışdan gələn faiz qazandırır. "4 İyulda doğulmuşlar" filmi Toma axır ki, mükafat da qazandırır. Ən yaxşı kişi roluna görə "Qızıl qlobus" alır və ilk dəfə "Oskar"a namizəd göstərilir. Hər il Tom yeni uğurlara imza atır və milyonlar qazanmağa davam edir.
1990-cı ildə film çəkilişləri zamanı o, aktrisa Nikol Kidmanla tanış olur və onlar arasında sevgi romanı başlayır. Tom bu məsələni çox uzatmır və həyat yoldaşı aktrisa Mimi Rocerslə boşanır. Nikol Kidman və Tom Kruz evlənirlər. Stenli Kubrikin "Geniş bağlanmış gözlərlə" adlı filmində Tom və Nikol birlikdə rol alırlar. Süjetinə və çəkilişlərinə görə hədsiz ağır olan film başa çatandan sonra cütlük arasında münasibətlər dəyişir. Tom heç bir problemi müzakirə etmədən Nikolu tərk edir. Az keçmir ki, adı Penelopa Kruzla hallanmağa başlayır.
Onlar eyni soyadı daşıyırlar. Birlikdə olmasının qarşısını alan səbəb isə hər ikisinin də dini görüşlərinin fərqli olması idi. Tom sayentologiyaya inanırdı, Penelopa isə buddist inancını dəyişmir. 3 il münasibətdən sonra cütlük ayrılır. Maraqlı məqamlardan biri də odur ki, kilsə Tomla evlənmək üçün sayentologiyaya inanan qadın namizəd irəli sürür. Bu, iranəsilli britaniyalı aktrisa Nazənin Bünyadi olur. Tom Nazəninlə münasibət qursa da, bu, çox uzun sürmür.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir