Təcili tibbi yardım təcili olmayanda...

Təcili tibbi yardım təcili olmayanda...Təcili tibbi yardımdakı problemlərlə bağlı məsələ aktual olaraq qalır. TƏBİB isə bildirir ki, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir.

Ölkənin müxtəlif bölgələrində, xüsusən də Bakıda təcili tibbi yardım maşınlarının azlığı müzakirə mövzusu olaraq qalmaqdadır. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da bu problemə toxunub və qeyd edib ki, Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir. Millət vəkili qeyd edib ki, Bakıda cəmi 139 təcili tibbi yardım maşını fəaliyyət göstərir. Bu da çox azdır. Bəs bu problemin həlli istiqamətində planlar varmı?

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

Təcili yardım stansiyaları yenidən təşkil olunur?

TƏBİB-dən bildirilib ki, hazırda təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur. Birliyin Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsin qismində birləşdirilib. Hazırda əvvəllər qeyd olunan müəssisələr üzrə çalışan kadrların yeni mərkəzin strukturuna uyğun şəkildə yerləşdirilməsi prosesi təmin edilir.

Gündəlik neçə ambulans xəttə buraxılır?

TƏBİB-in məlumatına əsasən, mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bütün ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 təcili tibbi yardım avtomobili alınaraq ehtiyaca uyğun olaraq periferiya üzrə paylanılması təmin edilir. Bakı şəhəri üzrə gündəlik olaraq 120-130-a yaxın ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır.

Sistem yüklənmiş formada çalışır

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli problemin əsas səbəblərindən birini Bakıda, ümumiyyətlə Abşeron yarımadasında əhalinin sayının artım tempinin yüksək olması ilə əlaqələndirir: "Təcili tibbi yardım sistemi həm çağırışların sayı, həm də iş həcminə görə kifayət qədər yüklənmiş formada çalışır. Pandemiya və ondan sonrakı dövrdə yeni ambulansların alınması həyata keçirilib və bu sayın artırılması gündəmdədir. "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" də prosesin təşkili üçün yaradıldı. Bu, həm sistemin bir mərkəzdən idarə edilməsinə, həm də xidmətin daha yüksək səviyyədə təşkil olunmasına gətirib çıxaracaq".

Millət vəkili düşünür ki, yaxın zamanlarda xidmətin keyfiyyətinin daha da yüksəlməsinin şahidi olacağıq: "Sistem nəqliyyat vasitələrindən səmərəli istifadəni də yaxşılaşdıracaq. Nə qədər yük götürməlidir? Hansı bölgədə daha çox ehtiyac var? Bunun statistikası aparılacaq və işi düzgün planlamaq mümkün olacaq. Həmçinin, kadr potensialı baxımından da idarəetmənin yeni bir mərkəzdən idarə olunması effektiv nəticələrə gətirib çıxaracaq".

"İnsanlar ilkin və təcili tibbi yardımın fərqini bilmir"

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, problemin əsas səbəbi odur ki, vətəndaşlar ilkin tibbi yardımla təcili tibbi yardım arasındakı fərqi bilmirlər: "Bəzən elə simptomatik durumlar yaranır ki, orada təcili tibbi yardım briqadasını çağırmağa ehtiyac yoxdur. Xəstənin vəziyyətini stabilləşdirib, xəstəxanaya aparmaq olar. Əfsuslar olsun ki, məhz bu səbəblərdən çağırışların sayı kifayət qədər çox olur. Həqiqətən də, belə hallarda ehtiyacı olana bəzən çatmaq olmur. İcbari tibbi sığorta sistemi tətbiq olunduqdan sonra bu proses daha da dərinləşib. Buna görə də ciddi ambulans çatışmazlığı problemi yaşayırıq. Əslində, təcili tibbi yardım sistemi mərkəzləşdirildikdən sonra ölkəyə əlavə 100 ədəd xüsusi təchiz olunmuş ambulans gətirildi. Təəssüflər olsun ki, bu 100 ambulans da azdır".

"Gün ərzində 15 faiz əsassız çağırış qeydə alınır"

Ehtiyac olmadan çağırışların çoxluğunu TƏBİB də təsdiqləyir: "Gün ərzində icra olunan çağırışların sayı 2000-2500 civarındadır. Onların təxminən 10-15 faizi əsassız çağırışlardır. Son zamanlar nəticəsiz çağırışların çoxluğu lap çox müşahidə edilir. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, nəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən çox olması ilə müşahidə edilən hallarda da gecikmələrin olması qaçılmazdır".

Köhnə avtomobillər, lazımsız çağırışlar, tıxaclar...

İ.Hüseynli deyir ki, ambulansların sayını artırmaqla yanaşı, xarici təcrübədən istifadə etmək, mütəxəssisləri kurslara göndərmək vacibdir: "Məsələn, Türkiyə təcrübəsində "Acil xidmət" çox yaxşı təşkil olunub. Bu sahədə ikinci problem isə Bakının meqapolisə çevrilməsi, küçələrdə nəqliyyat sıxlığının çoxalmasıdır. Tıxaclarda ambulansların gecikməsi səbəbindən kifayət qədər xəstənin həyatı risk altında olur. Ümumiləşdirsək, Azərbaycanda təcili tibbi yardım xidmətinin yetərsizliyinin və əlçatmazlığının səbəbi bu istiqamətdə kadr potensialının zəifliyi, xüsusi təchiz olunmuş nəqliyyat vasitələrinin az olması, xüsusilə də regionlarda, ümumiyyətlə, köhnə avtomobillərdən istifadə olunması, ehtiyac olmayan çağırışların çoxluğu və tıxaclardır".

Can qurtaran zolaqlar

Tıxac problemi ilə bağlı yol infrastrukturu üzrə mütəxəssis Yasin Mustafayev deyir ki, hazırda ictimai nəqliyyat üçün çəkilən zolaqlar bu baxımdan işimizə yarayır: "Yəni bu zolaqlar ictimai nəqliyyat üçün nə qədər vacibdirsə, bir o qədər də operativ nəqliyyat vasitələri üçün əhəmiyyətlidir. Ona görə də biz hər zaman vurğulayırıq ki, bu zolaqlar kəsilməməli, davamlı olmalı, şəhərin hər bir yerində təşkil edilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 935   Tarix: 08 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021