Qərb casuslarının oylağına çevrilən Ermənistan

Qərb casuslarının oylağına çevrilən ErmənistanBir müddət əvvəl Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulu Qərb dövlətlərini Cənubi Qafqazda yeni mərkəz üçün axtarışlara yönəldib. Xüsusən də İrəvana. Təsadüfi deyil ki, gürcü parlamentində qanunun qəbulundan dərhal sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəis müavini Devid Koen tələsik Ermənistan paytaxtına səfər edib.

Xatırladaq ki, hazırda regionda Birləşmiş Ştatların ən böyük səfirliyi İrəvanda yerləşir. Bu diplomatik korpus bölgədə ən çox əməkdaşa və ən böyük əraziyə malikdir. Başqa sözlə desək, İrəvan xarici ölkələrin, xüsusilə də ABŞ-nin casus şəbəkəsinin regional mərkəzinə çevrilir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Koen-Qriqoryan gorüşü

ABŞ MKİ sədrinin müavini nümayəndə heyəti ilə birlikdə İrəvana səfəri zamanı həmkarı ilə yox, məhz Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Erməni mətbuatının dəfələrlə yaydığı xəbərə görə isə, Qriqoryan Qərbin ən çox ümid etdiyi kadrlardan biridir və gələcəkdə Nikol Paşinyanı əvəz edəcək potensiala malikdir. Təbii ki, amerikalı kəşfiyyatçı baş nazirlə də görüş keçirib. Rəsmi məlumatlara görə, tərəflər ABŞ-Ermənistan əməkdaşlığını və regionun təhlükəsizliyi kimi məsələləri müzakirə ediblər.

Kilsə-iqtidar savaşında ABŞ əli

Qeyd etmək yerinə düşər ki, Devid Koenin səfəri Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın başlatdığı "Vətən naminə Tavuş" hərəkatının vüsət aldığı dövrə təsadüf edir. Erməni keşiş paytaxt İrəvan və digər regionlarda itaətsizlik aksiyalarına start verərək, baş nazirin istefasını tələb edir. Bu səbəbdən də ehtimal etmək olar ki, ABŞ kəşfiyyat orqanları vəziyyəti sabitləşdirmək üçün ölkənin siyasi rəhbərliyinə məsləhətlər veriblər. Təsadüfi deyil ki, Koen və nümayəndə heyətinin səfərindən sonra hakim partiyanın bir sıra nümayəndələri Erməni Apostol Kilsəsini vergiyə cəlb etmək barədə rəsmi bəyanatlar səsləndirməyə başlayıblar. Bu isə dövlət-kilsə münasibətlərinin yeni mərhələyə qədəm qoyması, artıq iki tərəfdən birinin məğlubiyyəti, təslimçiliyi olmadan bitməyəcəyinə işarədir.

TŞ sədrinin yeni tapşırığı

MKİ ilə çox ciddi münasibətləri olan Armen Qriqoryanla Koenin görüşü bağlı qapılar arxasında da bir neçə saat davam edib. Belə fikirlər var ki, TŞ sədrinin yeni tapşırığı Ermənistandakı rusyönümlü məmurları ifşa edərək, işinə son verməkdir. Təsadüfi deyil ki, Devidin səfərindən bir gün əvvəl Armen yerli mətbuata müsahibə verərək, Ermənistanın Rusiyadan təhlükəsizlik məsələsində asılılığını tənqid edib. Qriqoryan müdafiə sektorunda Rusiya Federasiyası ilə əlaqələrin kəsilməsindən danışıb və xatırladıb ki, son dörd ildə Rusiya silahlarının idxalı 96%-dən 10%-ə düşüb. İndi İrəvan bütün diqqətini Fransa, Hindistan və Aİ-dən silah almağa cəmləyib.

Təhlükəsizlik Şurasının katibi Ermənistanın Rusiya Federasiyasından əsas asılılığının iqtisadi müstəvidə, ilk növbədə enerji resurslarının təchizatında olması məsələsi barədə susub. Əsas odur ki, Ermənistan iqtisadiyyatı son illər Rusiyaya ixrac və Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət hesabına "inkişaf edir". Qriqoryanın MKİ nümayəndə heyətinin səfəri ərəfəsində Rusiyanı tənqid edən müsahibəsi Qərb kuratorlarının gəlişi üçün əlverişli şərait hazırlamaq məqsədilə açıq-aşkar media manipulyasiyasıdır.

İki kəşfiyyat qurumunun mübarizəsi

Təbii ki, Koenin səfərinə İranda son dövrlər baş verən hadisələr prizmasından da yanaşmaq lazımdır. İslam Respublikası prezidentinin faciəvi şəkildə həlak olması, İranda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlər Birləşmiş Ştatları narahat etməmiş deyil. Rəsmi Vaşinqton çox güman ki, Britaniyanın "Mİ-6" kəşfiyyatı ilə regionda maraqlarının toqquşması səbəbindən İrəvan üzərindən hansısa oyunları oynamaq qərarına gəlib. Çünki son dövrlər baş verən hadisələr bu iki kəşfiyyat qurumu arasında region uğrunda gizli savaşın daha da gücləndiyinə dəlalət edir. Bir müddət əvvəl ABŞ hərbçilərinin Ermənistanda 10 gündən çox davam edən təliminin əsas hədəfi də İran idi və hələlik rəsmi Tehran bu məsələdə susqunluq nümayiş etdirir. Sadəcə XİN vasitəsilə "regionda xarici qüvvələrin olması qəbuledilməzdir" bəyanatı verilməklə həm İrəvana, həm də Vaşinqtona mesaj ötürülüb.

Baş verən hadisələr bir daha sübut edir ki, Nikol Paşinyan və komandası yarıtmaz xarici siyasət nəticəsində ölkəni Qərb casuslarının oylağına çevirmək istiqamətində əmin addımlarla irəliləyir. Bu isə qonşu dövlətlər tərəfindən xoş qarşılanmır. Çünki sirr deyil ki, ölkə ərazisini Qərb dövlətlərinin casus oylağına çevirməkdənsə, qonşuluq münasibətlərini normallaşdırmaq, regiondakı meqalayihələrə qoşulmaqla dövləti inkişafa aparmaq daha düzgün seçim olardı.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 766   Tarix: 09 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat şəhərin 13 rayonunu əhatə edib. Əməliyyat nəticəsində 1070 nəfər əcnəbiyə qanunsuz vətəndaşlı

27 sentyabr
.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27 sentyabr
.

Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər

Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Al Jazerra" telekanalına müsahibəsində deyib. "Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yol

26 sentyabr
.

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind

27 sentyabr
.

Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib. "Report"un məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rəd

26 sentyabr
.

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar

27 sentyabr
.

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. "Report" xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bildirib. "Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atmırıq. İndiki mərhələdə Aİ ilə münasibətlərə hər hansı konkret a

27 sentyabr
.

Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur

İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"

26 sentyabr
.

Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə Vaşinqtonda baş tutan görüşün məhsuldar olduğunu bildirərək, gələcək ikitərəfli əməkdaşlıqla bağlı nikbinliyini ifadə edib. "Report" xəbər verir ki, bu barədə o, Çin liderinin ABŞ-yə səfəri başa çatdıqdan sonra "Truth Social" sosia

27 sentyabr